“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” konfransı keçirilir

98
(Yenilənib 18:13 26.04.2017)
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans bu gün Lənkəranda işinə başladı

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

İlk olaraq konfrans iştirakçıları Tarix İnstitutunun sözügedən mövzu ilə bağlı yeni nəşrlərinin sərgisinə baxış keçiriblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransı açaraq tədbirin əhəmiyyətindən danışıb. Ardınca millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib. Millət vəkili bildirib ki, Azərbaycan xalqı ən dəhşətli soyqırıma məruz qalan xalqlardan biridir.

  • “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans
    “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans
    © Sputnik / Rahim Murad

1 / 8
© Sputnik / Rahim Murad
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans

Sonra konfransın təşkilatçılarından biri olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan söz açaraq iki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Cəlal və Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat institutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış edərək erməni vandallarının Azərbaycan ərazisində törətdikləri vəhşiliklərdən danışaraq 1918-ci ildə Lənkəran qəzasının da erməni daşnaklarının zorakılığına məruz qalmasını da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim edilib.

Məlumat üçün bildirək ki, Lənkərandan əvvəl bu mövzuda üç konfrans keçirilib. Onlardan ikisi Qubada, biri isə Şamaxıda olub.

98
Teqlər:
Tarix İnstitutu, Akif Əlizadə, Taleh Qaraşov, Şamaxı, Quba, Lənkəran
Əlaqədar
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub
“31 mart Soyqırımı” ilə əlaqədar olaraq növbəti tədbir keçirilib
Neapolda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıla bilər
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

12
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

12

Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

10
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

BAKI, 24 oktyabr - Sputnik. Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

42
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

42
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə