Kredit

Kredit götürmək istəyənlərə "yaşıl işıq"

6467
(Yenilənib 16:38 01.05.2017)
"İndiyədək daşınmaz əmlakın girov qoyulması ilə kreditləşmənin həyata keçirilməsi banklar üçün də problemlər yaradırdı"

BAKI, 1 may — Sputnik. "Beynəlxalq təcrübədə bankların daşınar əmlakı girov predmeti kimi qəbul edərək kreditlər verməsi kiçik və orta biznesin kreditləşməsinin uzun illər istifadə edilən yollarından biridir". Bunu "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinə münasibət bildirən iqtisadçı-ekspert Zaur Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

İqtisadçı-ekspert Zaur Əhmədov
© Photo : Z.Əhmədovun şəxsi arxivi
İqtisadçı-ekspert Zaur Əhmədov

Onun sözlərinə görə, biznes və yaxud kredit üçün müraciət edən subyektin yalnız daşınan və daşınmayan əmlakının deyil, öhdəliklərinə tarixi münasibətin də əsas götürülməsi halları mövcuddur: "Banklar və kredit təşkilatları üçün girovun predmetinə sahiblənmək yox, istənilən halda verilmiş kreditin və hesablanacaq faizlərin zamanında geri qaytarılması daha önəmlidir. Buna görə də, təkcə daşınan əmlak hesab edilə biləcək əşyalar deyil, eyni zamanda, mal-qaranın, maşın və avadanlıqların, istehsal xəttinin, hesablama texnikasının, anbardakı malların, hətta hər hansı biznes layihəsinin dəyərləndirilməsi aparılır. layihənin öz-özünü ödəmə müddəti kredit təşkilatını qane edərsə, girov kimi qəbul edilir".

"Bu, geniş istifadə olunan kreditləşmə yollarından biridir. Bundan başqa, beynəlxalq təcrübədə hətta qeyri-maddi aktivlərə olan haqların ötürülməsi, alacaqların və tələblərin idarə olunması, kredit üçün müraciət edənin işgüzar nüfuzu da əsas götürülməklə maliyyələşmə həyata keçirilir" — Əhmədov bildirib.

Ekspertin fikrincə, "Daşınar əmlakın yüklülüyü haqqında" qanunun qüvvəyə minməsi ölkədə bank sektorunda canlanmaya səbəb olacaq: "Bu canlanma bankların daha geniş müştəri şəbəkələrini formalaşdıracaq. Eyni zamanda, bankların sərbəst pul vəsaitlərinin daha səmərəli yerləşdirilməsini sürətləndirəcək. Banklar pul vəsaitlərini yalnız daşınmaz əmlakı olan girov sahiblərinə yox, belə girovu olmasa da, çevik biznesi və daşınan əmlakı olan sahibkarlara da təqdim edə biləcək. Bu, həm də banklara daha etibarlı müştərilər arasında seçim imkanları yaradacaq".

Onun sözlərinə görə, indiyədək kreditləşmənin əsasən daşınmaz əmlakın girov qoyulması ilə həyata keçirilməsi banklar üçün də problemlər yaradırdı: "Bu əsasən iki istiqamətdə daha aydın hiss olunurdu. Məsələn, bir sıra sahibkarlıq subyektlərinin əlində çevik pul gətirə bilən ciddi biznes fəaliyyəti olsa da, daşınmaz əmlakın olmaması səbəbindən biznesin boğulması baş verirdi. Bu, əsasən yeni yaranmaqda olan sahibkarlığın qarşısını alır, sahibkarlığa yeni nəfəs gəlməsini ləngidirdi. Kənd təsərrüfatı müəssisələrini isə kredit vəsaitlərindən yararlanmasını mümkünsüz edirdi. Bütün kreditlər yalnız daşınmaz əmlak sahiblərinə verilirdi".

"Hətta bəzi hallarda yalnız paytaxtda olan əmlakın girov kimi qəbul edilməsi regionların sosial-iqtisadi inkişafını, ümumilikdə isə regional sahibkarlığın inkişafını ləngidirdi. Girovun etibarlı olması verilmiş kreditin həmişə zamanında və düzgün məbləğdə geri qayıtması ilə nəticələnmirdi. Əksinə, daha etibarlı girov uğrunda məhkəmə çəkişmələri bankların verdiyi kreditlərin faiz hesablamalarının məhkəmə dövründə dondurulması və s. kimi çətinliklər yaradırdı ki, bu da bankların fəaliyyətinin səmərəliliyini əngəlləyirdi" – deyə Z. Əhmədov vurğulayıb.

İqtisadçının fikrincə, girovun riskli olub-olmamasından çox, biznes layihəsinin risksiz olmasına önəm vermək daha düzgün addımdır: "Girovun qoyulmasının tənzimlənməsinə bankların özlərinin də klassik yanaşması mövcuddur. Yəni, banklar istənilən halda girovun dəyərləndirilməsini və ona nəzarəti öz imkanları çərçivəsində həmişə həyata keçirməyə nail ola bilir. Bundan başqa, bu tipli girovların da dövlət reyestrinin yaradılması və dövlət reyestri vasitəsilə yüklülüyə nəzarət edilməsi risklərin aşağı salınmasına xidmət edəcək".

6467
Teqlər:
daşınar əmlak, beynəlxalq təcrübə, Zaur Əhmədov, daşınmaz əmlak, biznes, iqtisadçı-ekspert, sahibkar, bank, girov
Əlaqədar
Banklarla bağlı müəmmalı vəziyyət
Mərkəzi Bankın banklarla əlaqəsi kəsilir
Azərbaycan banklarının müalicəyə ehtiyacı var
Azərbaycan bankları dollardan imtina etdi
Banklar dollarla bağlı qərarlarını açıqladı
Mərkəzi Bankdan səlahiyyəti əlindən alınır
Daha bir bank ləğv olunur
В Музее истории было представлено знамя Карабахского правителя Мехтикули хана

"Qarabağ mədəniyyətimizin beşiyi" - Mədəniyyət Nazirliyi bu layihəyə qoşulmağa çağırır

40
Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır

BAKI, 01 oktyabr - Sputnik. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi" adlı layihəyə start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələrində yayımlanır.

Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.

40
Teqlər:
Mədəniyyət Nazirliyi, vandal, memarlıq abidəsi, tarixi abidələr, abidələr, mədəni irs, Dağlıq Qarabağ
Asim Mollazadə

Deputat Bakıda tikinti şirkətlərinin vətəndaşları incitməsindən narahatdır

13
Deputat Asim Mollazadə deyib ki, tikinti şirkətləri bir neçə halda öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

BAKI, 01 oktyabr — Sputnik. "Tikinti ilə bağlı Bakı şəhərində müəyyən problemlər var. Bir neçə yerdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaranıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Asim Mollazadə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, tikinti şirkətləri bir neçə halda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər: "Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda 3 ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürdə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır".

13
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron