Kriminal aləm

Kriminal aləmdə böyük "razborka" başladı

6078
(Yenilənib 12:31 18.05.2017)
Cinayətkar qrupların Ümumavropa kassasının nəzarətçisi Şeyx Həmzət qətlə yetirilmiş Rövşən Lənkəranskinin sabiq cangüdənini şübhələrlə bağlı məhşər ayağına çəkib

BAKI, 18 may — Sputnik. Klanlararası yeni münaqişələr kriminal dünyanı silkələməkdədir. Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə münaqişənin dəyirmandaşına Rövşən Canıyevin (Lənkəranski) keçmiş şəxsi cangüdəni, kriminal dünyasında Hacı Beyləqanski kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı düşüb.

Qeyd edək ki, Beyləqanski Lənkəranskinin qətlində (18 avqust 2016-cı il, İstanbul, Barbaros bulvarı) şübhəli bilinərək saxlanılıb, lakin bir müddət sonra günahının sübutu üçün dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılıb. Hazırda Beyləqanski Türkiyədə yaşayır.

Rusiya KİV-nin yazdığına görə, bu günlərdə cinayətkar qrupların Ümumavropa kassasının 42 yaşlı nəzarətçisi, çeçen əsilli kriminal avtoritet, kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov, qardaşı adlandırdığı Rövşən Lənkəranskinin düşmənləri ilə çoxdan əlaqə saxlamaqda şübhələndiyi Beyləqanskini cavab verməyə çağırıb. Şeyx Həmzət 71 yaşlı "qanuni oğru" Ceceya Valikonun (Valter) iştirakı ilə Beyləqanskiylə telefonla danışaraq, Lənkəranskinin Hacının yanında öldürüldüyünü, amma onun bir yerinin belə cızılmadığının necə olduğu ilə bağlı izahat tələb edib.

Qastəmirov Hacını dostunun xatirəsinə xəyanət etməkdə və "qanuni oğru"lar Namiq və Nadir Səlifov qardaşlarının tərəfinə keçməkdə günahlandırıb. Qeyd edək ki, Nadir Səlifov (Lotu Quli) hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Rusiya KİV-ləri digər mənbələrin informasiyalarına istinadla Qastəmirovun şübhələrini doğrulayıb. Onların məlumatına görə, Beyləqanski bu yaxınlarda Qulinin adamlarına qatılıb. Namiq Səlifov Hacıya zirehli avtomobil verib, onun üçün Türkiyədə mənzil kirayələyib və 30 min dollar qiyməti olan saat bağışlayıb. Və bütün bunları elə edib ki, bundan hamı xəbər tutub.

Şeyx Həmzət Hacıya iradlarını bildirəndən sonra ona özünü "oğru" adlandırmağı qadağan edib. Beyləqanski isə deyib ki, artıq Qastəmirovun sözü onun üçün qanun deyil. Bu xoşagəlməz söhbətdə Valter Qastəmirovu dəstəkləyib. Məlumdur ki, Valter uzun müddət Berlində Qastəmirovun qonağı olub.

Qanuni oğrular qəzetlərin birinci səhifəsinə düşməkdə maraqlı deyillər, onların kriminal həyatı həmişə gizli qalır və buna görə də cəlbedici olur. Bu səbəbdən də onlar haqqında KİV-də gedən məlumatların heç də hamısı birmənalı şəkildə dəqiq olmur, yarısı şayiə, yarısı isə həqiqət olur.

Sputnik Azərbaycan-ın əməkdaşı tərəflərdən birinin yaxın dairəsinə çıxış əldə edə bilib. Hacı Beyləqanskiyə yaxın mənbə bildirib ki, onun haqqında yazılanlar doğru deyil.

"Beyləqanski Qulinin tərəfinə keçməyib. Cinayət aləmini Namiqin hədiyyə etdiyi avtomobil çaşdırıb. Bunun Namiq Səlifova aidiyyatı yoxdur" – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, zirehli "Mercedes"i Beyləqanskiyə mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hədiyyə edib. Bu maşın Rövşən Lənkəranskiyə məxsus olub və mərhum qısa müddət ərzində onunla gəzib. Lakin qətl baş verən gecə, naməlum səbəbdən Lənkəranski digər avtomobilə oturub və killerlərin hücumuna məruz qalıb.

Mənbənin bildirdiyinə görə, 30 minlik saatın hədiyyə olunması ilə bağlı məlumat da doğru deyil.

6078
Teqlər:
Namiq Səlifov, Valter, Ceceya Valiko, Hacı Beylənqanski, kriminal dünya, Həmzət Qastəmirov, Nadir Səlifov, Şeyx Həmzət, klan, Rövşən Canıyev, Sputnik Azərbaycan, Lotu Quli, Rövşən Lənkəranski, qanuni oğru, münaqişə, KİV, Rusiya, Türkiyə, avtomobil
Əlaqədar
"Kriminal avtoritet"in bütün ailəsinin qətlinə fərman verilib
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək
Kriminal aləmdə tarixi ittifaq
Bakıda "kriminal avtoritet"lər arasında atışma olub
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

14
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

42
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

42
DSX əsgəri, arxiv şəkli

Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi

0
(Yenilənib 12:43 21.10.2020)
Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

 

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılmış araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib qanunsuz silahlı birləşmələr yaratmaları,eləcə də ərazilərimizin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi iştirak etməmələri tələb olunur.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə