CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Filtrsiz siqaretlər tamamilə satışdan çıxarıla bilər

© Photo : customs.gov.azKülli miqdarda xarici markalı siqaretlər aşkar olunub
Külli miqdarda xarici markalı siqaretlər aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkədə 5 növ filtrsiz siqaretlər satılır. Bunlar qadağan edilməlidir. Habelə, siqaret qutularının üzərində yararlılıq müddəti olmalıdır"

BAKI, 27 aprel — Sputnik. "Azərbaycanda supermarketlərin girişində siqaret stendləri yığışdırılmalıdır. Bununla bağlı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə müddəa əlavə edilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində Milli Məclisdə keçirilən "dəyirmi masa"da deyib. Onun sözlərinə görə, ictimai nəzarət məsələsi burada əksini tapmalıdır: "İctimai təşkilatları da bura əlavə etməliyik".

E. Hüseynov bildirib ki, ölkədə 5 növ filtrsiz siqaret satılır: "Bunlar qadağan edilməlidir. Habelə, siqaret qutularının üzərində yararlılıq müddəti olmalıdır".

Tədbirdə parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Azərbaycanda filtrsiz siqaretlər satış şəbəkəsindən çıxarılmalıdır.

Xəbər lenti
0