Pivə

Bunu biləndən sonra pivə içməyəcəksiniz

4968
(Yenilənib 21:47 13.05.2017)
Henrik Vanq bildirib ki, bir çox insanlar sidiyi birbaşa pivəyə əlavə ediləcəyini düşünür

BAKI, 13 may — Sputnik. Avropanın ən böyük musiqi festivalı Roskil Festivalında 50 min litr sidik toplanıb. Danimarkalı pivə istehsalçısı Norrebro Bryuqhus bu sidiklə istehsal üçün istifadə olunan arpanı gübrələyib. Yaxın zamanlarda istehsalı genişlənəcək pivə “Pisner” adlanacaq.

Norrebro Bryuqhusun meneceri Henrik Vanq bildirib ki, bir çox insanlar sidiyi birbaşa pivəyə əlavə ediləcəyini düşünür. Əslində isə sidik arpanın gübrələnməsi üçün istifadə edilib: “Bəzi insanlar elə bilir ki, biz sidiyi filtrləyib pivə hazırlayıq. Bu çox gülməlidir. İçdiyiniz pivədə az da olsa sidik dadı hiss etməyəcəksiniz. Biz sidikdən sadəcə gübrə kimi istifadə edirik”. 

Danimarka Kənd Təsərrüfatı və Qida Şurası açıqlamasında bildirib ki, ilk dəfədir ki, insan ifrazatından gübrə kimi istifadə edilir.

4968