BAKI, 8 may — Sputnik. Yay turizm mövsümünün başlaması ilə əlaqədar olaraq yay tətilini Türkiyədə keçirmək istəyənlər bu xəbərə diqqət yetirsinlər.
Türkiyənin Maraş bölgəsində yerli bələdiyyənin turistləri cəlb etmək məqsədilə "şəfalı mineral su" kimi təbliğ etdiyi qırmızı gölməçənin suyu, əslində sağalmaz və qorxulu xəstəliklər mənbəyidir.
Suyu analiz edən mütəxəssislər, tərk edilmiş dəmir mədəninin tullantılarının toplaşdığı gölməçə ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Geologiya üzrə ali mühəndis Əşrəf Atabəy, gölə girişin qadağan edilməsinə çağırıb.
Professor Ali Osman Karababa isə gölməçə suyundakı ağır metalların xərçəng və böyrək xəstəliklərinə şərait yarada biləcəyini ilə bağlı xəbərdarlıq edib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Maraşın Ekinözü İlçəsində tərk edilmiş dəmir mədəninin yerində yaranmış, rənginə görə "qızıl göl" adlandırılan gölməçənin suyu camaat arasında "şəfalı su" adı ilə tanınıb və içilir. Suyun başda həzm problemləri olmaqla bir çox xəstəliyə müalicəvi təsir göstərdiyi barədə yayılan məlumatlar nəticəsində, yaz-yay aylarında oranı on minlərlə insan ziyarət edir. Onlar bu bölgədə yerləşən otellərdə qalaraq "qızıl göl"dəki acı sudan içmək üçün növbəyə düzülürlər.
Lakin tibbi geologiya mütəxəssisi olan mühəndis Əşrəf Atabəy vəziyyətin çox fərqli və təhlükəli olduğunu söyləyib.
O, bildirib ki, köhnə dəmir mədəni ocağı olan gölməçənin suyunun niyə tünd qırmızı olması barədə indiyə qədər verilən açıqlamalar yalandır. Atabəy, bu açıqlamaların camaatın yanılmasına, bu suyun bölgədəki digər mineral sularla əlaqələndirilməsinə səbəb olduğunu, bunun insanların sağlamlığı üçün böyük təhlükə yaratdığını deyib.
"Bura əslində turşularla zəngin olan bir mədən drenajıdır. Burada tərk edilmiş mədən tullantıları, pirit konsentratı (texnogen mineral kimyəvi resurs-red.) anbarları, açıq və qapalı mədən ocaqlarında aparılan qazıntı işləri zamanı yenilənən qatlarda olan xüsusilə dəmir sulfidi (FeS) və digər mineral tərkibli maddələr mövcuddur. Buna bəzəyən digər nümunələr Türkiyənin bir çox yerindəki tərk edilmiş sulfidli mineral tərkibli (metal mədəni, kömür ocaqları və s.) istənilən mədən ocağı gölməçəsində ola bilər.
Köhnə dəmir mədəni ocağındakı dəmir sulfidi minerallarının su və hava ilə kimyəvi reaksiyaya girdiyini vurğulayan Atabəy deyib ki, bu zaman sulfid turşusu ilə birlikdə qırmızı-narıncı-sarı-tünd qırmızı rəngli dəmir sulfat mineralı olan yarozit (alunit qrupuna aid mineral. Kimyəvi formulu — КFe3+3[SO4]2[OH]6 – red.) əmələ gəlir.
Atabəy bu suyun istifadəsinin qadağan olunması və gölün ətrafının nəzarət altına alınması ilə bağlı çağırış edib.
Professor Ali Osman Karababa göl suyunun içindəki ağır metalların araşdırılmasına ehtiyac olduğunu bildirib. Göldəki suyun tərkibində turşu mədəni drenajı içərisindəki ağır metalların ola biləcəyinə diqqəti yönəldən Karababa deyib: "Bu, metallar öz xarakterinə görə, zamanla xərçəngin müxtəlif növlərinə, böyrək narahatlıqlarına, dəri xəstəliklərinə və anomal doğuşlara səbəb olur".
BAKI, 19 yanvar — Sputnik. Heydər Əliyev Sarayı "Tarixi səhnə" adlı yeni layihəyə start verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Tarixi səhnə" layihəsi 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.
Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsədi Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.
Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnəyə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşların da çəkilişi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, "Tarixi səhnə" adlı festivalın və "Tarixi səhnə" filminin çəkilməsi nəzərdə tutulub.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".