Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident pensiyalarla bağlı dəyişiklikləri təsdiqlədi

1342
(Yenilənib 16:08 02.05.2017)
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir

BAKI, 2 may — Sputnik. Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qanunda Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.0.8. fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;";

1.2. 1.0.9-cu maddədən "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq" sözləri çıxarılsın və həmin maddədə "məcburi dövlət" sözləri "könüllü" sözü ilə əvəz edilsin;

1.3. 1.0.11-ci maddə ləğv edilsin;

1.4. 1.0.12-ci maddədən "əmək pensiyalarının ikinci pilləsi olmaqla," sözləri çıxarılsın;

1.5. 1.0.13-cü maddədən "əmək pensiyalarının üçüncü pilləsi olmaqla," sözləri çıxarılsın;

1.6. 1.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.16-cı, 1.0.17-ci və 1.0.18-ci maddələr əlavə edilsin:

"1.0.16. idarəetmə xərcləri – məcburi dövlət sosial sığortası, fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdir. Bu xərclərin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir;

1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir;

1.0.18. xüsusi hesab – əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.";

1.7. 4.2.1-ci və 4.3.1-ci maddələr ləğv edilsin;

1.8. 4.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir.";

1.9. 6.1-ci maddə ləğv edilsin;

1.10. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.";

1.11. Aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

"Maddə 6-1. Əmək pensiyasının minimum məbləği

Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir.";

1.12. 7-ci maddənin birinci hissəsində "62" rəqəmləri "63" rəqəmləri ilə, "57" rəqəmləri "60" rəqəmləri ilə, "azı 12" sözləri "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25" sözləri ilə, mötərizədə "bu Qanunun qüvvəyə mindiyi günədək" sözləri "2017-ci il iyulun 1-dək" sözləri ilə əvəz edilsin;

1.13. 7-ci maddədə "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilsin:

"Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.";

1.14. 8.1-ci və 8.2-ci maddələrdən "və azı 10 il sığorta stajı olan" sözləri çıxarılsın və həmin maddələrdə "olaraq müəyyən olunmuş" sözləri "şərtlər daxilində" sözləri ilə əvəz edilsin;

1.15. 8.3-cü maddədən "azı 10 il sığorta stajı olduqda" sözləri çıxarılsın və həmin maddədə "olaraq müəyyən olunmuş" sözləri "şərtlər daxilində" sözləri ilə əvəz edilsin;

1.16. 9.1-ci maddədə "57" rəqəmləri "60" rəqəmləri ilə, "52" rəqəmləri "55" rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə "çalışmışlarsa" sözündən sonra "və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilsin;

1.17. 9.3-cü maddəyə "15 il sığorta stajı olduqda" sözlərindən sonra "və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" sözləri əlavə edilsin;

1.18. 9.4-cü maddəyə "şəxslərin" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.19. 9.4.1-ci maddədə "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilsin;

1.20. 9.4.2-ci maddədə "25" rəqəmləri "35" rəqəmləri ilə, "12 il 6 ayını" sözləri "17 il 6 ayını" sözləri ilə əvəz edilsin;

1.21. 9.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.";

1.22. 9.7.1-ci maddədə "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə "işçiləri" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.23. 9.7.2-ci maddənin ikinci abzasında "55" rəqəmləri "60" rəqəmləri ilə, "25" rəqəmləri "30" rəqəmləri ilə, üçüncü abzasında "50" rəqəmləri "55" rəqəmləri ilə, "20" rəqəmləri "25" rəqəmləri ilə, "10 təqvim ilini" sözləri "12 il 6 ayını" sözləri ilə əvəz edilsin;

1.24. 9.7-1-ci maddədə "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə "işçilərinin" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.25. 9.7-2-ci maddədə "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə "işçilərin" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.26. 10.1-ci maddə ləğv edilsin;

1.27. 10.2-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

"Bu Qanuna uyğun olaraq təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.";

1.28. 10.4-cü maddənin ikinci abzasından "BH+" sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;

1.29. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"12.1. Əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.";

1.30. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"12.2. Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.";

1.31. 13.1-ci maddə ləğv edilsin;

1.32. 13.2-ci maddədə "184-ə" sözü "192-yə" sözü ilə əvəz edilsin;

1.33. 13.3-cü maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

"I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.";

1.34. Aşağıdakı məzmunda 13.3-1-ci maddə əlavə edilsin:

"13.3-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin fərdi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir.";

1.35. 13.5-ci maddənin ikinci abzasından "BH+" sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin;

1.36. 17.2-ci maddənin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:

"Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur.";

1.37. 18.1-ci maddə ləğv edilsin;

1.38. 18.2-ci maddədə "13.3-cü maddəsində" sözləri "13.3-cü və 13.3-1-ci maddələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.";

1.39. 18.4-cü maddə ləğv edilsin;

1.40. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 19. Əmək pensiyasının sığorta hissəsinə əlavələr

19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır:

19.1.1. Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində;

19.1.2. I qrup gözdən əlillərə 110 manat, digər I qrup əlillərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur);

19.1.3. öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün 5,5 manat məbləğində;

19.1.4. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində;

19.1.5. siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə 11 manat məbləğində;

19.1.6. döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində;

19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:

19.1.7.1. I qrup əlillərə 110 manat məbləğində;

19.1.7.2. II qrup əlillərə 77 manat məbləğində;

19.1.7.3. III qrup əlillərə 55 manat məbləğində;

19.1.8. Böyük Vətən müharibəsi iştirakçıları və əlillərinə:

19.1.8.1. I qrup əlillərə 154 manat məbləğində;

19.1.8.2. II qrup əlillərə 121 manat məbləğində;

19.1.8.3. III qrup əlillərə və əlil olmayan müharibə iştirakçılarına 99 manat məbləğində.

19.2. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

19.3. Bu Qanunun 19.1.6-19.1.8-сi maddələrində nəzərdə tutulmuş əlavələrdən əmək pensiyaçısına yalnız biri — daha yüksəyi verilir.";

1.41. 20.1.1-ci maddədə "əlil olmuş" sözləri "I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan" sözləri ilə əvəz edilsin;

1.42. 20.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;";

1.43. 20.1.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;";

1.44. 20.1.4-cü maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin;

1.45. 20.1.5-1-ci maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin və həmin maddəyə "işçiləri" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.46. 20.1.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);";

1.47. Aşağıdakı məzmunda 20.1.6-1-ci maddə əlavə edilsin:

"20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;";

1.48. 20.1.7-ci maddənin əvvəlinə "əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş" sözləri əlavə edilsin;

1.49. 20.1.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

"20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;";

1.50. 20.1.12-ci maddəyə "qulluqçular" sözündən sonra "(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)" sözləri əlavə edilsin;

1.51. 20.1.13-cü maddəyə "şəxslər" sözündən sonra "(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)" sözləri əlavə edilsin;

1.52. 20.1.14-cü maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin və həmin maddəyə "işçiləri" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.53. 20.1.16-cı maddədə "əlil olmuş" sözləri "I qrup əlil olmuş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası" sözləri ilə əvəz edilsin;

1.54. 20.1.18-ci maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin və həmin maddəyə "işçiləri" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.55. 20.1.20-ci maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin və həmin maddəyə "işçiləri" sözündən sonra "(xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)" sözləri əlavə edilsin;

1.56. 20.2-ci maddəyə "əmək pensiyasına" sözlərindən sonra "səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin;

1.57. 20.3-cü maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin;

1.58. 20.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"20.4. Bu Qanunun 20.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş deputatın almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.";

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

1.59. 20.5-ci maddə ləğv edilsin;

1.60. 20.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.6-1. Bu Qanunun 20.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.";

1.61. 20.7-ci maddədə "əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla" sözləri "əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir" sözləri ilə əvəz edilsin;

1.62. 20.7.1-ci və 20.7.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.63. 20.7.3-cü maddə ləğv edilsin;

1.64. 20.8.1-ci və 20.8.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.65. 20.8.3-cü maddə ləğv edilsin;

1.66. 20.9-cu maddədə "vəzifə maaşının" sözləri "əməkhaqqının" sözləri ilə əvəz edilsin;

1.67. Aşağıdakı məzmunda 20.9-1-ci maddə əlavə edilsin:

"20.9-1. Bu Qanunun 20.1.6-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.";

1.68. 20.10-cu maddədə "20.1.1-20.1.2-ci maddələrində" sözləri "20.1.1-ci maddəsində" sözləri ilə əvəz edilsin;

1.69. 20.11.1-ci və 20.11.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə — dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında;

20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə — dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.70. 20.11.3-cü maddə ləğv edilsin;

1.71. 20.14.1-ci maddədə "hər ili" sözlərindən sonra "(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin və "3 faizi" sözləri "2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə — 3 faizi)" sözləri ilə əvəz edilsin;

1.72. 20.14.2-ci maddəyə "hər ili" sözlərindən sonra "(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin;

1.73. 20.14.3-cü maddəyə "hər ili" sözlərindən sonra "(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin;

1.74. 20.14.4-cü maddədə "hər ili" sözlərindən sonra "(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin və "3 faizi" sözləri "2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə — 3 faizi)" sözləri ilə əvəz edilsin;

1.75. 20.17.1-ci maddəyə "məbləğində" sözündən sonra "(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)" sözləri əlavə edilsin;

1.76. 20.17.2-ci maddəyə "miqdarı ilə" sözlərindən sonra "(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)" sözləri əlavə edilsin;

1.77. 20.19.1-ci və 20.19.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.78. 20.19.3-cü maddə ləğv edilsin;

1.79. 20.21-ci maddəyə "əmək pensiyasına" sözlərindən sonra "səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilsin;

1.80. 20.22-ci maddədə "əlil" sözü "I qrup əlil" sözləri ilə əvəz edilsin;

1.81. 20.23-cü maddə aşağıdakı redaksiyada verilsin:

"20.23. Bu Qanunun 20.1.17-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.";

1.82. 20.24-cü maddə ləğv edilsin;

1.83. 20.25-ci maddədə "20.1.16 və 20.1.17-ci maddələrində" sözləri "20.1.16-cı maddəsində" sözləri ilə əvəz edilsin;

1.84. 20.26.1-ci və 20.26.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.26.1. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş miqrasiya orqanları işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.26.2. miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş miqrasiya orqanları işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.85. 20.26.3-cü maddə ləğv edilsin;

1.86. 20.28.1-ci və 20.28.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında;

20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə — orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.";

1.87. 20.28.3-cü maddə ləğv edilsin;

1.88. 26-cı maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması

26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır.

26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır.

26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il yanvarın 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.89. 27-ci maddənin adında "Qanunun qüvvəyə mindiyi günədək qazanılmış" sözləri "Qazanılmış" sözü ilə əvəz edilsin;

1.90. 27.1-ci maddənin birinci cümləsində "Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların" sözləri "Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək" sözləri ilə, ikinci cümləsində "170" rəqəmi "306" rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.";

1.91. 27.2-ci və 27.3-cü maddələr ləğv edilsin.

1.92. 29-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi

29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.";

1.93. 31.1-ci maddədən "heç bir müddət məhdudiyyəti olmadan" sözləri çıxarılsın;

1.94. 32.1-ci maddədən "əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla" sözləri çıxarılsın;

1.95. Aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin:

"32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.";

1.96. 32.2-ci maddədən "əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən" və "bütün" və "və ya sağlamlıq imkanlarının məhdudluğu" sözləri çıxarılsın;

1.97. 32.3-cü maddədən "ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən" sözləri çıxarılsın;

1.98. 37.3.1-ci maddənin birinci cümləsindən "baza və" sözləri çıxarılsın, ikinci cümləsinə "keçdikdə" sözündən sonra ", yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə" sözləri və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

". Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir";

1.99. 37.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır;";

