Əsir

Onların əsarətində qalan gənclik

305
Özləri bütün qeyri-mədəni davranışları rahatlıqla edə bilər, amma gəncə, cavana öyüd-nəsihət verərlər

BAKI, 3 may — Sputnik. Bir dəfə demişdim axı: qocalmaqla "qoca kaftar" olmaq arasında çox böyük fərq var. Mənim yaş kompleksim yoxdur. Yaşlı nəsillə heç bir ədavətim yoxdur. Heç özümü gənc də hesab etmirəm.

Musiqiçilər
© Sputnik / Natalya Seliverstova

Ümumiyyətlə, söhbət mənim şəxsi düşüncələrimdən getmir. Həmişə bu mövzudan danışanda yanaqlarını cırmaqlaya-cırmaqlaya qışqırıb deyirlər ki, özüm gənc olduğum üçün yaşlılara qərəzli münasibət bəsləyirəm. Quru böhtandır.

Hamınız müşahidə etmisiniz ki, hansısa marketdə növbə varsa, mütləq bir yaşlı qadın, ya da yaşlı kişi növbəyə düzülənləri itələyə-itələyə önə keçər, ucadan danışıb satıcıya, kassirə əmr verər, istədiyini alar və sanki belə olmalıymış kimi çıxıb gedər. Ona da rast gəlmisiniz ki, ictimai yerlərdə qışqıra-qışqıra danışan, hamıya qarşı asanlıqla ədəbsizlik edə bilən biri varsa, o da çox güman ki, hansısa yaşlı qadın, ya da yaşlı kişidir.

Mütləq qarşılaşmısınız ki, bu yaşlı qadınlar hamı ilə dalaşar, hamıdan yer tələb edər, hamının haqqını tapdalayarlar. Bu yaşlı kişilər küçədə, kafedə, restoranda, parkda yerə tüpürər, zibil tökər, istədiyini edər, amma mərifətdən, qanacaqdan danışarlar.

Hansı ki, bu yaşlılar özləri bütün qeyri-mədəni davranışları rahatlıqla edə bilər, amma gəncə, cavana öyüd-nəsihət verərlər. Onlar hər fürsətdə gənclərin geyimlərindən saç düzümlərinə qədər qarışar, hər fürsətdə öz "ədəb-ərkanlı" gəncliklərini nümunə gətirərlər.

Onlar film izləməz, kinoteatra, teatra, konsertə getməz, kitab oxumazlar. Onlar ancaq öz lüzumsuz dəyərlərini mədh edə bilər və məsləhət verməkdə pərgar olarlar. Sənətə barbar münasibət bəsləyər, sənətkara "mütrüb" deyərlər. Onlar üçün mədəniyyət adına bir şey yoxdur. Çünki əlləri dizlərinə qədər sallanan, bədəni tamam tüklə örtülü, gözü çuxurda, alnı qabarıq ibtidai insan təfəkkürü ilə yaşayırlar.

Tez-tez xatırladığım bir əhvalat var: bir rəssamın şagirdi öz əsərini müəlliminə göstərib qiymət verməyini istəyir. Müəllimi deyir ki, "bu rəsmi apar, qoy şəhər meydanına. Altına da yaz ki, kim bu rəsmin harasını bəyənməyibsə, üzərinə xətt çəksin". Şagirdi müəlliminin dediyini edir. Üç gün sonra görür ki, insanlar onun rəsmini başdan ayağa qaraldıblar. Üzgün-üzgün müəlliminin yanına gəlib rəsmi göstərir. Müəllimi tapşırır ki, bu rəsmdən birini də çəkib qoysun meydana, amma bu dəfə altına belə yazsın: "kim bu rəsmin harasını bəyənməsə, düzəltsin". Şagirdi yenə müəlliminin dediyi kimi edir. Üç gün sonra gedib görür ki, rəsm olduğu kimi qalıb. Müəllimindən bunun səbəbini soruşur. Müəllimi belə cavab verir: "Tənqiddə ən böyük ustadır hər kəs, amma bir nəsnəni düzəldə bilməz".

İnsanlar
© Sputnik / Murad Orujov

Bizim yaşlı nəslin nümayəndələri də eyni ilə belədirlər. Onlar heç bir nəsnəni düzəldə bilməzlər, amma hamını pisləyərlər. Onlar heç vaxt uğurlu həyat yaşamazlar, gəncliyi də özləri kimi bədbəxt etməyə çalışarlar.

Məsələn, orta məktəblərdə uşaqlara tədris olunan "Dədə Qorqud"u götürək. Dünyanın heç yerində belə xarakter yoxdur. Deməli, bu qoca dədə insanların adlarına qədər qarışır. 18 yaşlı bir gəncə niyə hansısa ağsaqqal ad qoysun ki? Əgər onun adı yoxdursa, özü özünə ad seçə biləcək yaşdadır da.

Dastandır deyib, keçməyin. Xalqın ümumi xarakterini ehtiva edir özündə. Müəllimlərinizin ağzı sulu yalanlarına asanlıqla inanmısınız, bilirəm. İndi bunu qəbul etmək xeyli çətin olar. Amma nə yazıq ki, belədir. Nə yazıq ki, müəllimlərimiz bu və digər dastanlar haqqında "mənəvi keyfiyyətlər, tərbiyə, qanacaq, mərifət aşılayan" kimi təbirlər deyəndə gözümüzün içinə baxa-baxa yalan danışırdılar.

Onlar hər şeyə qarşıdırlar. Gəzməyə, oxumağa, öyrənməyə, dostluğa, digər münasibətlərə, sevməyə, sevilməyə, sevişməyə və hər şeyə. Onlar üçün onların dəyərləri ilə böyüyən robot olmalısan. Bundan kənara çıxsan, deməli, əxlaqsızsan.

Onlar özlərinin yaşamadıqları həyata görə gəncləri qısqanırlar. Bu qısqanclıq, paxıllıq, qərəz, mənəvi məhkumluq və bu kimi sindromlar onları getdikcə vəhşiləşdirir. Onlar öz böyüklərini də belə görüblər. Axı bu toplum elə əzəldən mənəvi məhkum taleyi yaşayır.

Çıxış yolu isə ictimai-mədəni həyatdadır. Məncə, bu ibtidai təfəkkürlü yaşlıları cəmiyyətə qaytarmaq üçün xüsusi mərkəzlər yaradılmalıdır. Onlar orada kitab oxumalı, film izləməli, teatrlara getməli, bir-birləri ilə tanış olmalı, bir-birlərini sevməli, sevilməlidirlər. Yalnız bundan sonra onların əsarətində qalan gənclik də azad olar.

305
Teqlər:
gənclik, gənc nəsil, cavan, yaşlı, dəyər, yaş, sevgi, nəsil, qoca, mədəniyyət, kitab
Əlaqədar
Bakıda gənc qızın liderlik etdiyi quldur dəstəsi ələ keçdi
Gəncləri düzgün karyera axtarışına necə yönəltməli?
Səfirlərdən gənclərə dəstək
Gənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş...
Azərbaycanda gənc yazar intihar etdi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

3
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

3
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar