Ailə masa arxasında, arxiv şəkli

Ailə münasibətlərimizə müdaxilə: ya övladının haqqını tapdala, ya da...

203
"Ata və anası uşağı rəsmi şəkildə təmsil edir və onlar da özlərinə məxsus olanı uşağa istifadəyə verə bilər. Buna qanunla qadağa qoymaq hüquqa zidd addımdır"

BAKI, 17 may — Sputnik. "Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilir.

Hüquqşünas Ələsgər Məmmədli
© Photo : From the personal archive of Alesger Mamedli
Hüquqşünas Ələsgər Məmmədli

Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə edilməsi də təklif olunur. Layihə Milli Məclisin dünənki plenar iclasının birinci oxunuşunda qəbul olunub.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında, 40-cı maddəyə əlavələrin olunmasının xeyli problem yaradacağını deyib: "Ona görə problem yaradır ki, normalda Azərbaycan qanunvericiliyinə görə, onsuz da sim kartı şəxsiyyət vəsiqəsi təqdim etmədən ala bilmirik. Hər bir sim kart bir vətəndaşa şəxsiyyət vəsiqəsinə görə verilir. Beləliklə də, hüquqi boşluq yoxdur. Yəni, normalda telefonun kimə məxsus olduğu və ya kimin məsuliyyət daşıdığı bəllidir".

"Burada istifadəçi ilə məsuliyyət daşıma anlayışının çox önəmli fərqi yoxdur. Qanunvericilikdə önəmli olan yaranacaq məsuliyyətə görə şəxsin müəyyən olunmasıdır. Bu da var" — ekspert bildirib.

Onun sözlərinə görə, bu yanaşma xüsusilə də bir ailə içərisində istifadə olunan nömrələrlə bağlı xeyli problem yaradacaq: "Bir ailənin başçısı nömrə alır və sonra da nömrəni istifadə etmək üçün 18 yaşına çatmamış uşağına verir. Bu, cinayət və ya qanunvericiliyə zidd bir hadisə deyil. Yəni, ata və anası uşağı rəsmi şəkildə təmsil edir və onlar da özlərinə məxsus olanı uşağa istifadəyə verə bilər. Buna qanunla qadağa qoymaq hüquqa zidd addımdır".

Fazil Mustafa
© Photo : APA
Fazil Mustafa

Ə. Məmmədli əlavə edir ki, hüquqi aspektdən uşaq 18 yaşına çatmayıbsa, telefon alması, müqavilədə tərəf olması mümkün deyil: "O zaman belə çıxır ki, uşaq telefon istifadə etməməlidir. Bu, anormal yanaşmadır. Normalda, şəxsiyyət vəsiqəsini təqdim edib, identifikasiya olunmuş nömrə alırıqsa, bu zaman artıq hər hansı bir boşluq qalmır. Burada da məqsəd telefon üzərindən ola biləcək qanunazidd davranışların müəyyən olunub məsuliyyətə cəlb olunmasıdır. Burada da telefon kimin adınadırsa, o, məlum olacaq".

"Telefon itibsə, məlumat vermək lazımdır. Tutaq ki, nömrəm itib və bir gün ərzində polisə məlumat verirəm. Sonra da o nömrəni oğurlayanlar bundan istifadə etsə, onun məsuliyyətini daşımıram. Bu, məsuliyyətdən azad olunmağım üçün lazımdır. Bu, normal yanaşmadır" – deyə o bildirib.

Həbsə düşməyin maraqlı səbəbi
© Karikatura
Həbsə düşməyin maraqlı səbəbi

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, təhlükəsizliklə bağlı məsələdir və hər hansı bir şəkildə kibercinayətlərin artması belə bir məsələni gündəmə gətirib: "Hesab edirəm ki, burada daha çox kibercinayətlərin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulur. Cinayətdən qabaq telefon əlaqələrinin olması faktlarının artması bu məsələdə qanunvericilikdə müəyyən dəyişiklikləri nəzərdə tutur".

"Burada insan haqları baxımından müəyyən epizodlar var ki, müəyyən problemlər yarada bilər. Amma təhlükəsizlik, istintaq əməliyyatlarının daha çevik aparılması baxımından kriminal vəziyyətlərdə hər halda faydası dəyə biləcək addımlardır" — F. Mustafa bildirib.

Millət vəkilinin sözlərinə görə, yəqin ki, abunəçinin identifikasiya modulunun və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə məlumat ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, ya da bununla məşğul olacaq xüsusi quruma bildiriləcək.

203
Teqlər:
media hüququ üzrə ekspert, əlavə, "Telekommunikasiya haqqında" qanun, SIM-kart, Ələsgər Məmmədli, dəyişikliklər, Sputnik Azərbaycan, Fazil Mustafa, Milli Məclis, millət vəkili
Əlaqədar
Milli qəhrəmanların ailələri üçün vacib xəbər
Ailə cinayətinin arxasından “cin” çıxdı
3 uşağı olan ailəyə hər ay 450 manat ödəniləcək
Mobil qurğularda ənənəvi SİM-kartlar ləğv ediləcək
Heç kim başqasının adına sim-kart ala bilməyəcək
SİM kartların sayı Yer kürəsi əhalisinin sayına çatır
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar