Bakıda turistlər

Turizm şirkətləri bu şərtə əməl etməlidirlər

71
(Yenilənib 17:48 02.05.2017)
Turizm təşkilatçıları getmə turizmi halında turistlərə və ekskursantlara gedəcəkləri ölkənin sığortalama qaydaları və şərtləri haqqında məlumat verməyə borcludurlar

BAKI, 2 may — Sputnik. Beynəlxalq turizm zamanı turistlərin və ekskursantların gedəcəyi yerdə turist sığortası məcburidirsə, müvafiq turistlər və ekskursantlar Azərbaycan Respublikasının ərazisini tərk etməkdən qabaq onlara sığortalanma təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu “Turizm haqqında” yeni qanun layihəsinin 34-cü maddəsində əks edilib.

Həmin maddə "turizm sahəsində istehlakçıların sığortalanması" adlanır.

Maddəyə görə, nəzarət orqanı turist sığortası məcburi olan dövlətlər haqqında əldə etdiyi məlumatları mütəmadi olaraq dərc edir, həmçinin öz internet saytında yerləşdirir. 

Turizm təşkilatçıları getmə turizmi halında turistlərə və ekskursantlara gedəcəkləri ölkənin sığortalama qaydaları və şərtləri haqqında məlumat verməyə borcludurlar.

Getmə turizmi halında turistlərin və ekskursantların müvəqqəti olacağı ölkənin (yerin) qanunvericiliyi ilə həmin ölkədə müvəqqəti olan şəxslərə göstərilən tibbi yardım üçün xərcin ödənilməsinə zəmanət verilməsi məcburi tələb kimi müəyyən edilmişdirsə, turizm təşkilatçısı belə zəmanətləri turistlərdən tələb etməlidir.

Turistlərin və ekskursantların tələbi ilə turizm təşkilatçısı turun keçirilməsi ilə bağlı sığorta xidmətlərinin göstərilməsinə kömək edir.

71
Teqlər:
turist sığortası, Turizm təşkilatçıları, turizm, Turizm haqqında” qanun layihəsinin müzakirəsi
Əlaqədar
Turist ərəblər çöl quşu əvəzinə mikroavtobusu "vurdular"
Turist avtobusu qəzaya uğradı: 16 yaralı
“İrandan Azərbaycana 500 avtobus turist gələcək”
Turist 46 dəqiqəyə 5,5 min dollar cərimə ödəməli olub
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

13
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

13
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Bakıda restoranların fəaliyyəti

Cərimələr effekt verir - Agentlik rəsmisi belə deyir

5
(Yenilənib 21:48 25.09.2020)
"Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var" - AQTA rəsmisi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Böyük Britaniyada pandemiya dövründə inzibati cərimələrin tətbiq olunmasından öncə və tətbiqindən sonrakı rəqəmlər ölkədə yoluxma sayının 40-60 faizədək azalmasını aşkara çıxardı. Bizdə xəbərdarlıq, maarifləndirmə olduğu halda eyni obyektdə təkrar nöqsanlar aşkarlanır. Lakin cərimə tətbiqindən sonra sahibkarlıq obyektində təkrar uyğunsuzluq hallarına rast gəlinmir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov danışıb.

O bildirib ki, cərimələrin tətbiqi həmin sahibkarlıq subyektlərini daha məsuliyyətli çalışmağa vadar edir: "Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var".

"Biz KİV-dən istifadə etməklə çox geniş təbliğat işləri görürük. Bu posterləri bütün sahibkarlıq subyektlərinə elektron şəkildə göndəririk. Biz iki həftə ərzində mehmanxanalarda apardığımız monitorinqlərdə yalnız maarifləndirmə işləri gördük. Növbəti mərhələdə isə nəzarətə başladıq və tələblərə əməl etməyənlər cərimələndilər", - E.Mikayılov əlavə edib.

O bildirib ki, daha çox aşkarlanan faktlar sırasında insanların bir masa ətrafında daha çox cəmlənməsi, işçilərin maskalardan düzgün istifadə etməməsi, müştərilərin maskasız hərəkəti yer alır: "Biz ehtiyat maskalarının verilməməsi halları ilə də rastlaşırıq. Bundan başqa, bəzi ictimai-iaşə mərkəzlərində dezinfeksiya ilə bağlı problemlərlə qarşılaşırıq".

5
Teqlər:
qaydalar, Koronavirus, epidemiya, COVID-19, karantin, maska, sahibkarlıq subyektləri, cərimələr, AQTA
Əlaqədar
Toyla yasın fərqi "olar-olmaz" məsələsində gündəmə gəldi
Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”
Otellərin mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?
Ölkəmizə milyonlar gətirəcək məhsulun xaricə ixracını əngəlləyən qurumun adı açıqlandı