DYP

Bu qanunu pozan sürücü 150 manat cərimələnəcək

1401
(Yenilənib 23:12 02.05.2017)
Ekspert: "Sürücü cərimələnən zaman usta yada düşmədiyi üçün onları heç kim cərimələmir. Buna görə də hər bir usta pərdəni istədiyi kimi quraşdırır, amma buna xüsusi nəzarət olsa daha yaxşı olar".

BAKI, 2 may — Sputnik. Mayın 1-dən etibarən avtomobillərə pərdə vurulmasına icazə verilib. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünəndən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib. Amma bu pərdə və jalüzlər standartlara uyğun olmalıdır: "Ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilən standartlara cavab verən pərdə və jalüzlərin istifadəsinə icazə verilib".

Əsədov bildirib ki, havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verirlər, bu isə qanuna ziddir və qanunun tələblərini pozan sürücüləri 150 manat məbləğində cərimə gözləyir. 

Nəqliyyat eksperti Məzahir Əhmədovun sözlərinə görə, kustar üsulla quraşdırılan pərdələrə heç vaxt icazə verilmir. Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq oluna bilər: "Pərdələrin vurulmasında ustalar da məsuliyyət daşıyır. Yəni, usta müştərinin arzularına uyğun deyil, qanuna uyğun şəkildə pərdə və jalüz vurmalıdır. Düzdür, sürücü cərimələnən zaman usta yada düşmədiyi üçün onları heç kim cərimələmir. Buna görə də hər bir usta pərdəni istədiyi kimi quraşdırır, amma buna xüsusi nəzarət olsa daha yaxşı olar".

Ekspert bildirir ki, çox zaman sürücülər hansı pərdələrin vurulmasına icazənin verilib-verilməməsindən xəbərsiz olur. Bəzən buna görə cərimə tətbiq edildiyində sürücülərdə çaşqınlıq yaranır. Ona görə də sürücülər avtomobillərə pərdə vurulması üçün ixtisaslaşmış ustalara müraciət etməlidirlər.

1401
Əlaqədar
Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılacaq
Paytaxtda iki böyük dairə ləğv olunur: sürücülər çaşqınlıq içində
Qadın sürücüdən inanılmaz qəza: 11 maşın sıradan çıxdı
Sürücülərin diqqətinə: Bu küçə də bağlandı
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

45
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

45
Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan kişi, arxiv şəkli

Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar

34
(Yenilənib 23:28 26.10.2020)
"Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz".

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin məşhur müğənnisi Cem Belevi 4 ildir birlikdə olduğu aktyor sevgilisi Zəhra Yılmaza doğum günündə evlilik təklif etmişdi.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, evlilik hazırlığı görən cütlük toylarını təxirə salıb. Buna səbəb kimi  Qarabağda gedən döyüşləri göstəriblər.

"Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz. Bundan əlavə, anamla atam Bakıda yaşayır. Belə bir vaxtda toy edə bilmərik", - deyə Yılmaz bildirib.

34
Əlaqədar
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi
Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq
İşğaldan azad olunan Qubadlı şəhəri

Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntülərini yaydı

73
(Yenilənib 00:22 27.10.2020)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı şəhərindən çəkilmiş möhtəşəm videogörüntünü ictimaiyyətə təqdim edib.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsünü yayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 25-də "Twitter" hesabında yazdığı tvitdə Qubadlı şəhərinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Qubadlı şəhərindən çəkilmiş videogörüntünü təqdim edir.

73
Əlaqədar
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsü yayıldı
Qubadlının işğaldan azad olunan Xanlıq kəndindən möhtəşəm görüntülər - VİDEO