Asfalt örtüyü dağılmış yol, arxiv şəkli

Şimala aparan təhlükəli yol: ilk son dəfə 33 il qabaq...

192
Bu yoldan mütəmadi istifadə şəxslərin zamanlarının və qazanclarının önəmli hissəsi avtomobil təmiri sexlərində sərf olunur

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Oğuz, Şəki və Mingəçevir şəhərlərini birləşdirən Kərimli yolu istismar müddətini başa vurub. Bununla belə, yol məsafəni xeyli qısaltdığından, sürücülər mütəmadi olaraq buradan istifadə edirlər — avtomobillərinin sıradan çıxması bahasına…

1984-cü ildə salınan yol yarıya kimi asfaltlanıb, digər hissəsi isə "yaddan çıxıb". Ərazi həm də turizm bölgəsi olduğundan və Kərimli kurqanlarına aparan yol olduğundan, xüsusi əhəmiyyət daşıyır. Ancaq bərbad gündə olan yol turistlərin də kurqanı görmək arzusunu ürəklərində qoyur.

Yolun təmiri ilə bağlı layihə 2008-ci ildən hazır olsa da, hələlik ancaq cari təmir işləri aparılıb. Təbii ki, bu da müvəqqəti xarakter daşıyıb. Yolun yenidən qurulması 2014-2018-ci illər dövlət proqramına salınıb. Belə görünür ki, hər gün bu keşməkeşi qət etməyə məcbur olanlar, hələ 1 il də gözləməli olacaqlar.

  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Ahmadov
  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Ahmadov
  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Mustafa
  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Ahmadov
  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Ahmadov
  • Kərimli yolunun bugünkü vəziyyəti
    Kərimli yolunun bugünkü vəziyyəti
    © Sputnik / Ilham Ahmadov
1 / 6
© Sputnik / Ilham Ahmadov
Kərimli yolunun bugünkü vəziyyəti

Kərimli yol həm də Oğuz rayonunun kəndləri ilə Şəkinin ucqar kəndləri arasında istifadə olunan ən sərfəli və yaxın yoldur. Yolda sonuncu dəfə, təxminən 5 il qabaq yarımçıq təmir işləri aparılıb və o vaxtdan indiyə kimi yolda nə əsaslı, nə də yarımçıq təmir aparılıb.

Artıq Kərimli yolundan istifadə, demək olar ki, mümkünsüzdür. Yolun bərbad vəziyyətdə olması sürücüləri əməlli-başlı dərdə salıb. Bu yoldan mütəmadi istifadə şəxslərin zamanlarının və qazanclarının önəmli hissəsi avtomobil təmiri sexlərində sərf olunur.

Şimal bölgəsinə uzanan əsas turizm marşrutlarından biri sözügedən yoldan keçir. Bu yol həm də tarixi özündə yaşadan qədim bir abidəyə aparır. Belə ki, Oğuzun Kərimli kəndində bir neçə hökmdarın məzarı – kurqanları var. Kərimli kurqanlarının qalıqları həm yerli, həm də xarici turistlər üçün böyük marağa səbəb olur. Ancaq təəssüflər olsun ki, buranın yolunun bərbad vəziyyətdə olması turistlərin işinə maneçilik törədir.

Bölgə sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, məsələ ilə bağlı dəfələrlə "Azəravtoyol"un yerli qurumlarına müraciətlər olunsa da, hələ heç bir nəticə yoxdur…

192
Teqlər:
istismar müddəti, Kərimli yolu, Oğuz, məsafə, "Azəravtoyol", kənd, yol, Mingəçevir, turizm, Şəki, turist, sürücü, avtomobil
Əlaqədar
Paytaxtda daha bir yol bağlanır
Yol polisi xəbərdar edir: sürücülər ayıq olsunlar!
Sürücülərin diqqətinə: Bu küçə də bağlandı
Paytaxtda daha bir mərkəzi küçə təmirə bağlanır
Mayın 1-dən 25-nə kimi bu küçələrə çıxmayın
Bu şəhərdə kimsədən küçə adı soruşmayın

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8