CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ziddiyyətli yol işarələri: sürücüləri günahsız yerə cərimələyirlər

© Photo : Samir ƏhmədovYol nişanları, arxiv şəkli
Yol nişanları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vaqif Əsədov: "Sürücülər bu zaman cərimə olunarsa, bizə müraciət edə bilərlər"

BAKI, 4 may — Sputnik. Bakı şəhərində sürücüləri narahat edən məsələlərdən biri də yol nişanları ilə yol xətlənməsində ziddiyyətlərin olmasıdır. Sürücülər bu zaman necə hərəkət edəcəklərini bilmirlər və hətta tez-tez qəzalar baş verir. Çünki sürücülər bir-birini anlamır və qəza törədirlər.

Bakıda Yol Patrul Xidmətinin əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücü - yol polisi münasibətlərində qırılan xətt

Təəssüflər olsun ki, sürücü avtomobilinin qəzada zədələnməsi səbəbindən maddi ziyana düşməsi ilə yanaşı, həm də cərimələnir. Sürücülər də tez-tez rast gəlinən belə vəziyyətdə yol polisinin onlara cərimə yazmasından şikayət edirlər.

Təlimçi-sürücü, avtomobil eksperti Aqil Rəhimov məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qaydalara əsasən, yol nişanları heç bir halda bir-birinə və ya xətlənməyə zidd ola bilməz: "Yəni, qaydalarda sürücünün bu halda nə etməli olduğu barədə heç bir şey yazılmayıb. Yalnız bir cümlə var: "Müvəqqəti nişanlar daimi nişanlarla və ya xətlənməyə ziddirsə, sürücü müvəqqəti nişanları əsas tutmalıdır". Rusiyada isə belə bir qanun var ki, əgər nişanlar (hətta daimi) bir-birinə və ya xətlənməyə ziddirsə, sürücü ehtiyatla bu nişanların və xətlənmənin icazə verdiyi hər bir variantla hərəkət edə bilər. Bu zaman heç bir cərimə tətbiq edilmir".

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da təsdiq edib ki, belə hallara şəhərdə tez-tez rast gəlinir: "Birincisi, sürücü sükan arxasında çox diqqətli olmalıdır ki, səhvə yol verməsin. Eyni zamanda, sürücü bütün qaydaları dəqiq bilməlidir ki, yolda səhv olsa belə, özü düzgün qərar çıxarsın".

"Şəhərin mərkəzində yol hərəkətində səhvlər olur. Bəzi yerlərdə yol nişanları ilə yol nişanlanmaları arasında ziddiyyətlər var. Ziddiyyətlərin əsas səbəblərindən biri odur ki, nişanı bir qurum qoyur, xətti başqa qurum çəkir. Bu da anormal vəziyyətə gətirib çıxarır. Buna görə də, yol polisinin əməkdaşları daim ərazilərinə nəzarət etməli, belə hallar baş verərsə, idarəyə məlumat verərək məsələnin həllinə nail olmalıdırlar. Bizim yollarda yüzlərlə, minlərlə belə fakt var. Bu da sürücülərin həyatını riskə atmaq deməkdir" – deyə ekspert əlavə edib.

Ə. Hüseynov onu da deyib ki, yol hərəkətinin təşkilində hər hansı səhv varsa, buna görə sürücü məsuliyyətə cəlb edilə bilməz: "Qanunda nəzərdə tutulan mexanizm var. Bu halda sürücü şikayət edə bilər. Və sürücü haqlı olduğu halda cərimə ləğv edilməlidir. Hətta sürücünün məhkəməyə vermək hüququ da var".

© KarikaturaYol nişanları
Yol nişanları - Sputnik Azərbaycan
Yol nişanları

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar özbaşına olaraq heç bir yerdə yeni xəttin çəkilməsi işlərini görə bilməzlər: "Biz yalnız "Azəravtoyol" ASC olaraq mövcud olan rəngi solmuş nişanlama xətlərinin rənglənməsi ilə məşğul oluruq. Yol nişanlamasına və yol nişanalmalarının çəkilməsinə Baş Dövlət Yol Polis idarəsi cavabdehdir. Onlar bizə bildirdikdən sonra biz həmin yerlərdə nişanlama xətləri çəkə bilərik".

"Əgər biz hər hansı ərazidə yol təmir ediriksə və burada müvəqqəti olaraq yol nişanı və ya nişanlama xətti çəkilməlidirsə, bu zaman Nazirlər Kabinetinin Yol hərəkətinin təhlükəsizliyi komissiyasının qərarı ilə yol polisi ilə razılaşdırılmış şəkildə bu işləri həyata keçirə bilirik" – deyə A.Nəcəfli qeyd edib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Sputnik Azərbaycan-a bildirdiyinə görə isə, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, yol işarələri ilə nişanların tələbində ziddiyyət təşkil edən məqam varsa, sürücülər nişanların tələblərinə uyğun hərəkət etməyə üstünlük verməlidir: "Eyni zamanda, qeyd edim ki, belə hallar o zaman meydana gəlir ki, əraziyə baxış keçirilir və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq nişanlar qoyulur. Nişanlar qoyulduqdan sonra asfalt üzərində olan işarələrin də pozulmasına ayrıca vəsait lazım olduğu üçün uzun müddət yerdə qalır".

DYP avtomobili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi də adi sürücülər kimi cərimələnəcək - bir şərtlə ki...

"Belə hallar yaranırsa, ziddiyyət varsa, sürücülər yoldakı nişanların tələblərinə uyğun davam etməlidirlər. Bu zaman heç bir inzibati xəta yaratmır. Paytaxt Bakıda belə yerlərin olmasına baxış keçirilir və müvafiq tədbirlər görülür" — Əsədov vurğulayıb.

O, əlavə edib ki, yol nişanları ilə yol işarələri arasında ziddiyyət olmamaldır: "Belə olan halda heç bir sürücüyə cərimə yazılmır. Belə halların olması da şəhərin yollarında inkişafla bağlıdır. Ona görə də, belə hallarla rastlaşmaq olar. Çalışırıq ki, ziddiyyətləri tez bir zamanda həll edək. Sürücülər bu zaman cərimə olunarsa, Bakı Şəhər Baş Dövlət Yol Polisinə müraciət edə bilərlər. Ancaq bu zaman şikayətə baxıb sürücünün hüquqlarını bərpa edə bilərik".

Xəbər lenti
0