Gözlərdə qorxu

Odla oynadığınızın fərqində deyilsiniz təhlükə var

6253
"İnsan bu stressə hazır olub-olmadığını bilməlidirlər"

BAKI, 3 may — Sputnik. İnsanlar dincəlmək, gündəlik həyatda yaşadıqları stressi atmaq üçün əyləncə məkanlarına üz tuturlar. Bəzi əyləncə məkanları ancaq uşaqlar üçün nəzərdə tutulsa da, elələri də var ki, böyüklərə də xidmət edir. Bəziləri belə yerlərdə ancaq yelləncəklərdə yellənməklə kifayətlənsə də, digərləri daha adrenalinli əyləncə axtarır. Məsələn, "Vahimə otağı"nda qorxulu dəqiqələr yaşamaq kimi.

Amma bəzən belə məkanlarda, xüsusilə "Vahimə otağı"nda ("Qorxu otağı") gördüyümüz və yaşadığımız stress bizim səhhətimizdə ciddi problemlər yarada bilir. Belə ki, qorxu otaqlarında onları gözləyən "sürprizlərə" hazır olmayan insanlar panikaya düşür və hətta qorxudan huşunu itirənlər də olur. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan mütəxəssislər də belə əyləncələrin heç də hər zaman zərərsiz olmadığını təsdiq edirlər.

Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər bir şəxsə həyatının müəyyən dövründə hansısa adrenalin tələb olunur: "İnsanlar adrenalinə ehtiyaclarını müxtəlif yollarla ödəyə bilərlər. Qorxu otaqları və yelləncəklərdən alınan adrenalinə gəlincə, hər kəs bu stressə nə qədər hazır olduğuna özü öncədən qərar verməlidir. Məsələn, ürək xəstələri, psixoloji problemləri olan insanlara belə məkanlara getmək olmaz. Burada insanda yaranan qorxu nəinki səhhətində problemlər yaradır, eyni zamanda psixoloji problemlərə də yol açır".

"Belə stressli məkanlardan adrenalin alan insanlar da az deyil. Bir sözlə, belə məkanlara getməyə heç kimi məcbur etmirlər. Hər kəsin öz seçimidir. Sadəcə, seçim edən zaman insan özünün bu stressə hazır olub-olmadığını bilməlidir" – deyə Mehmanqızı əlavə edib.

Psixoloq deyib ki, indiyə kimi ona müraciət edənlərin arasında yas mərasimində, dəfn mərasimlərində psixoloji sarsıntı keçirənlər də olub: "Kişilər daha çox dəfn mərasimlərində, qadınlar isə yas mərasimlərində psixoloji sarsıntı çox keçirirlər. Amma əyləncə mərkəzlərində yaranan psixoloji problemlə bağlı bizə müraciət edən olmayıb".

"Ümumiyyətlə, "Təşviş pozğunluğu" ("Panic attack" – "Panik atak" – red.) xəstəliyi və müxtəlif fobiyası olan insanlara belə məkanlara getmək məsləhət deyil. Onlar mütləq müalicə alaraq bu problemdən qurtulmalıdırlar ki, daha sonra istədikləri məkanlara rahat gedə bilsinlər" — deyə psixoloq qeyd edib.

Həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlaması zamanı söyləyib ki, belə əyləncəli proqramlar müəyyən qrup insanlar üçün nəzərdə tutulub: "Fobiyaları olan, sinir sistemləri yerində olmayan, qorxaq, həssas insanların belə məkanlara getməsi məsləhət deyil. Bu zaman onlarda bir çox xəstəliklər yarana bilər. Şəkərli diabet, ürək çatışmazlığı, psixi travma ala bilərlər, sinir xəstəliyinə yoluxa bilərlər. Əgər insan qorxursa, həmin məkana getməyə məcbur deyil".

A. Qeybulla əlavə edib ki, qəfil stresslə bağlı onlara müraciət edənlər çox olub və belə şəxslər ciddi problemlərlə qarşılaşıblar.

Uşaq psixoloqu Aynur Bünyadova bildirib ki, valideynlər uşaqlarını belə məkanlardan uzaq tutmalıdır: "Belə məkanlar uşaqların psixoloji hallarına çox pis təsir göstərə bilər".

Psixoloq onu da qeyd edib ki, iş praktikasında 2-3-cü sinif şagirdlərinin məktəbdə erməni vəhşiliklərini təsvir edən şəkil və videolara baxaraq psixoloji travma alması halları ilə də rastlaşıb: "Belə uşaqlar mərkəzimizə tez-tez müraciət edir. Kiçik məktəbli uşaqları, məktəbə qədər uşaqları belə yerlərə aparmaq doğru deyil. Sonradan uşaqlarda stress yaradır. Belə uşaqları açıq havaya, təbiətə apararaq onlara gözəl mənzərəli məkanlara göstərmək lazımdır. İnsan formalaşana kimi belə məkanlardan uzaq tutulmalıdır".

6253
Teqlər:
vahimə, Fərqanə Mehmanqızı, qorxu, Sputnik Azərbaycan, stress, Adil Qeybulla, həkim, psixoloq, insan
Əlaqədar
Təhsil Nazirliyindən qorxunc statistika
Bakıdakı qorxunc gecənin təfərrüatları: sakinləri elektroşokerlə vurublar
Azərbaycanda zorakılıqla bağlı qorxulu statistika açıqlandı
Azərbaycanda qorxulu dərə: orada insanlara əzab verilir
Bakıda gözəllik salonunda qorxunc olay
Dodaqlarda yaşayan qorxunc virus

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1104
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1104
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

562
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

562
Взрыв, фото из архива

Ermənistanın növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

142
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

BAKI, 15 iyul - Sputnik. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

142