Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi banklarla bağlı qərar qəbul edib

501
Konstitusiya Məhkəməsinin sədri: “Bank sahəsində bir sıra ziddiyyətli məsələlər var”

BAKI, 5 may — Sputnik. "Konstitusiya Məhkəməsinə müraciətlər əsasən mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olur. Müraciətlər hüququn bütün sahələrini əhatə edir. Bu gün əsasən mülkiyyət məsələləri ilə bağlı müraciətlər daha çoxluq təşkil edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Bunu APA-ya açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O bildirib ki, Konstitusiya Məhkəməsinə bank sahəsi ilə bağlı müraciətlər də olur: "Bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də Ombudsmanın müraciətləri var. Bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var. Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik".

F. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələlərlə bağlı hər kəs — hüquqi və fiziki şəxslər müraciət edə bilərlər: "Müraciətlər 2004-cü ilin yanvar ayından davam edir. Deyərdim ki, müraciətlərin sayı son illər stabil qalır. Ola bilsin, müraciətlərdə bir balaca artım var. Müraciətlər bir neçə mərhələ keçir. Əvvəl Konstitusiya Məhkəməsinin aparatında yoxlanılır. Hansı müraciətlərin ki, bizə aidiyyəti var, onlar Konstitusiya Məhkəməsinin palatalarında öyrənilir. Konstitusiya Məhkəməsinə hər cür normativ hüquqi aktlardan, yəni icra, qanunvericilik, bələdiyyə, məhkəmə aktlarından şikayət verilə bilər. Lakin bunun da müəyyən şərtləri var. Qanunda nəzərdə tutulub ki, bütün müdafiə vasitələri tükəndikdən sonra Konstitusiya Məhkəməsinə şikayət verilə bilər".

501
Teqlər:
Fərhad Abdullayev, Konstitusiya Məhkəməsi, mülkiyyət, bank, müraciət
Əlaqədar
Mərkəzi Bank manatın aşağı və yuxarı "qırmızı xətlərini" belə müəyyənləşdirib
Banklar tələsik dolları bahalaşdırdı
Banklarla bağlı müəmmalı vəziyyət
Bankların kaprizlərinə dözməkdən qurtuluruq
Mərkəzi Bankın banklarla əlaqəsi kəsilir
Azərbaycan banklarının müalicəyə ehtiyacı var
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

13
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

13
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

35
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə