CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Belə valideynlər məsuliyyətə cəlb olunmalıdır"

© Photo : PUBLIC DOMAINДевочка-подросток, фото из архива
Девочка-подросток, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağın dinlədiyi musiqidən belə hansı yöndə formalaşdığını bilmək olar

BAKI, 30 aprel — Sputnik. 2016-cı ilin yekunlarına görə, 14-17 yaşlı 261 uşaq məhkum olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, məhkum olunan uşaqlardan 218 nəfəri hər iki valideyni olan ailələrdə, 40 nəfər tək valideyni olan ailələrdə, 3 nəfər isə internat məktəblərində tərbiyə alan uşaqlardır.

Cəmiyyət arasında belə fikir formalaşıb ki, normal — iki valideyni olan ailədə uşaq daha yaxşı tərbiyə görür. Bu da uşağın həyatda özünə yer tutmasında böyük rol oynayır. Statistika isə göstərir ki, "hər iki valideyni olan ailələrin" uşaqları daha çox cinayət edir. Səbəb nədir? Ailələrdə olan problemlərmi? Valideynin məsuliyyətsizliyimi? 

Zülfüqarovlar ailəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xəzər bu ailədə 10 uşağı yetim qoydu

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, heç də "hər iki valideyni var" demək həmin valideynlərin mənən övladının yanında olması demək deyil: "Ola bilər ki, bir uşağın ata-anası olmuş olsun, amma bu o demək deyil ki, həmin valideynlər valideyn məsuliyyətini həyata keçirə bilir. Belə uşaqların problemlərini orta məktəblər üzə çıxarmalıdır. Məktəb müəyyən etməlidir ki, hansı uşağın ailəsində problemlər yaşanır. Çünki elə uşaqlar var ki, valideynləri olsa belə məktəbə getmirlər. Uşaq koloniyalarında uşaqlar var ki, onlar 2-ci, 3-cü sinifə qədər məktəbə gedib. Bəzi uşaqlar var ki, təkər qaraldır, bazarlarda işləyir, dilənçilik edirlər və heç kim onlarla maraqlanmır ki, sənin atan-anan varmı, harada yaşayırsan? Biz bu uşaqları cinayətlərdən qoruya bilərik".

Mansurov bildirir ki, bəzi uşaqlar məhz ailələrində zorakılığa məruz qalır. Döyülür, incidilir, işləməyə məcbur edilir. Uşaqlar var ki, ailə var, amma ata narkomandır, ana düzgün yolun yolçusu deyil. Bu zaman görürük ki, heç də ailə uşaq üçün təhlükəsiz yer deyil: "Biz ilk növbədə uşağın təhlükəsizliyini təmin etməyi bacarmalıyıq. Əgər ailə uşağa sahib çıxmağı bacarmırsa, uşaq üçün təhlükəlidirsə, o internat məktəbinə verilməlidir". 

Azər Allahverənov - Sputnik Azərbaycan
Elə bir sahə yoxdur ki, orada gəncləri qayğılandıran məsələ olmasın

Sosioloq hesab edir ki, ölkədə çox zaman internatlarda da problemlər yaşanır. Buna görə də internatlara da alternativ yerlər yaradılmalıdır: "Foster ailələr, müvəqqəti sığınacaqlar olmalıdır. Uşaq sahə inspektorları olmalı, uşaqların ailələrdəki vəziyyətini düzgün qiymətləndirməlidir. Burada QHT-lər, dövlət təşkilatları da mühüm rol oynayır".

"Güzgü" Dəyişim İnkişaf Mərkəzinin İcraçı direktoru, psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, hər bir insan valideyn olmağa qərar verərkən bunun məsuliyyətinin nə dərəcədə ağır olduğunu düşünməlidir: "Cəmiyyətdə insanlar sadəcə valideyn olmaq, dünyaya uşaq gətirmək üçün ana və ata olurlar. Onlar bunun məsuliyyətini, cəmiyyətə verdiyi ziyanı, şəxsin özünə verdiyi zərəri anlamırlar, nəticədə isə düzgün tərbiyə olunmayan, şəxsiyyətində problemlər olan, cəmiyyətə yalnız zərər verən insanlar formalaşır. Oğurluğa, müxtəlif cinayətlərə, yalançılığa meylli olan uşaqlar məhz düzgün tərbiyə olunmayan, şəxsiyyətində problem olan uşaqlardır".

Psixoloq bildirir ki, az yaşlarından bu qədər cinayət törədən uşaqların yetkinlik yaşına çatarkən nələr edəcəyi məlum deyil: "Hər belə uşağın valideynində də psixoloji problemlər var. Psixoloji problemləri ilə onlar övladlarının şəxsiyyətini formalaşdırır".

Psixoloq təklif edir ki, cinayət törətmiş azyaşlıların valideynləri də məsuliyyətə cəlb olunmalıdır: "Əgər belə bir qanun olarsa, valideynlər daha məsuliyyətli olar, övladlarına qayğı, sevgi və məsuliyyət aşılayarlar. Bəzən valideynlər övladlarını həyatın axarına buraxır. Xarici ölkələrə nəzər salsaq orada "16 yaşından sonra uşaq valideynlərin himayəsində çıxır və azad həyat tərzi sürür". Qonşudan qalma geri məsəli ilə bəzi valideynlər övladlarına "Sən də get öz həyatını yaşa" fikri ilə öz övladlarını sərbəst buraxır, lakin bunun məsuliyyətini dərk etmirlər. Elə bu məsuliyyətsizliyə görə hər övladını diqqətdən kənar qoyan valideyn mütləq cəzalandırılmalıdır!" 

Əlil arabasında uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Fiziki qüsurlu uşaqlarımız əcnəbilərin niyə diqqətini çəkir?

Psixoloq Ramin Hacıyev isə hesab edir ki, iki valideynin olub-olmaması cinayətin törədilməsi üçün önəmli faktor hesab edilmir: "Heç bir valideyn övladının cinayətkar olmasını istəməz. Mənə elə gəlir ki, uşaqların ətrafına da diqqət yetirmək lazımdır. Çünki ətraf mühitin təsiri çox önəmli faktordur. Yəni uşaqların bir-birinə çox təsiri olur. Bəzən olur ki, uşaqların ətrafında olan dost-tanışın mənfi təsiri olur. Burada valideynlərin də mühüm rolu var. Hər bir valideyn övladının kiminlə necə davrandığını və bu davranışın səbəbini bilməlidir".

Müsahibimiz bildirir ki, uşağın dinlədiyi musiqidən belə hansı yöndə formalaşdığını bilmək olar. Buna görə də valideynlər uşaqlarına qarşı diqqətli olmalıdır.

Xəbər lenti
0