Yol nişanları, arxiv şəkli

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

44
(Yenilənib 23:53 08.05.2017)
Bakıda İslamiada günlərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələr açıqlanıb

BAKI, 8 may — Sputnik. Bakıda İslamiada günlərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı küçələr açıqlanıb

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə İV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şossesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisində yol birtərəfli istiqamətdə hərəkət təşkil edilir.

Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq. Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ. Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkətləri məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər. Mayın 6-dan 23-dək həmin ərazidə Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərək'ti məhdudlaşdırılacaq.

44
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

2
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

2
Qulam Mustafa Xan, arxiv şəkli

"Hind kinosunun kadrarxası səsi" vəfat edib

4
(Yenilənib 18:00 18.01.2021)
Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

BAKI, 18 yanvar — Sputnik. Klassik hind musiqisinin görkəmli nümayəndəsi Qulam Mustafa Xan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 89 yaşlı Qulam Mustafa Xan ötən gün Mumbayda dünyasını dəyişib.

Qulam Mustafa Xan sənətkarlar ailəsində dünyaya gəlib. Onun ailə üzvləri musiqiçilərdən ibarət olub. Şimali Hindistanın məşhur mahnılarını səsləndirən Qulam Mustafa Xana "Ustad" titulu verilib. Klassik hind musiqiqinin ustad sənətkarı sayılan Qulam Mustafa Xan, yaradıcılığı boyu çox sayda ordenlə təltif edilib.

Qulam Mustafa Xanı Hind kinosunun kadrarxası səsi adlandırıblar. Belə ki, sevərək tamaşa etdiyimiz hind filmlərinin əksəriyyətində onun məlahətli səsi eşidilir.

Qeyd edək ki, 2019-cu ildə insult keçirən sənətkarın bədəninin bir hissəsi iflic olub. Mərhum Qulam Mustafa Xanın martın 3-də 90 yaşı tamam olacaqdı.

4