PPX əməkdaşları, arxiv şəkli

Polis gücləndirilmiş rejimində çalışacaq

39
(Yenilənib 00:20 04.05.2017)
Həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq

BAKI, 3 may — Sputnik. Respublikanın daxili işlər orqanlarının əməkdaşları may ayının 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Bu barədə Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Əmrə əsasən, respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə yerli və əcnəbi qonaqların təhlükəsizliyinin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrdə, həmçinin bildirilir ki, İslamiada ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq, həmçinin bütün strateji əhəmiyyətli obyektlərin, o cümlədən su, hava, dəmiryolu nəqliyyatının, avtovağzalların, limanların, metropolitenin, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

39
Teqlər:
ictimai asayiş, post-patrul xidməti, İslamiada, gücləndirilmiş iş rejimi, IV İslam Həmrəyliyi Oyunları, DİN, Ramil Usubov
Əlaqədar
İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandanın heyəti açıqlandı
İslam Oyunlarında Azərbaycanı bu bokçular təmsil edəcək
İslam Həmrəyliyi Oyunlarının bayraqdarı bu idmançı olacaq
İdmançımız İslam Həmrəyliyi oyunlarında iştirak edə bilməyəcək
İslam Oyunları 2017-nin yeni tərəfdaşı məlum oldu