Генеральная прокуратура Азербайджанской Республики

Baş Prokurorluq aydınlıq gətirdi

23
(Yenilənib 22:26 26.04.2017)
Baş Prokurorluq: Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlanması barədə məlumatlar araşdırılır

BAKI, 26 aprel — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayət işi başlanması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.

Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır.

Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Ukrayna Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında bu ölkənin Baş Prokurorluğu Rusiya tərəfindən ilhaq olunmuş Krım bölgəsinin Yalta şəhərində keçirilmiş III Beynəlxalq İqtisadi Forumda iştirak edənlərlə bağlı istintaq hərəkətlərinə başlayıb.

İqtisadi forumun iştirakçıları Ukraynanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını pozmaqda təqsirli bilinirlər.

Forumun iştirakçıları arasında Azərbaycanın 17 iri dövlət və özəl şirkətinin nümayəndə heyəti də olub.

23

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

8
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

8
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

12
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

12