1.100. 37.3.4-cü maddənin birinci cümləsində "20.1.1-20.1.10-cu və 20.1.14-cü-20.1.21-ci" sözləri "20.1.1-20.1.21-ci" sözləri ilə əvəz edilsin və həmin cümlədən ", digər hallarda isə tam məbləğdə" sözləri çıxarılsın, ikinci cümləsində birinci mötərizədə "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilsin, ikinci mötərizədən "20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə," sözləri çıxarılsın və həmin mötərizəyə "20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə," sözlərindən sonra "20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə," sözləri əlavə edilsin;

1.101. 37.3.5-ci maddə ləğv edilsin;

1.102. 37.3-cü maddənin sonuna aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd. 2017-ci il iyulun 1-dək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur.";

1.103. 37.7-ci maddədə "müddətindən asılı olmayaraq" sözləri "bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla" sözləri ilə əvəz edilsin;

1.104. 42.2-ci maddədə "yaşa görə əmək pensiyasının baza hissəsinin" sözləri "əmək pensiyasının minimum məbləğinin" sözləri ilə əvəz edilsin.

1.105. 43.2-ci maddə ləğv edilsin;

1.106. 44-cü maddə ləğv edilsin;

1.107. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.".

Maddə 2. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.

1342
Teqlər:
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, qanun, prezident
Əlaqədar
Sovet dövründə işləmiş şəxslərin pensiyası yeni qaydada hesablanacaq
Vətəndaşlar minimum pensiya almaq hüququnu necə qazana bilər?
Bu kateqoriyadan olan vətəndaşlar pensiyadan məhrum olacaqlar
Pensiya almaq üçün staj məhdudiyyəti aradan qaldırılır
Bu gün pensiya məsələsi həll olunacaq
Pensiya yaş həddinin artırılması təklifi ziddiyyətlər meydana çıxarıb
Pensiya qanunvericiliyinə ciddi dəyşiklik edilir
Pensiya həddini 120 yaşadək artırmaq təklif olunur
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

17
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

17
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib
Əlcək geyinmiş cütlük

Dərini maska əlcək altında necə qorumalı dermatoloq tövsiyəsi

17
(Yenilənib 21:49 31.05.2020)
İXM-ə edilən əlavəyə görə, Azərbaycanda təyin olunmuş yerlərdə maska taxmayan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər

BAKI, 31 may - Sputnik. Tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova maska və əlcək taxarkən dərini qorumağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, həkimin sözlərinə görə, ən allergen əlcəklər lateksdən hazırlananlardır.

“Real həyatda bizi göbələklərdən qoruyan dərinin özünə müdafiə lazımdır, onun su-lipid balansını artırmaq vacibdir”, - dermatoloq deyib.

Bunun üçün nəmləndirici əl kremindən istifadə etmək gərəkdir, çünki insanlar tez-tez əllərini yuyur və sanitayzerlə dezinfeksiya edirlər.

“Əgər dəri qurudursa, qidalandırıcı, bir qədər yağlı, əgər qalındırsa, altında piy qatı çoxdursa, o zaman yüngül, su əsaslı, gel kimi kremlərdən istifadə etmək gərəkdir”, - Qallyamova tövsiyə edib.

Maskalar üzdə qıcıq yaradarsa, bu zaman qıcıqlanan dəri üçün kremlərdən istifadə etmək lazımdır. Dermatoloq bildirir ki, onların tərkibində dermatitin qarşısını almağa kömək edən sink var.

Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 15-dək uzaldılsa da, bəzi qaydaları qismən yumşaldılıb. Ancaq bununla yanaşı, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Bu gün isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Məcəlləyə edilən əlavəyə görə, tələbləri pozan fiziki şəxslər əlli manat, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

17
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Deputatlar maskasızların cəriməsini "kəsdilər"
Üzünüzü görək: ilin sonuna qədər maskada? – SORĞU
Maskalar məsuliyyətsiz şəkildə atılarsa...
30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?
Haradan biləydilər... 1.6 milyard maskanı yandırdılar
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

22
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

22
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı