CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq müdirlə şərt kəsə bilməyəcəksiniz

© Flickr / placboПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək"

BAKI, 18 may — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən həftə keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq. Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmək qabiliyyətli şəxslərlə əlaqədar qanunda dəyişiklik edilib

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında, vətəndaşların böyük əksəriyyətinin özəl sektorda çalışdığını deyib: "5 il müddətinin göstərilməsindən asılı olmayaraq, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı maddələr var. Konkret göstərilib ki, hansı şəraitdə işçi ilə işəgötürən arasında əmək müqaviləsi ləğv edilə bilər. Yəni, 5 il müddətin formal göstərilməsindən asılı olmayaraq, hər hansı bir səbəb olduqda işəgötürən müvafiq qanunda göstərilən maddələrə istinad edərək işçini işdən azad edə bilir".

© © KarikaturaKefim belə istəyir
Kefim belə istəyir - Sputnik Azərbaycan
Kefim belə istəyir

Onun sözlərinə görə, əmək müqaviləsinin 5 il və ya 1 il müddətinə bağlanması artıq məsələnin formal tərəfidir: "Tutaq ki, böyük bir şirkətin 5-15 min nəfər işçisi var. Amma birdən-birə şirkət müflis olur, bağlanır, avtomatik olaraq əmək müqaviləsi qüvvədən düşür. Yaxud da kiçik sahibkarıq subyekti 2-3 nəfər işə götürür və sonra icarə müqaviləsi şərtləri pozulur. İcarədarla sahibkar arasında razılaşma alınmadıqda müəssisə bağlanır və nəticə etibarı ilə orada çalışanlar işdən kənarda qalır. 5 il müddətinə müqavilənin bağlanılmasına baxmayaraq xeyli səbəblər var ki, işəgötürənlə işçi arasında müqaviləyə xitam verilməsinə zərurət yaranır".

"Bu müddət qeyri-hökumət sektorunun təmsilçilərinə də aid deyil. Müqavilələr layihələrin icra olunduğu dövr üçün etibarlıdır. Layihənin də müddəti ən çox 1-2 ildir. 5 illik layihələr çox istisna hallarda olur. İşçi ilə işəgötürən arasında müqavilələr qısa müddətli fəaliyyət üçün bağlanır" — İ. Hüseynli bildirib.

Ekspertin fikrincə, müqavilədə 5 il müddətin qoyulması normal bir hal deyil: "Müqavilədə 3 aylıq sınaq müddəti göstərilə bilər. 3 aydan sonra işəgötürən istədiyi müddətlər üzrə sərbəst şəkildə müqaviləni bağlaya bilər".

Tikinti prosesi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sahibkarlara güzəşt bitdi, sərt nəzarət bərpa olunur

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son zamanlar işsizliyin artması ehtimalları çoxaldıqca, əmək müqavilələri bağlanarkən istər dövlət, istər özəl müəssisələrdə işəgötürənlərin hüquqları daha çox önə çıxır: "Son vaxtlar çox zaman işçilərə deyil, işəgötürənlərə sərf edəcək qaydada dəyişikliklərin həyata keçirilməsi təcrübəsi var. Hazırda işlə bağlı problemlər olduğundan, işəgötürənlər çox gözəl bilirlər ki, işə götürdükləri şəxsə müqavilələri istənilən şərtlərlə diktə edə biləcəklər".

"Müqavilə qarşılıqlı razılıq əsasında hazırlanır. Amma məlumdur ki, işlə bağlı bəzən bir neçə nəfər, bəzən hətta onlarla adam bir vakansiya üçün müraciət edir. Belə rəqabət olduğu şəraitdə işçilərin öz şərtlərini işəgötürənlərə diktə etmək şansları olmur" — mütəxəssis bildirib.

Onun sözlərinə görə, bu zaman işəgötürənlər öz şərtlərini diktə edəcəklər və müqavilələr onlara sərf edəcək formada qəbul olunacaq: "İşçilərin hüquqları ilə bağlı gələcəkdə problemlərin yaşanması ehtimalı var. Bu dəyişikliklərdən sonra işçilərin hüquqlarının qorunması ilə bağlı ya qanun dəyişiklərinə, ya həmkarlar komitəsinin ümumi bir qərarına ehtiyac yaranacaq".

"Bu gün Azərbaycanda təəssüf ki, həmkarlar komitələri də bir formallığa çevrilib. Bu qanun dəyişiklikləri işəgötürənlərə sərf edəcək formada həyata keçiriləcək" — N. Cəfərli əlavə edib.

Beynəlxalq təcrübəyə gəlincə, ekspert deyib ki, məsələn, Skandinaviya ölkələrində, Fransada işçilərin hüquqlarının qorunması ilə bağlı çox ciddi qaydalar var. İşəgötürənlər istədikləri vaxt istədikləri şəxsi işdən çıxarda bilməzlər: "Həmkarlar komitələri bununla bağlı çox ciddi işləyirlər".

Xəbər lenti
0