Bərdə İmamzadə Kompleksi

Azərbaycanda yeraltı ziyarətgah: giriş qadağandır

708
(Yenilənib 14:44 13.05.2017)
İmamzadənin hündürlüyü qədər yeraltı hissəsi də var. Yer altında hücrələr var.

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 13 may — Sputnik. Tarixi mənbələrdə 3000 min il yaşı olduğu qeyd olunan Bərdə şəhərində 500-ə yaxın tarixi memarlıq abidəsi mövcuddur. Bunlardan 30-u ölkə əhəmiyyətli abidə hesab olunur ki, biri də İmamzadə Kompleksidir.

Bərdə İmamzadə Kompleksi
© Sputnik / Ramil Ibrahimov
Bərdə İmamzadə Kompleksi

Digər adı ilə "İbrahim məscidi" adlandırılan abidənin inşası, təqribən 1200 il əvvələ təsadüf edir. Tarixi məlumatlara görə, Cəfəri şiələrinin 5-ci imamı Məhəmməd Əl Baqirin qız nəvəsi İsmayıl burada dəfn olunub. Həmin dövrdən də yerli müsəlmanların ziyarətgahına çevrilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təmsilçisi Hacı Ramazan Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəbirüstü abidə zamanla bugünkü şəklini alıb. İlk dəfə 12-ci əsrdə türbə və günbəz inşa edilib. Abidənin "İbrahim məscidi" adlandırılması, həmin dövrdə Qafqazın ən iri ticarət mərkəzi sayılan Bərdəyə səfər edən tacirlərdən birinin adı ilə bağlıdır.

"12-ci əsrdə ticarət üçün bura gələn İbrahim adlı bir tacir, insanların bu məzara müqəddəs kimi baxdıqlarının, ziyarət etdiklərinin şahidi olur. Kimin qəbri olduğu ilə maraqlanır. Ona bildirirlər ki, İmam Baqirin qız nəvəsi Şahzadə İsmayılın qəbridir, yəni imamzadədir. Həmin şəxs öz vəsaiti hesabına, məzarı çay daşlarından günbəz formasına saldırır. Həmin dövr mənbələrində yazır ki, İmamzadənin adı o vaxtdan "İbrahim məscidi" qalır" – deyir Ramazan Hüseynov.

İmamzadə indiki görünüşünü 1868-ci ildə alıb. Həmin vaxt abidə Ağdam, Şuşa və Odessa şəhərlərindəki bəzi məscidlərin də memarı olan Kərbəlayi Səfixan Qarabaği tərəfindən yenidən qurulur. Bu həm də Azərbaycanda ilk dördminarəli məscid hesab olunur.

Hacı Ramazan Hüseynovun sözlərinə görə, məscid adlandırılmasına baxmayaraq bura həmişə ziyarətgah kimi istifadə olunub: "Məscid olsa, buranın mehrabı da olar. Bu, sübut edir ki, abidə ziyarətgahdır. İmamzadənin hündürlüyü qədər yeraltı hissəsi də var. Yeraltı hücrələr var. Əvvəllər yeraltı hissəsi də ziyarət olunub, amma indi icazə yoxdur ora girməyə, daşla hörülüb. Hələ də araşdırmağa ehtiyac var. Çünki bizim tariximiz daşın altında qalıb".

İmamzadənin xalq arasında böyük nüfuza sahib olmasını, burada dövrünün görkəmli şəxsiyyətlərinin dəfn olunması da sübut edir. Qacar sülaləsindən Fətəli Şahın nəvəsi, 51 övlad atası olan şahzadə Bəhmən Mirzənin türbəsi də İmamzadə Kompleksinin 20 metrliyində yerləşir. Şahzadənin öz nəvələri də burada dəfn edilib. Qarabağın xan nəslinin nümayəndələrindən bir neçəsinin qəbirləri də İmamzadə Kompleksinin içərisində yerləşir.

20-ci əsrin əvvəllərində, rayonun erməni əsilli rəhbərlərinin göstərişi ilə, restavrasiya adı altında Bərdədəki tarixi abidələrin məhv edilməsinə çalışılır. Prosesdə iştirak edən ustaların əksəriyyəti də milliyətcə erməni olub.

"Daşların üzərinə baxanda görünür ki, burada nəqqaşlıq üslubu var. Hansı ki, daş üzərində nəqqaşlıq ən çətin sənətlərdən biri hesab olunur. Ən çətin xətt "reyhaniyyə" xəttidir. Yəni nöqtəsiz yazılar. Həmin dövrdə burada olan ermənilər, tarixi silmək üçün böyük əhəng quyularında bu daşları yandırıb, tikintidə əhəng kimi istifadə ediblər" — Ramazan Hüseynov bildirir.

Uzun müddət ziyarət olunması qadağan edilən İmamzadə abidəsi, müstəqillik dövründə yenidən ziyarətçilərin istifadəsinə verilir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən abidə üzərində abadlıq işlərinə başlanır. Ziyarətçilər üçün oxunaqlı olsun deyə, daş kitabələrdəki mətnlərin tərcüməsi yazılmış xüsusi lövhələr quraşdırılır. Abadlıq işləri 2015-ci ildə başa çatdırılır.

Hazırda Azərbaycanın nadir memarlıq nümunələrindən hesab olunan Bərdə İmamzadə Kompleksi dövlət tərəfindən qorunur. Məhərrəm ayında, əsasən də Aşura günü buraya xeyli sayda ziyarətçi gəlir.

708
Teqlər:
Hacı Ramazan Hüseynov, "İbrahim məscidi", İmamzadə Kompleksi, tarixi memarlıq abidəsi, Bərdə, abidə, ziyarət, tarix, məscid
Əlaqədar
Azərbaycan tarixini yaradan adam
Tarixçilər prezidentə müraciət etdilər
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
Bakının tarixi ticarət məkanının taleyinə aydınlıq gətirildi
"Tarixinə sahib çıxmayan xalq ölümə məhkumdur"
Heydər Əliyev Sarayı, arxiv şəkli

Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib

3
Layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

 

BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.

Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.

3

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

16
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

16

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

16
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

16