Qəfəsdə toyuqlar, arxiv şəkli

Baytarlıq Xidməti xəbərdarlıq etdi

392
(Yenilənib 18:26 25.04.2017)
Hacıqabul rayonunda cücələrin tələf olma səbəbləri müəyyənləşib

BAKI, 25 aprel — Sputnik. 17 aprel 2017-ci il tarixində Hacıqabul rayon sakini Rövşən Səməd oğlu Xəlifəyevə məxsus həyətdə 20 günlük cücələrinin tələf olması barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinə məlumat verib. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.

Bununla əlaqədar idarənin baytarlıq mütəxəssisləri həmin təsərrüfatda olaraq araşdırma aparıblar. Araşdırma zamanı cücələr arasında tələfatın yalnız adı qeyd edilən təsərrüfatda baş verdiyi müəyyən edilib, rayonun digər təsərrüfatlarında isə quşların və cücələrin xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı cücələrə verilən yemin keyfiyyətsiz olması, zoogigiyenik tələblərə uyğun olmadığı müəyyən edilib. 

Tələf olmuş cücələr baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahibinə müvafiq mütəxəssis məsləhətləri verilib.

Ölən cücələrdən və yemdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən cücələrdə yoluxucu xəstəliklərin törədiciləri aşkar olunmayıb. Cücələrin ölümünə zoogigiyeniki norma və qaydalara əməl edilməməsi səbəb olub.

Cücələrin yemləmə, bəsləmə və saxlanmasına dair mütəxəssis tövsiyələrinə əməl edildikdən sonra təsərrüfatda ölüm halları aradan qalxıb. 

Qəfəsdə toyuqlar, arxiv şəkli
© Photo : Dövlət Baytarlıq Nəzarəti Xidməti

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərinə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

392
Teqlər:
baytarlıq-sanitariya tələbləri, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Rövşən Xəlifəyev, Hacıqabul rayonu
Əlaqədar
Baytarlıq Xidmətindən əhaliyə xəbərdarlıq: virus yayılıb
Baytarlıq Nəzarəti Xidməti saxta yumurta ilə bağlı əhaliyə müraciət edib
Sumqayıt Baytarlıq İdarəsi ilə bağlı materiallar prokurorluğa göndərilib
Yaşlı insanlar, arxiv şəkli

Yaşa görə pensiyaların orta aylıq məbləği artıb

2
Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat təşkil edir.

BAKI, 6 mart — Sputnik. Son 3 ildə pensiyaların orta aylıq məbləği 60% artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

 

2
Sahilə çırpılan dalğalar, arxiv şəkli

Dövlət Dəniz Agentliyi təhlükəli hidrometeoroloji hadisə barədə məlumat yayıb

3
(Yenilənib 20:34 06.03.2021)
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

BAKI, 6 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-bildirilib ki, martın 7-də Xəzər akvatoriyasında gün ərzində şimal-qərb küləyi 19-24 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə arabir 35-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda isə 5.5-7.5 metrə çatacağı proqnazlaşdırılır.

Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə Azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırılıb.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

3