Manat

Hər birimiz 1500 manat qazandıq

2907
(Yenilənib 23:50 21.05.2017)
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manat vəsait qalıb

BAKI, 21 may — Sputnik. Yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri, əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər.

Qeyd olunub ki, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.

2907
Teqlər:
gəlir, faiz, əhali, Azərbaycan, manat
Əlaqədar
Azərbaycanda gəlirlərin yenidən bölüşdürülməsinə başlanacaq
İldə 270 min dollar gəlir gətirən xadimə işi
Gənclərin asan yolla gəlir əldə etmək sevdası uzun çəkmədi...
"Son iki ildə əhalinin real gəlirində artım olmayıb"
Ekspert: Azərbaycan AİB-ə qoşulsa, gəlir payı Ermənistanın gəlir payından çox olacaq