Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева, фото из архива

Leyla Əliyeva: "İnsan fəaliyyəti təbiətin qanunlarını pozur"

97
(Yenilənib 20:49 06.05.2017)
Leyla Əliyeva: “Ərzaq təhlükəsizliyi, ətraf mühit və dayanıqlı inkişaf məsələlərində qlobal əməkdaşlıq çox vacibdir”

BAKI, 6 may — Sputnik. “Mədəniyyətlər arasında dialoq sülhün təbliği üçün şərtlərdən biridir”.

APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı plenar sessiyada çıxışı zamanı deyib.

Əliyeva bildirib ki, insanlar arasında nə qədər dialoq olarsa, o qədər çox sülh üçün şərait yaranacaq: “Azərbaycan daim dinlərin, mədəniyyətlərin qovuşduğu məkan olub. Bütün xalqlar sülh şəraitində birgə yaşayıblar. Heç kəs bunu mədəniyyətlərarası dialoq kimi görməyib. Bu, onların həyat tərzi olub. Mədəniyyətlərarası mübadilələr ümumi məqsədlərimizə nail olmaqda yeni innovativ yolların tədqiqini şərtləndirir. Yoxsulluq və aclığı aradan qaldırmaqla sülhsevər inklüziv cəmiyyətə nail ola bilərik. Dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir. Bu, elə bir vaxtdadır ki ərzağın üçdə biri atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Məhsulların əldə edilməsi ekosistemimizə zərbə vurub. Mədəniyyətlərarası dialoqun gücləndiriməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına və qorunmasına xidmət edir. Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun. Beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi məsələsini mədəniyyətlərarası dialoqun gücləndirilməsi vasitəsinə çevirməlidir”.

Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişafı heç bir ölkə təkbaşına edə bilməz: “Qlobal əməkdaşlıq bu sahədə çox vacibdir. Bu baxımdan biz İDEA təşkilatını təsis etdik. Son 5 il ərzində gənc təşkilatımız gözəl nəticələr əldə edib. Ölkə ərazisində 5 milyon ağac əkmişik. Ceyranların tamamilə məhv olunmasının qarşısını almışıq. Qafqaz bəbiri və Qafqazda bizonun artması üçün tədbirlər görmüşük. Xəzər dənizində qızıl balığın qorunması üçün İDEA Kür çayının deltasının təmizlənməsi işini görüb. Bir neçə həftə əvvəl Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağının salınması işini yerinə yetirmişik. Bunu FAO ilə birlikdə həyata keçiririk. Din, irq və inancdan asılı olmayaraq, bir planetdə yaşayırıq. İnsan fəaliyyəti təbiətin qanunlarını pozur və böyük fəlakətlər gətirir. İnsanlar bu zənginlikləri itirməli deyil. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq”.  

97

Təhsil şöbəsinin müdiri iki gündür xəstəxanadadır

2
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 avqust - Sputnik. Tərtər RTŞ-nin müdiri Yaşar Məhərrəmov iki gün öncə kəskin ürək çatışmazlığı ilə bağlı xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Yaşar Məhərrəmovun sağlamlıq durumu hazırda kafidir.

Onu da qeyd edək ki, 1978-ci il təvəllüdlü Yaşar Məhərrəmov Tərtər rayon Təhsil Şöbəsinə 2019-cu ilin oktyabrında müdir təyin edilib. Ona qədər Tərtər rayon Sarıcalı kənd orta məktəbində direktor işləyib.

Rayon sakinlərinin bildirdiyinə görə, Yaşar Məhərrəmov fəaliyyətə başlayandan sonra Tərtər rayon təhsilində rüşvət kimi neqativ hallar aradan qaldırılıb.

2
Kitab oxuyan uşaq, arxiv şəkli

Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!

34
Aygün Bal adlı müəllifin "Qaz ilə Göyərçinin əhvalatı" adlı şeiri məktəb yaşlı uşaqlar üçün nəzərədə tutulmuş olsa da, şeirin mənası uşaqlara düzgün tərbiyə aşılamır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Uşaqların şüuraltı, həyata baxışı 8 yaşına qədər formalaşır. Onların bu dövrə qədər almış olduğu məlumatlar, gördükləri, oxuduqları, yaaşdıqları, şahid olduqları birbaşa gələcək həyatlarının, xarakterlərinin formalaşmasına təsir edir.

Bu prosesdə uşaq ədəbiyyatının, ibtidai sinif dərsliklərinin böyük rolu var.

Belə ki, uşaqların çox zaman vaxt keçirdiyi kitablar onlara düzgün olmayan düşüncələr, məlumatlar və fikirlər öyrədə bilər.

Məsələn bu günlərdə social şəbəkələrdə paylaşılan Aygün Bal adlı müəllifin "Qaz ilə Göyərçinin əhvalatı" adlı şeiri məktəb yaşlı uşaqlar üçün nəzərədə tutulmuş olsa da, şeirin mənası uşaqlara düzgün tərbiyə aşılamır.

Və yaxud bir müddət əvvəl elə ibtidai sinif şagirdlərinə aid ədəbiyyatda uşaqlara dini biliklər aşılanırdı ki, bu da uşağın azad seçiminə bağlı bir prosesdir.

Azərbaycanda uşaq ədəbiyyatına nəzarət var? Valideynlər uşaqlaırn bu kimi düşüncədə yazılmış əsərlərdən qorumaq üçün nə etməlidir?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Təhsil eksperti Qoşqar Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdlərin şüurulatının formalaşması erkən yaşlara təsadüf edir. Bu səbədən də erkən yaş pedaqogikası ən önəmli alt sahələrdən hesab edilir.

Pedaqoqların və psixoloqların fikrincə, uşaqların bu yaşlarda məruz qaldıqları hər bir şey onların şüuraltında qalır və bu onların gələcək həyatlarına təsir edir: "Bir çox yazarların - Adəm Günəşin, Doğan Güzeloğlunun kitablarında, qərb psixologiyasında da qeyd edilir ki, uşaqların erkən dövrdə məruz qaldıqları hər bir şey onların sonrakı həyatında xarakterlərinin formalaşmasına səbəb olur. Uşaq ədəbiyyatı da uşaqların təhtəlşüurunda yer alacaq amillərdəndir. Bu səbəbdən biz uşaqlar üçün ədəbiyyat seçəndə diqqətli olmalıyıq".

Ekspert bildirib ki, nəinki uşaq ədəbiyyatı, hətta uşaqların daim istifadə etdiyi oxu, riyaziyyat və ya təbiətlə bağlı kitablarda hər bir şəkil belə diqqətli seçilməlidir.

Çünki dərsin məqsədi başqa olsa belə, verilən hər şəkil uşaqların psxikiasına ayrı cür təsir edə bilər.

Uşaq ədəbiyyatı uşaqların dillərinin zənginləşməsinə, şüuralarının inkişafına, təfəkkürlərinin yaradıcı-tənqidi olmasına birbaşa təsir edir.

Bu səbəbdən də uşaqların oxuduqları kitabların, baxdıqları cizgi filmlərinin, kinoların seçilməsində valideynlər və müəllimlər diqqətli olmalıdıdr. Əks halda biz onların başqa tərbiyə ilə yetişdiklərinin şahidi ola bilərik.

Mütəxəssisin fikrincə, uşaqların cinsi tərbiyəsində də uşaq ədəbiyyatının böyük rolu var.

"Uşaqların cinsi tərbiyəsində, məhrəmiyyət təlimində onlara aid olan oxudqları, öyrəndikləri, gördükləri hər şeyin birbaşa təsiri var. Bu səbəbdən də uşaq ədəbiyyatı seçərkən çox diqqətli olmaq lazımdır" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, uşaq ədəbiyyatı – hekayə, nağıl, şeirlər yazanlar da diqqətli olmalıdır.

Mütəxəssis hesab edir ki, uşaq ədəbiyyatı nümunələri pedaqoqların, erkən yaş psixoloqlarının senzurasından keçəndən sonra ibtidai sinif uşaqlarının və müəllimlərinin istifadəsinə verilməlidir: "Düzdür, sərbəst bazar iqtisadiyyatı dövründə yaşayırıq. Ancaq uşaq ədəbiyyatı senzuradan keçdikdən sonra uşaqların istifadəsinə verilsə, daha yaxşı olar. Beləcə, uşaqların gələcək həyatı daha düzgün formalaşmış olar. Bu uşaqların əxlaqi tərbiyəsində mənəvi dəyərləri qavramasında çox böyük yer tutur".

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, uşaqlarda şüuraltının əsas formalaşdığı dövr 8 yaşına qədərdir.

Bu yaşa qədər uşaqlar gördükləri, öyrəndikləri, oxuduqları hər bir hadisəni şüurulatına yazır: "Uşaq beyni ağ kağıza bənzəyir və onun üzərində yazılanlar ətraf mühiytin təsiri ilə formalaşır. Yəni, bir uşaq ailədə dava-mübahisə, sevgisizlik görürsə, böyüyəndən sonra o da ətrafına, insanlara qarşı o formada davranır. Çünki o həyatı elə öyrənir".

Psixoloqun fikrincə, bu baxımdan uşaqlara uşaq ədəbiyyatı, kitablar seçərkən valideynlər çox diqqətli olmalıdır. Kitab alarkən ən azından kitabı adına görə deyil, müəllifə, kitabın içində olanlara görə almaq lazımdır.

"Azyaşlı uşaqları böyüklərin həyat düşüncələri ilə, həyata baxışları ilə, hətta yaşanmış, müxtəlif formada qələmə aldıqları uşaqların psixologiyasına zərər vura biləcək əsərlərlə böyütmək olmaz. Burada yük birmənalı olaraq, valideynlərin üzərinə düşür", - deyə psixoloq vurğulayıb.

Onun fikrincə, indiki dövr uşaq ədəbiyyatı nümunələrinin əksəriyyəti uşaqların əxlaqına, cinsi düşüncələrinə, gələcək həyatına zərbə verə biləəck vəziyyətdədir.

Bu səbəbdən də hər bir valideyn çox diqqətli olmalıdır.

34