CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN xidmət"ə 15 milyonuncu müraciət qeydə alındı

© Photo : ASANDorojkin Pyotr və Hacıyeva Mədinə
Dorojkin Pyotr və Hacıyeva Mədinə - Sputnik Azərbaycan
Abunə olmaq
Daha bir azərbaycanlı qadın xarici vətəndaşla ailə qurdu

BAKI, 3 may — Sputnik. Nikaha daxil olmaq istəyən Dorojkin Pyotr və Hacıyeva Mədinənin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciəti "ASAN xidmət" mərkəzlərinə olan 15 000 000-cu müraciət kimi qeydə alınıb.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Pyotr və Mədinə cütlüyü Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətinə müraciət ediblər.

15 milyonuncu vətəndaş müraciətinin sahibləri təntənəli nikah mərasimindən sonra "ASAN xidmət" tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti
0