Tikintidə işçilər, arxiv şəkli

Canımızı kimə əmanət edək?

78
"Əmək bazarı heç bir qeydiyyatı, əmək müqaviləsi, sığortası olmadan fəaliyyət göstərən insanlarla doludur"

BAKI, 2 may — Sputnik. "Bu ilin birinci rübündə ölkə üzrə 31 bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. İki fakt qrup halında baş verən hadisələrdir. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib".

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 28 aprel əməyin mühafizəsi günüdür: "Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə, ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb".

"Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilimir" — nazir bildirib.

Müslümovun sözlərinə görə, bunun bir səbəbi də ölkədə Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır: "Hazırda bunun üzərində iş gedir. Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, işəgötürənlərin məsuliyyətinin maarifləndirmə yolu ilə artırılmasının mühüm olduğunu deyib: "İşçinin qorunması, əmək fəaliyyətinin mühafizə olunması əksər hallarda işəgötürənlərin öhdəlikləri çərçivəsində həllini tapır. Bu baxımdan da Əməyin Təhlükəsizliyi Fondunun yaradılması, yəni bu istiqamətdə sığorta sisteminin təkmilləşdirilməsi əhəmiyyətlidir".

Mütəxəssisin sözlərinə görə, istehsalat prosesinin tam olaraq bu kimi mənfi hallardan təmizlənməsi mümkün deyil: "Bədbəxt hadisə baş verdikdə, zərərçəkənin ailəsi və yaxud da özü ən azından sosial baxımdan təmin edilməlidir. Bu məsələ növbəti dövrlərdə Azərbaycanın əmək bazarının inkişaf etdirilməsi üçün, bu istiqamətdə daha mütərəqqi şərtlər daxilində əmək fəaliyyətinin təşkili üçün lazım olan addımlardan biridir".

Sığorta ilə bağlı məsələlərə gəlincə, Həsənov deyib ki, Azərbaycanda bəzən xüsusilə riskli sahələrdə sığortaya marağın aşağı olması, eyni zamanda, bu istiqamətdə təşəbbüskarlığın olmaması hiss olunur: "Sığorta hadisəsi baş verdikdə xərclər daha yüksək olur. Sahibkarlar, işəgötürənlər bu istiqamətdə maraqlı görünmürlər. Sığorta fəaliyyətləri daha çox təhlükəsiz, riskli olmayan zonalarda tətbiq edilir. Bəzi ölkələrdə sığorta haqqını işçi ilə işəgötürən arasında paylaşdırırlar. Amma əksər ölkələrdə sığorta haqqı işəgötürən tərəfindən ödənilir".

Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, istehsalatda bu kimi qəzalar baş verməsin və insanlar əmək qabiliyyətini və yaxud həyatını itirməsinlər: "Bununla mübarizənin sərtləşdirilməsinə ehtiyac var. Əvvəlki dövrlərlə müqayisədə hazırda bu istiqamətdə müəyyən irəliləyişlər hiss olunur. Amma hələ də, xüsusilə istehsalat sahəsində, tikinti, kənd təsərrüfatı sahələrində əmək bazarı müasir standartların tələblərinə uyğun qurulmayıb. Eyni zamanda, işəgötürənlərin məsuliyyətinə çox aşağı səviyyədə nəzarət edilir. Nəticədə, bədbəxt hadisələr baş verir".

"Paralel olaraq, bir neçə istiqamətdə həm əməkçilərin, həm işəgötürənlərin maarifləndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizminin sərtləşdirilməsi, həm də davamlı monitorinqlərin keçirilməsi, treninqlərin təşkili yolu ilə bazarın müəyyən qədər daha müasir standartlara uyğunlaşdırılması lazımdır" — R. Həsənov vurğulayıb.

"Digər mühüm məqam odur ki, Azərbaycanın əmək bazarının böyük bir qismi illeqaldır. Yəni, əmək bazarı heç bir qeydiyyatı, əmək müqaviləsi, sığortası olmadan fəaliyyət göstərən insanlarla doludur. Belə bir şəraitdə də əmək bazarının böyük bir qismi hətta qanunvericiliyin belə, tələb etdiyi müəyyən avantajlardan istifadə edə bilməyən işçilərdən ibarətdir. Biz gələcəkdə bu istiqamətdə problemlərin azalmasını istəyiriksə, ilk növbədə gücü illeqal əmək bazarı ilə mübarizəyə yönəltməliyik" — o, əlavə edib.

Ekspert bildirib ki, sahibkarlıq subyektləri yoxlamaların 2 il müddətinə dayandırılmasından sui-istifadə etməyə cəhd göstərməməlidirlər: "Elə davranış ortaya qoymalıdırlar ki, gələcəkdə bu yoxlamaların dayandırılmasının müddəti yenə də artırılsın. Amma onu da qeyd edək ki, Əmək Müfəttişliyi sərt formada fəaliyyət göstərən zamanda da istehsalat qəzaları, tikintidə ölüm hadisələri baş verib".

İqtisadçının fikrincə, bu gün əmək bazarında vəziyyət o qədər də acınacaqlı deyil: "Bu gün əmək bazarının müəyyən qədər leqallaşması prosesi gedir".

Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması lazımdır: "Bu da həyat sığortasının bir növüdür. Bədbəxt hadisələr nəticəsində dəymiş ziyanı ödəmək üçün sığorta fondu yaranır. Müəssisə öz işçilərinin həyatını sığortalamaq üçün istər məcburi, istərsə də könüllü qaydada vəsait köçürməlidir. Biz yavaş-yavaş dünya standartlarına yaxınlaşırıq. Hər şeyin arxasında sığortalama prosesi dayanır. Yəni, mühafizəkar iqtisadiyyat".

Onun sözlərinə görə, bu fondun yaradılması o deməkdir ki, müəssisələrin, işçilərin həyatını sığortalamaq mümkün olacaq: "Əhalinin çoxu sığortadan qaçır. Bu, hələ bizim həyat-tərzimizə daxil olmayıb. Bu, insanların həyat səviyyəsindən asılıdır. Kasıb, orta təbəqəli adam istəmir ki, özünü sığortalasın. Amma dünya təcrübəsində bu sistem işləyir. Yeri gələndə kasıb ailələrin sığortalanma xərclərinin maliyyələşmə mənbəyi təmin edilir".

P.S. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev artıq tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

78
Teqlər:
Əməyin Təhlükəsizliyi Fondu, işçi, Rəşad Həsənov, fəhlə, bədbəxt hadisə, Sputnik Azərbaycan, , əmək, Səlim Müslümov, iqtisadçı-ekspert, nazir
Əlaqədar
Fəhlələrin ölümünə səbəb olan tikintinin "Green City"yə aidiyyatı yoxdur
İstirahət mərkəzində fəhlənin həlak olması ilə bağlı cinayət işi açıldı
Bakıda fəhlə 6-cı mərtəbədən yıxılaraq öldü
Fəhlələr üsyan etdi: 3 aydır maaşlarımız verilmir
Bakıda fəhlə faciəli şəkildə ölüb
Türk fəhlələrin azad olunduğu təsdiqləndi
Məmur tibbi əlçəklə, arxiv şəkli

Qaydalara əməl etməyən sahibkarlar sahibkarlıq subyektlərinin adları açıqlandı

10
Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

 

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Agentlikdən aparılan reydlərlə bağlı Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus "Kaktus" restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus "Ləzzət dönər" evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus "Cıdır Düzü" restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus "Quzu Təndir" restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus "Nutelland" kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Chef Baku" kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus "Şaurma №1" restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus "Rəmiş" kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus "Hicaz Dönər" kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus "Sherlocks" kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

10
Teqlər:
Nəsimi rayonu, Bakı şəhəri, sahibkarlıq subyektləri
Bayılda sürüşmə zonası

Təbiətlə məmurlar sanki Bayıl sakinlərinin qəsdinə durublar - FOTOLAR

52
(Yenilənib 22:32 04.12.2020)
"Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Bakının Bibiheybət qəsəbəsində yenidən torpaq uçqunu olub. Sputnik Azərbaycan bu barədə xəbər tutan kimi hadisə yerinə yollanıb. Bibiheybət məscidindən bir qədər aşağıda, yamacda baş verən torpaq uçqunu ərazidə olan evlərdə yaşayanlar üçün təhlükə yaradıb. Ərazidə yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, torpaq uçqunu gecə saatlarında baş verib. Bu səbəbdən də dövlət qurumları burada yaşayan insanlara evlərini tərk etməyi tövsiyyə edib.

  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
  • Bayılda sürüşmə zonası
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Bayılda sürüşmə zonası

Nazilə Məmmədova adlı sakin bildirib ki, bu ərazidə yerləşən evlərdə kirayə qalan sakinlər evlərdən köçüb: "Dövlət qurumlarının nümayəndələri gəlib əraziyə baxış keçirdilər. Bizə bildirdilər ki, burada yaşamaq həyatımız üçün təhlükəlidir. Amma bizim buradan başqa yerdə evimiz yoxdur. Ona görə də məcburuq burada yaşayaq" - deyə sakin bildirib.

Sakinlərlə söhbət əsnasında öyrəndik ki, ərazidəki evlərin heç birinin kupçası yoxdur. Odur ki, sakinlər əgər köçsələr, evlər sökülərsə onlara kompensasiya verilib-verilməyəcəyini bilmək istəyirlər: "Buradakı evlərin heç birinin sənədi yoxdur. Amma burada ev alsan, torpaq alsan bir kvadratmetri 2000 manatdır. Belə məlumatlar var ki, sökülərsə evlərə görə sakinlərə hər kvadrat metrə iki min manat ödəniləcək. Amma rəsmi qurumlar bizə bu barədə heç bir söz deməyiblər".

Sakinlər bildirir ki, yamacda yağıntılar çox olanda torpaq uçqunları baş verir. Amma onlar buna adətkərdə olublar: "Biz də istəyərik ki, bu təhlükəli yerdən köçək. Amma buna görə gərək bizə kompensasiya ödənilsin. Çünki, bizim başqa yerdə evimiz yoxdur. Nə də imkanımız yoxdur ki, köçüb başqa yerdə kirayə yaşayaq".

Sakinlər dövlət qurumlarının gələcəyi nəticəni gözlədiklərini söyləyiblər.

Məsələyə Səbail Rayon İcra Hakimiyyətindən münasibət bildirən olmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğunun da cavabını gözləyirik.

52
Teqlər:
Səbail rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bayıl, sürüşmə, torpaq uçqunu
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0