Bildiriş gətirən şəxs

Mənzillərə paylanan bildirişlər ciddi çaşqınlıq yaradıb

2080
Şəhərciyin su təminatı bu il yanvar ayının 1-dən "Azərsu"-yun birbaşa nəzarətinə keçib. Elə bütün problemlər də "Azərsu"-yun şəhərciyə "girməsindən" sonra başlayıb.

BAKI, 28 aprel — Sputnik. Bakının mərkəzindən tutmuş, ölkənin ən ucqar qəsəbəsinə kimi hər yerdə kommunal xidmətlərlə bağlı problemlərin yaşandığı heç kimə sirr deyil. Bir yerdə su olanda, qaz olmur, o biri yerdə qaz olanda, su. Üçüncüdə elektrik enerjisinin mütəmadi kəsilməsi adi qaydaya çevrilib. Əhaliyə su, qaz, elektrik enerjisi verən dövlət orqanlarının sayğaclarındakı problem isə bitib tükənmək bilmir.

Vətəndaşların növbəti dəfə qarşılaşdığı problem də kommunal xidmətlərlə bağlıdır. Amma bu, nə suyun gəlməməsi, nə də sayğacın düzgün işləməməsidir. Bu dəfə Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər tamamilə fərqli, qəribə problemlə qarşılaşıblar.

Şəhərcik sakinlərinin Sputnik Azərbaycan-ın redaksiyasına ünvanladıqları məktubda qeyd olunur ki, şəhərciyin su təminatı bu il yanvar ayının 1-dən "Azərsu"-yun birbaşa nəzarətinə keçib. Elə bütün problemlər də "Azərsu" ASC-nin şəhərciyə "girməsindən" sonra başlayıb.

Vətəndaşlar ayın sonunda mənzillərinə gələn su qəbzlərində maraqlı mənzərə ilə qarşılaşırlar. Qəbzlərdə sakinlərin öz adı yox, tanımadıqları insanların adı göstərilir. Bu problem artıq 4 aydır davam edir. Yerli sakinlər dəfələrlə "Azərsu"-yun Xırdalan şəhər bölməsinə müraciət etsələr də, hələ də məsələ tam olaraq öz həllini tapmayıb.

Bu yaşayış kompleksində yaşanan su problemi həm də çoxşaxəlidir. Belə ki, sakinlərdən birinin mənzilinin qapısına yapışdırılan bildirişin, həmin şəxsə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur, başqa bir sakinin mənzilinə gələn bildirişdə öz ad-soyadı göstərilsə də, mənzilin nömrəsi və sayğacın kodu səhv göstərilib. Yaxud mənzilin nömrəsi düz, lakin başqa ad-soyadlı bildiriş alan sakin də var.

"Bu il yanvarın sonlarında "Azərsu"yun şəhərciyə təhkim olunmuş əməkdaşları mənzilimə gəldilər ki, sayğac möhürlənməli və mənzilinizin su təminatı "Azərsu"yun balansına keçməlidir. İşlərini gördülər, mənzilin və sayğacın nömrəsini qeyd etdilər və üstəlik yanvar ayında sərf etdiyim suya görə şərti olaraq 11 manat alıb getdilər. Növbəti ayın sonunda giriş qapıda bildiriş gördüm, amma tamam başqa adamın adı və ünvanın qeyd olunmuşdu" — deyir şəhərcik sakini Tural Məmmədov.

Onun sözlərinə görə, həmin bildirişi götürərək "Azərsu" nümayəndəliyinin şəhərcikdəki məntəqəsinə üz tutub: "Bildirişə baxıb, "texniki səhv gedib" dedilər və yenidən mənim sənədlərimlə tutuşdurub, sayğacımın və mənzilimin nömrəsini öz kitablarına qeyd etdilər. Söz verdilər ki, bir daha səhv təkrarlanmayacaq. Martın sonunda yeni bildiriş aldım, yenə eyni vəziyyət — həmin adamın ad-soyadı və ünvanı".

Sakin bu dəfə heç yerə yaxınlaşmır və bir az da gözləməyi üstün tutur: "Dedim, görüm apreldə necə olacaq. Bu dəfə də vəziyyət dəyişmədi — yanlış ünvan, yanlış ad-soyad. Üstəlik bu dəfə 38 manat borc məbləği ilə. Anlamıram, kimlərinsə səriştəsizliyi ucbatından biz niyə əziyyət çəkməli, stress keçirməliyik? Elementar işlərini görə bilmirlərsə, niyə o stulları zəbt ediblər? Belə də olmaz axı!"

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da Sputnik Azərbaycan-a açıqlamasında etiraf edib ki, həqiqətən də Abşeron Gənclər Şəhərciyində belə bir problem var: "Olur ki, bir vətəndaşın bildirişi digər vətəndaşın ünvanına göndərilir. Bununla bağlı "Azərsu" ASC-nin əməkdaşları inventarizasiya aparır. Çünki ilkin kodlar açılarkən "Akkord" şirkətinin nümayəndələrinin verdiyi siyahı əsasında kodlaşdırılıb".

"Verilən səhv siyahı bu cür problemin yaranmasına səbəb olub. Vətəndaşlar müraciət etdiyi zaman biz bunları araşdırırıq və yenidən inventarizasiya işləri aparırıq. Bu zaman heç bir şəxsə əlavə və səhvən borc yazılmır. Vətəndaşın öz sayğacının göstəricilərinə uyğun olaraq öz borcunu ödəyir" — Cəbrayıllı bildirib.

Mətbuat xidmətinin rəhbəri vətəndaşlara da müraciət edib: "Bu problemlə qarşılaşan şəxslərin bizə müraciət etməsini xahiş edirik. Bizə müraciət etsələr, problemi tez bir zamanda aradan götürərik".

2080
Teqlər:
Anar Cəbrayıllı, bildiriş, nümayəndə, Sputnik Azərbaycan, su, Abşeron Gənclər Şəhərciyi, "Azərsu" ASC, qəsəbə, Bakı
Əlaqədar
Bakının bu hissəsində su olmayacaq
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılır
"Əvvəllər içdiyimiz su xəstəlik mənbəyi idi..."
Üzü məhz belə su ilə yumaq lazımdır
Su təchizatı ilə bağlı qanuna dəyişiklik edildi - Prezident sərəncamı
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

12
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

12
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

5
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

5