Dolaba pul qoyan adam

Tanınmış şirkətlə bağlı müəmmalı qalmaqal

375
(Yenilənib 16:30 23.05.2017)
Ortada mübahisəli durum yaranıb və bu cür mülki mübahisələr barədə yekun qərarı yenə də məhkəmə verməlidir

BAKI, 23 may — Sputnik. Son zamanlar vətəndaşların avtomobil kreditləri ilə bağlı problemlərlə qarşılaşması halları artıb. Redaksiyamıza məktubla müraciət edən Qazax rayon sakini Mahir Usubovun problemi 2015-ci ilin sonlarından başlayıb. Onun sözlərinə görə, avtomobili aldığı "Sirena" MMC, təmirdən sonra avtomobili ona qaytarmaqdan imtina edib.

"2013-cü ilin noyabr ayında "Sirena" MMC-dən, dəyəri 14.800 AZN olan "CHANGAN EADO" avtomobilini, 3 illik kredit yolu ilə aldım. İlkin ödəniş olaraq 2500 AZN ödədim. Sonrakı 20 ay ərzində, hər ay 533 AZN olmaqla, MMC-yə ümumilikdə 10.660 manat pul keçirdim" — deyir şikayətçi.

Beləliklə, ilkin ödənişlə bir yerdə, ödədiyi məbləğin 13.160 AZN təşkil etdiyini deyən Qazax rayon sakini, problemlərin də bundan sonra başladığını bildirir: "2015-ci ilin avqust ayında cari ödənişi etdikdən sonra qalan borcumu tam ödəmək istədim. Bu zaman "Sirena" MMC-dən mənə bildirildi ki, cəmi 9.100 AZN pul ödəmişəm".

"Lakin mən onlarla razılaşmadım və əlimdəki qəbzlərə əsasən, 13.160 AZN pul ödədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı və "Sirena" MMC Qazax Rayon Məhkəməsinə müraciət etdi. 2016-cı ilin oktyabr ayında avtomobildə yaranmış nasazlıqla bağlı maşınımı "Sirena" MMC-nin təmir sexinə apardım. Təmir olunduqdan sonra həmin avtomobili mənə vermədilər. Artıq 8 aydır ki, "Sirena" MMC həmin avtomobili özündə saxlayır" — M. Usubov qeyd edir.

Onun sözlərinə görə, Qazax Rayon Məhkəməsi mübahisəni aradan qaldırmaq üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasını təyin edib. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası Usubovun ödənişlərini rəsmi olaraq təsdiq edib.

Şikayətçi bildirir ki, məhkəmənin çıxardığı qətnamədə həmin avtomobilin ümumi dəyərinin əsas hissəsi ödənildiyi üçün, "Sirena" MMC-nin həmin avtomobili ondan almasını ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirib. Lakin "Sirena" MMC məhkəmə qətnaməsini nəzərə almayıb və həmin avtomobili bu günə qədər girov saxlayır.

"Sirena" MMC-nin məhkəmə qərarına biganə yanaşması mənə onların arxasında hansısa səlahiyyətli məmurun dayandığını deməyə əsas verir. Məhz buna görə də onlar məhkəmə qərarlarını nəzərə almırlar" — Qazax sakini vurğulayır.

Məsələ ilə bağlı "Sirena" MMC-nin hüquqşünası Pərvanə Hacıyeva Sputnik Azərbaycan-a bildirdi ki, adıçəkilən şəxsin şirkətə borcu olduğu üçün avtomobil şirkətdə saxlanılır: "Şəxs borclarını ödədikdən sonra avtomobilini geri götürə bilər. Qarşımızda qətnamə var. Avtomobil bizim mülkiyyətimizdədir. Bunu təsdiq edən məhkəmə qərarı da var, eyni zamanda şəxsin bizə borclu olduğu haqqında da məhkəmə qərarı var. Şəxs borclarını ödədiyi təqdirdə avtomobilini geri götürə bilər".

Qeyd edək ki, əslində avtomobilin qiyməti şikayətçinin dediyi kimi 14.800 manat deyil. Araşdırmamız zamanı məlum oldu ki, şikayətçi məktubunda maşının nağd qiymətini göstərib. Onun aldığı maşının kredit qiyməti isə 20.488 manat təşkil edir. Bundan əlavə, Mahir Usubov bəzi aylarda kredit pulunu gecikdirib və verməyib. Beləliklə, onun "Sirena" MMC-yə olan borcunun məbləği də artıb.

Hazırda M. Usubov iddia edir ki, məhkəmə onun "Sirena" MMC-yə 9.695 manat borcu olması barədə qərar çıxarıb. Onun sözlərinə görə, MMC bu məbləğlə razılaşmayaraq, cavabdehdən 15.000 manat pul istəyir: "Əks halda avtomobili qaytarmayacaqlarını bildirilər".

Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a şərhində deyib ki, məhkəmənin qətnaməsinə əsasən, cavabdehdən borcun ödənilməsinə dair hissədə iddia tələbi təmin edilib. Amma avtomobilin cavabdehdən alınmasını məhkəmə qanunamüvafiq və ədalətli hesab etməyib. Bu səbəbdən də, avtomobilin cavabdehdən alınaraq "Sirena MMC"-yə qaytarılması hissəsində iddia təmin edilməyib.

"Avtomobilin cavabdehdən alınmamasına dair məhkəmənin bu yanaşması kifayət qədər ədalətlidir. Əslində, "Sirena" MMC məcburi şəkildə həmin avtomobili cavabdehdən götürə bilməz. Burada mübahisəli durum yaranıb və bu cür mülki mübahisələr barədə yekun qərarı yenə də məhkəmə verməlidir" — Abdullayev vurğulayıb.

375
Teqlər:
"CHANGAN EADO", "Sirena" MMC, Mahir Usubov, Qazax Rayon Məhkəməsi, Qazax rayonu, AZN, problem, sakin, ödəmə, borc, qətnamə, avtomobil
Əlaqədar
Minik avtomobilləri toqquşdu, ölənlər var
Şamaxıdan Avropa Məhkəməsinə görünən yol — böyük qalmaqal
Son günlərin ən qalmaqallı hadisəsi üzrə həbslər başladı
Təhsil sistemimizdə böyük qalmaqal: "Müəllimlərin əmək haqqı kəsilməlidir"
Qalmaqallı deputatın toxunulmazlığı ləğv edilə bilər
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

37
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

37
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

30
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

30
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"