Qubada Cümə məscidi

Quba əhalisindən misilsiz qəhrəmanlıq

11512
Yerli camaat 200 illik tarixi abidəni qorumaq üçün ağıla gəlməyən tədbirə əl atıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Qubadakı Cümə məscidi zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biridir. Tarixi mənbələrə görə, bu məscid 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib.

Onun inşasının təxminən 1792-ci ildə başlandığı deyilir. Binanın tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. İnşaat prosesində rayon əhalisi fəal iştirak edib.

Qubada Cümə məscidi
© Sputnik / Leyla Abdullayeva
Qubada Cümə məscidi

Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib.

Məscidin tikintisində, əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi (yəni qiblə olan tərəfi) Mədinə şəhərində olan "Quba" məscidində olduğu kimi işlənib.

Məscidin orta hissələrində sütunun olmaması memarın necə yüksək peşəkarlığa malik olduğunu göstərir. Sözügedən məscid memar Əbu Bəkir Əcəmi Əl-Naxçıvani tərəfindən inşa olunub. Bu məscid təkcə Qubada deyil, ölkənin bütün şimal-şərq bölgəsində ən qədim dini mərkəzlərdən biri olub.

Quba Cümə məscidi
© Sputnik / Leyla Abdullayeva
SSRİ dağıldıqdan sonra məscid yenidən dindarların istifadəsinə verilib

Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovetlərin gəlişindən sonra onun fəaliyyəti qadağan edilib. 1933-cü ildə burada fəaliyyət göstərən mədrəsə, məscidin minarəsi, sonralar isə digər yardımçı tikililər dağıdılıb.

Yerli camaatın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, məscidin dağıdılacağını bilən rayon əhalisi, gecə ilə dəyirman daşlarını və çuvallarla buğdalarını gətirib məscidi dəyirmana çevirib ki, onu dağıdılmaqdan xilas etsinlər. Bir müddətdən sonra bura anbar kimi istifadə olunub. Daha sonra isə burada xalça muzeyi fəaliyyət göstərib.

Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilib. Dini qurum kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Qısa müddət ərzində məscidin ətrafına şəbəkəli hasar çəkilib, su, kanalizasiya xətləri quraşdırılıb, dəstəmaz almaq üçün yer və mədrəsə tikilib. Məscidin ətrafı abadlaşdırılıb.

Türkiyənin Dini İşlər Nazirliyinin Azərbaycandakı nümayəndəliyi məscidə 5 min dollar dəyərində minbər bağışlayıb. Həmin qurum, qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etdirib.

Bu gün Cümə məscidi həm qubalıların inanc, ibadət yeridir, həm də 200 illik tarixin yadigarıdır. Bu məscid memarlıq üslubu ilə yanaşı öz maraqlı tarixi ilə də turistlərin diqqətini cəlb edir.

11512
Teqlər:
məscid, tikinti, Quba, memarlıq, inşaat, mədrəsə, tarixi abidə, Cümə məscidi, Qazi Nəsrullah əfəndi, minbər
Əlaqədar
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
Təhlükə ilə üz-üzə qalan tarixi abidə
200 illik tarixi abidə ətrafında müəmma
"İşğal altındakı torpaqlarımızda 7880-dən çox abidəmiz var"
BMT: Tarixi abidələrin dağıdılması hərbi cinayətdir

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

0
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

0