Заседание парламента Азербайджана, фото из архива

Millət vəkilindən etiraz: "İnsanların sakit yaşamaq hüququnu pozuruq"

158
(Yenilənib 16:49 25.04.2017)
Mehmanxana, mehmanxana tipli obyektlər və müəvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri yaşayış sahəsi hesab ediləcəklər

BAKI, 25 aprel — Sputnik. Parlamentin plenar iclasında Mənzil Məcəlləsinə dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, layihəyə əsasən, Azərbaycanda mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri "yerləşmə vasitələri" adlandırılacaq və statusuna görə yaşayış sahəsi hesab ediləcəklər. Özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq.

Millət vəkili Əli Hüseynli bildirib ki, bu dəyişiklik turizmin inkişafı ilə bağlı kiçik, amma əhəmiyyətli dəyişiklikdir.

Millət vəkili Asim Mollazadə bu dəyişikliyə etiraz edib: "Yaşayış sahəsində mehmanxanaların yerləşdirilməsi əhalinin istirahət hüququnu poza bilər. İnsanların öz yaşayış sahəsində sabit, sakit yaşamaq hüququ var, biz isə bu hüququ pozuruq. Ona görə də bu düzəliş vətəndaşların şəxsi həyat mühitinə müdaxilə şəraiti yaradır".

Millət vəkili Hadi Rəcəbli həmkarının fikirlərini dəstəkləməyib. O qeyd edib ki, uzun müddətdir ki, "Turizm haqqında" qanun layihəsi üzərində iş gedir, dünya təcrübəsi öyrənilir: "Biz bilirik ki, Avropada da ayrıca mənzillər turizm obyekti kimi istifadə edilir. Bu layihə Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək".

Parlament sədri Oqtay Əsədov isə deyib ki, Türkiyənin 35-40 min əhalisi olan şəhərlərinə hər ay 100 min turist gəlir. Ev turizmi olmasa, o qədər turisti yerləşdirmək mümkün olmaz.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul olunub.

158
Teqlər:
Mənzil Məcəlləsinə dəyişikliklər, Əli Hüseynli, Hadi Rəcəbli, Oqtay Əsədov, Asim Mollazadə, Azərbaycan
Əlaqədar
ABŞ prezidentinin oteli yandı
Oteldə yanğın olub, ölənlər var
FHN Bakının bu məşhur otelində təlim keçəcək
Dünyada ilk dəfə tropik meşəsi olan otel açılacaq
COVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli

Ermənistanda bir gündə 22 nəfər koronavirusdan öldü

0
Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub.

BAKI, 27 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 132346-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1476 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2090-a çatıb. Xəstəlikdən sağalanların sayı 105149 nəfər olub. Hazırda bu ölkədə 24580 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 61 milyonu keçib, 1,43 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Xaçmaz rayonun girişi, arxiv şəkli

Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

5
(Yenilənib 10:22 27.11.2020)
COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

BAKI, 27 noyabr — Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, Xaçmaz rayon sakini Eldosi Quliyev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

5
Teqlər:
xəstə, xəbərdarlıq, Koronavirus, COVID-19, Xaçmaz