Nizami küçəsi, arxiv şəkli

Ölkədən çıxarılanların sayı məlum oldu

22
20 nəfər ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirib

BAKI, 4 may — Sputnik. Mart ayında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 58351 müraciət daxil olub.

Sputnik Azərbaycan Dövlət Miqrasiya Xidmətinin saytına istinadən xəbər verir ki, ötən ay ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 3875, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı isə 2564 müraciət daxil olub.

Ötən ay ölkədə olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1412 fakt qeydə alınıb. Bunlardan 226 halda ölkə ərazisində yaşama leqallaşdırılıb, 839 inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunub, 327 inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunub. 20 nəfər isə ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirib.

22
Teqlər:
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, inzibati cərimə, müvəqqəti və daimi yaşama qaydaları, Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması, Dövlət Miqrasiya Xidməti
Əlaqədar
"Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəksiniz?!"
Polad Bülbüloğlu Rusiya DİN rəhbəri ilə miqrasiya məsələlərini müzakirə edib
Miqrant böhranı avropalıları cana doydurub
Azər Allahverənov: Azərbaycan miqrantlarının 85 faizi Rusiyaya gedir