Qovlar şəhərində hüquqi ünvanı olmayan yaşayış massivi

Azərbaycanda 23 illik münaqişə: dövlət qurumları da müdaxilə etmir

585
(Yenilənib 10:03 27.04.2017)
Tovuz rayonu Qovlar şəhərində illərdir davam edən torpaq qalmaqalı pik həddə çatsa da, rəsmi qurumlar problemi həll etməyə tələsmir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Tovuz rayonunun Qovlar şəhərində, hüquqi ünvanı olmayan bir yaşayış massivi var. Buranı sakinlər "Vahidin zapravkasının yanı", yaxud "Qovlarla-Quşçunun arası" kimi tanıyır və tanıdırlar.

Burada yerləşən evlərin həyətyanı sahələri, 1994-1995-ci illərdə Tovuz Xalq Deputatları Sovetinin (XDS) İcraiyyə Komitəsi tərəfindən əhaliyə paylanıb. Həyətyanı sahələrin sənədlərinin düzəldilməsi bir yana qalsın, 1997-ci il torpaq islahatları zamanı, bu torpaqların bir hissəsinin pay torpağı olaraq başqa bir vətəndaşa verilməsi də yeni problem meydana çıxarıb.

Qovlar şəhərində hüquqi ünvanı olmayan yaşayış massivi
© Sputnik / Ilham Mustafa
El arasında bu əraziyə "Qovlarla-Quşçunun arası" deyirlər

Ərazinin sakini Zahid Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirir ki, hazırda 30-a yaxın ev olan bu küçədə, heç bir evin sənədi yoxdur: "Tovuz rayonunun hazırkı icra başçısı Tofiq Zeynalov o vaxt Qovlarda sovxoz direktoru işləyirdi. Sovxozda adı olanlara bir möhürlü kağız verirdi ki, bura sənin torpağındır. Sonradan bildik ki, buraların heç bir hüquqi sənədi yoxdur".

"1996-cı ildə torpaq aldım, 1999-cu ildə evi tikdim. O vaxtdan işıq pulu, sonradan qaz pulu ödəyirəm. Amma bu problem ortaya çıxandan sonra bildik ki, verilən pay torpaqlarının sənədi var, amma bizim həyətyanı sahələrin yoxdur" — Həsənov deyir.

Küçənin digər sakini Həmidə Abbasova da bu torpağı həyətyanı sahə kimi 1994-cü ildə sovxoz direktorunun imzası ilə aldığını bildirir. Həmin ildən başlayaraq burada ev tikintisinə başlayıb. Çöl torpağı ilə araya ağaclar basdırıb.

Qovlar şəhərində hüquqi ünvanı olmayan yaşayış massivi
© Sputnik / Ilham Mustafa
Qovlar şəhərində hüquqi ünvanı olmayan yaşayış massivi

"1998-ci ildə ərazilər pay torpaqlarına bölündü. Bizim qarşımızdakı torpaq Eldar adlı şəxsə verildi. Aradan bir neçə il keçəndən sonra Eldar gəldi ki, sizin ağaclıq əraziniz və yolunuz mənim pay torpağıma düşür. Neçə vaxtdır davadayıq. O gün traktor gətirərək yolumuzu qazıb, arx çəkib. Yolumuz bağlanıb. Bir maşın zorla keçir. Hər yerə ayaq döysək də, gəlib bir yoluna qoyan yoxdur. Mən özbaşına tikməmişəm ki! Torpağı bizə verən olub ki, tikmişik də" – Abbasova şikayətlənir.

Daha bir sakin Fərmail İsmayılov 1990-cı ildə Fərqanə hadisələrindən sonra Azərbaycana pənah gətirib. Qovlarda peşə məktəbinin yataqxanasında məskunlaşaraq sovxozda işə başlayıb.

"1994-cü ildə iki qardaş ikimiz də oradan torpaq sahəsi aldıq. Ev tikmək istədik. Sonradan bu problem çıxdı və əl saxladıq. Hələ də yataqxanada yaşayırıq. İndi burada günah nə bizdədir, nə də pay torpağının sahibi olan Eldarda. Hansısa məmurların özbaşınalığı, səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından bu gün əziyyət çəkirik" – İsmayılov danışıq.

Dediyinə görə, o vaxt torpaq veriləndə xəritədə işlənməyib: "Sonradan da pay torpaqları paylananda veriblər başqa adama. Neçə illərdir, ərizə yazmadığım dövlət qurumu, şikayət etmədiyim orqan qalmayıb, yenə bir nəticəsi yoxdur. Neçə dəfə bələdiyyəyə getsək də, "bizlik deyil" deyirlər".

Sakinlərə verilən çıxarış
© Sputnik / Ilham Mustafa
Sakinlərə verilən çıxarış

Qarşı tərəf olaraq qeyd olunan Eldar adlı şəxs isə Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, əslində məsələnin sakinlərin günahı ucbatından baş verdiyini bildirib: "Həyətyanı torpaqlar veriləndən sonra sakinlər çəpərlərini irəli çəkiblər. O vaxt sovxozun boş torpaqları olub bu ərazi. Sonradan tikintini də artırdıqları ərazidə aparıblar. Hazırda əlimdə olan xəritəyə əsasən, onların evləri tikilən yerə kimi olan ərazi mənim payıma düşür".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Qovlar Şəhər Bələdiyyəsinin sədri Binnət Hüseynovun sözlərinə görə, bu proses ölkədə bələdiyyə sistemi formalaşmazdan əvvəl baş verib: "Bu baxımdan məsələyə qarışmaq üçün heç bir ixtiyarımız və səlahiyyətimiz yoxdur".

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı Sputnik Azərbaycan-a şərhində, bu işdə bir neçə normativ hüquqi aktın toqquşduğunu bildirdi: "Bu səbəbdən məsələ ilə bağlı hər hansı müvafiq icra hakimiyyəti orqanının qərar verə bilməsini absurd hesab edirəm. Bu iş problem halını aldığından, lazımi hüquqi qiyməti bugünkü qanunvericilik əsasında məhkəmə verə bilər".

Osmanlının fikrincə, Dövlət Aqrar İslahat Komissiyasının verdiyi sənədlər yekun sənəd olduğundan, daha çox hüquqi qüvvəyə malikdir: "Belə olduğu halda vətəndaşa dəyən ziyan sakinlər tərəfindən ödənilməklə problemin həlli mümkündür. Tovuz rayonu aqrar rayon olduğundan, kənd təsərrüfatı təyinatlı torpaqlar o qədər də baha deyil və daha az maliyyə ilə bu işi yoluna qoymaq mümkündür".

585
Teqlər:
Fərmail İsmayılov, pay torpağı, Həmidə Abbasova, hüquqi sənəd, Tofiq Zeynalov, Zahid Həsənov, yaşayış massivi, hüquqi ünvan, Qovlar şəhəri, sovxoz, həyətyanı sahə, Tovuz rayonu, Sputnik Azərbaycan, Ramil Osmanlı, sakin, bələdiyyə, küçə, ev, torpaq
Əlaqədar
“Torpağı işğal etmək olar, sözü yox”
Əgər kəndli torpağını becərə bilmirsə...
Güzəştli mənzillərin inşası üçün yeni torpaq sahəsi ayrılıb
Torpaqların icarəyə verilmə müddəti artırılıb
Qanunsuz ayrılmış 8 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb
İstifadəsiz qalan 200 min hektar torpaq sahəsi dövlətə qaytarılıb

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

6
(Yenilənib 20:19 23.11.2020)
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

6
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

8
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

8
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

0
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

0
Teqlər:
nazir, Ermənistan, azad edilmə