Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət

Azərbaycana idxal edilən bu məhsula sərt nəzarət tətbiq olunacaq

468
(Yenilənib 11:50 14.05.2017)
İqlimləşdirmə üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıqlardan istifadəyə yol verilməyəcək, balıqlar öncə karantin təcridxanalarında saxlanacaq

BAKI, 14 may — Sputnik. Nazirlər Kabineti “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi  balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi akvakulturanın tərkib hissəsidir  və balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədini daşıyır. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi  ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, qorunması, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan və bu işlərin aparılması üçün müvafiq texniki imkanlara malik hüquqi və fiziki şəxslər (balıqçılıq subyektləri) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırma çərçivəsində həyata keçirilir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərini əhatə edən bioloji və texnoloji əsaslandırmanın qeydiyyatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və tərkibində bu nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən nümayəndələrindən ibarət  Elmi-Texniki Şurasının qərarı əsasında aparılır. Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir. Xəzər dənizində balıq və digər su bioresurslarının iqlimləşdirilmənin həyata keçirilməsi ilə əlaqədar bioloji və texnoloji əsaslandırma qeydiyyata alınarkən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmalıdır. Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. 

Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir. Balıqçılıq subyektləri balıq və digər su bioresurslarının iqlimləşdirilmə məqsədi ilə su obyektlərinə buraxılması tədbirlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinın balıq mühafizə  qurumlarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirirlər. Balıqçılıq subyektləri tərəfindən iqlimləşdirilmə məqsədi ilə yetişdirilmiş və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq idxal edilmiş canlı balıq, mayalanmış kürü və digər su bioresursları qeydiyyata alınmış bioloji və texnoloji əsaslandırmada müəyyən olunmuş karantin balıqçılıq təsərrüfatı təcridxanalarında (hovuzlarında, qurğularında və digər uyğunlaşdırılmış yerlərdə) saxlanılmalıdır və balıqçılıq subyektinin karantin balıqçılıq təsərrüfatı təcridxanalarından digər balıqçılıq su obyektlərinə (onların bir hissəsinə) köçürülməsi baytarlıq-sanitariya nəzarəti altında həyata keçirilir. İqlimləşdirilmə məqsədi ilə Azərbaycana idxal edilmiş  balıq və digər su bioresursları karantin təcridxanalarında bioloji tələbatları və biotexnoloji xüsusiyyətləri nəzərə alınmaqla saxlanılır. Müxtəlif növdən və yaşdan, müxtəlif vaxtlarda müxtəlif ölkələrdən gətirilmiş balıq və digər su bioresurslarının karantin balıqçılıq təsərrüfatı təcridxanalarında birlikdə saxlanmasına yol verilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini aşağıdakı hallarda məhdudlaşdırırlar:

— bioloji və texnoloji əsaslandırma və ekoloji təhlükəsizlik üzrə tələblər pozulmaqla balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirildikdə; 

— iqlimləşdirilmə obyektlərinin baytarlıq-sanitariya və sanitar-epidemioloji norma və qaydalarının pozulması ilə daşınması müəyyən edildikdə və bioloji və texnoloji əsaslandırmada  müəyyən olunmamış balıqçılıq su  obyektlərinə buraxıldıqda;

— bioloji və texnoloji əsaslandırmada  müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda;

— balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda;

— balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə;

— balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda.

İqlimləşdirilən balıq və digər su bioresurslarının su obyektlərinə daşınması zamanı istifadə edilən qablardakı su balıqçılıq su obyektləri ilə əlaqəsi olmayan yerlərə boşaldılmalıdır.

468
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

119
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

119
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

5
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

5
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0