CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sarı zolaq ziddiyyəti — sizi aldada bilərlər

© Sputnik / Anar MustafayevИзображение логотипа Baku 2017 на асфальте в Баку
Изображение логотипа Baku 2017 на асфальте в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu tarixlərdə sarı zolaqla hərəkət edən nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək

BAKI, 1 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarına görə, Bakı yollarında çəkilən sarı zolaqlarla bağlı qadağa mayın 5-dən 25–dək davam edəcək. Bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

© Photo : REPORTBaş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev - Sputnik Azərbaycan
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 24 saat ərzində həmin zolaqlara nəzarət edəcək və yalnız İslam Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri bu zolaqlara buraxılacaq: "Başqa nəqliyyat vasitələrinin bu zolaqlardan istifadə etməsinə icazə verilməyəcək. Qeyd olunan tarixlərdə sarı zolaqla hərəkət edən nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək".

Hüquqşünas Fərid Həmidlinin Sputnik Azərbaycan-a şərhinə görə, AR Nazirlər Kabinetinin 12 aprel tarixli 247s nömrəli sərəncamının 3-cü bəndinə görə, sarı zolaqlara giriş məhdudiyyəti mayın 5-dən 25-dək qüvvədə olacaq: "Həmin müddət ərzində sarı zolaqlara xüsusi buraxılış vərəqəsi olan nəqliyyat vasitələri buraxılacaq. Digər sürücülər bu zolağa daxil olsa, xüsusi inzibati cərimələr tətbiq ediləcək".

"Əvvəlcə cərimələrin mayın 1-dən tətbiq ediləcəyi bildirilirdi. Nazirlər Kabinetinin qərarında isə bu tarix mayın 5-i göstərilir. Məlumatlar ziddiyyətli olduğu üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar üstündür. Əgər sürücülərə bununla bağlı hər hansı cərimə yazılarsa, aidiyyatı orqanlara və yaxud məhkəməyə müraciət edə bilərlər" — Həmidli vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, rayonlardan gələn nəqliyyat vasitələrinin mayın 25-dək şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq: "Sürücülər bu müddət ərazində diqqətli olsunlar. Yaxşı olar ki, rayonlardan gələn nəqliyyat vasitələri həmin günlərdə ehtiyac olmadığı təqdirdə paytaxta gəlməsin. Çünki sarı zolaq qadağası ilə bağlı Bakı küçələrində kifayət qədər tıxaclar yaranacaq və rayon avtomobilləri paytaxta buraxılmayacaq".

Sürücülər isə bu qadağaların gün içində müəyyən saatlarda tətbiq olunmamasını təklif edirlər. Sürücü Elnur Süleymanov Sputnik Azərbaycan-a deyib ki, səhər və axşam saatlarında sarı zolaq qadağası tətbiq olunmasa, yollarda daha az sıxlıq olar: "Onsuz da deyilir ki, zolaqlar 24 saat polis nəzarətində olacaq. Yaxşı olardı ki, əhalinin işə getdiyi və işdən qayıtdığı vaxtlar müəyyən müddətə bu qadağalar tətbiq edilməsin. Əks halda müəyyən küçələr var ki, orada saatlarla çıxılmaz tıxaclar yarana bilər".

© © Fərid Həmidlinin şəxsi arxivindənHüquqşünas Fərid Həmidli
Hüquqşünas Fərid Həmidli - Sputnik Azərbaycan
Hüquqşünas Fərid Həmidli

Xatırladaq ki, zolaqlar Ziya Bünyadov prospektindən Atletlər kəndinə qədər, Bakı Dairəvi yolu, Bakı Atıcılıq Mərkəzindən başlayır və Salyan şosesində sona çatır. Salyan şosesi zolağı Dairəvi yoldan Bibiheybət yoluna qədər, Bibiheybətdən Avropa oyunları parkından keçərək birbaşa Bayraq Meydanına gedən, Neftçilər prospekti zolağı Bayraq Meydanından Bakı İdman Zalına, Qara Qarayevdə bütün yol, Atatürk prospektindəki zolaq isə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski zolağı Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Hənifə Ələsgərova zolağına Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospektindəki zolaq Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsindəki zolaq Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şosesindəki zolaq isə Koroğlu metro stansiyasından Aeroport şosesinin başlanğıcınadək ərazini əhatə edir.

Xəbər lenti
0