Ovçu

Cərimələrin lisenziyaların məbləği 10 dəfə artırılacaq

663
(Yenilənib 12:04 03.05.2017)
ETSN: "İnsanlar arasında ov etməyə böyük maraq var və onlar heç nəyə baxmayaraq, öz hobbilərini dəyişmirlər"

BAKI, 3 may — Sputnik. Azərbaycanda 2016-2017-ci ilin ov mövsümündə heyvanların ovlanması üçün 1350 lisenziya verilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, dovşanların ovlanması üçün 450, su-bataqlıq quşlarının ovlanması üçün 860 lisenziya verilib. Yerdə qalan lisenziyalar isə digər heyvanların, eləcə də vəhşi qabanların və Dağıstan turunun ovlanması üçün təqdim edilib.

Əlizadə qeyd edib ki, daha 240 lisenziya da Azərbaycanda ov etmək istəyən əcnəbilərə verilib. Heç kəsə sirr deyil ki, bu məqsədlə respublikamıza gələn əcnəbilərin əksəriyyəti ərəb ölkələrindəndir. Ölkəmizə ov etmək məqsədilə gələnlər arasında italyanlar, fransızlar və digər xalqların nümayəndələri də var.

O da var ki, heç də bütün xaricilər qanunlara riayət etmirlər. Misal üçün, ötən il ETSN-in əməkdaşları qoruq ərazisində qanunsuz ov edən 16 ərəbdilli turisti saxlayıblar. Onların silahları alınıb, hər birinə 2 min manat məbləğində cərimə yazılıb və onlarla bağlı bütün məlumatlar qanunları pozan şəxslər kimi AR Dövlət Miqrasiya Xidmətinə göndərilib.

Bununla yanaşı, Əlizadə qeyd edib ki, ETSN ovla bağlı lisenziyaların qiymətlərini və cərimələrin məbləğlərini artırmaqla bağlı layihə hazırlayıb. Qeyd etmək lazımdır ki, bu gün qaban ovu üçün lisenziyanın qiyməti 16 manat 50 qəpik, dovşanın ovlanması üçünsə 2 manat 20 qəpikdir və s.

Hazırda Dağıstan turunun ovlanmasına razılıq almaq üçün 24 manat 75 qəpik ödəmək lazımdır. Əgər sözügedən layihə qəbul olunsa, bu məbləğ 240 manat olacaq. Bununla yanaşı, uğurlu ov edən ovçu qənimətə görə də daha 800 manat ödəməlidir.

Lakin bu, ovçunun bütün xərcləri deyil. Lisenziya ilə yanaşı xüsusi geyim, silah tələb olunur. Paytaxtdakı ovçular üçün xüsusi dükanın satıcıları bildirirlər ki, hazırda ov mövsümü deyil və onların praktiki olaraq müştəriləri yoxdur. Lakin adətən ETSN ov mövsümünün başlandığını elan edəndə, bu dükanda alıcı əlindən tərpənmək olmur.

Xüsusi ov geyiminə — sukeçirməyən kamuflyaj, hətta ən soyuq havada belə üşüməyə imkan verməyən şalvar və gödəkcəyə böyük tələbat var. Həmçinin ayaqqabı, rezin çəkmələr, papaqlar və kepkalara tələbat böyükdür. Ümumilikdə ovçu geyiminin başlanğıc qiyməti 150 manatdan başlayır və bəzən 1000 manata çatır. Bundan əlavə, sərrast ata bilən keyfiyyətli silah lazımdır. Satıcıların dediklərinə görə, Rusiya, İtaliya və Türkiyə istehsalı olan silahlar daha yaxşı satılır. Rusiya tüfənglərinin başlanğıc qiyməti 500, İtaliya məhsulunun qiyməti isə 2000 manatdır. Bəzən on minlərlə manat qiyməti olan tüfənglər satılır.

Yeri gəlmişkən, dükana sadəcə gəlib xoşuna gələn tüfəngi almaq mümkün deyil. Bunun üçün daxili işlər orqanlarının şəxsin əqli durumunu və məhkumluğunun olub-olmadığını yoxladıqdan sonra verdiyi 4 nömrəli formanı təqdim etmək lazımdır. Həmçinin, Azərbaycanda xarici ölkə vətəndaşlarına silahın satılması qadağandır. Onlar silahı özləri ilə gətirə və ya icarəyə götürə bilərlər.

Eyni zamanda, patron ehtiyatını da görmək lazımdır ki, bizdə də içində 25 ədəd olan bağlama 15-20 manatdır. Adətən ovçular müxtəlif aksessuarlar – silah qoymaq üçün qab, kəmərlər, patrondaş və s. alırlar. Onlar da ucuz deyil. Ova gedən adamlar əlavə olaraq, bataqlıqlarda yaşayan quşları ovlamaq üçün qayıqlar, həmçinin yolsuzluq avtomobilləri də icarəyə götürməlidirlər ki, bunlar da xeyli xərc tələb edir.

Bütün bunlara baxmayaraq, ölkəmizdə ova maraq ildən-ilə artır. Qeyd etmək lazımdır ki, növbəti ov mövsümü iyunun əvvəllərində olacaq.

663
Teqlər:
Hikmət Əlizadə, ov mövsümü, ETSN, ovçu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan, cərimə, silah
Əlaqədar
Heyvan ovlamağa çıxmışdı, özünü vurdu
Timsah ovunun faciəli sonu
Görün, siçanı ovlamaq istəyən pişiyin başına nə gəldi
Prezident ova çıxdı
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Təbiət və balıq ovu həvəskarları üçün şəhərdən kənarda istirahət

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

14
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

14
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

13
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13