Nazirlər Kabineti

Fermerlər üçün şad xəbər

77
(Yenilənib 17:16 22.04.2017)
Azərbaycana gətirilən tütün toxumları və tinglər idxal rüsumundan azad edilib

BAKI, 22 aprel — Sputnik. Azərbaycana gətirilən tütün toxumları və tinglər gömrük idxal rüsumuna cəlb edilməyəcək. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.

Qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 12-ci qrupda (Yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər, saman və yem) 1209 99 990 0 alt yarımmövqeyindəki digər mallar gömrük dəyərlərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən tütün toxumları ayrıca sətirdə göstərilməklə gömrük idxal rüsumundan azad edilir, bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük idxal rüsumuna cəlb ediləcək. 

Digər dəyişiklik tinglərlə bağlıdır. İndiyə qədər "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 6-cı qrupda olan canlı ağaclar və digər bitkilər (bitkilərin kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər), o cümlədən üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) gömrük idxal rüsumuna cəlb edilməyib. Dəyişikliyə əsasən ting və üzüm qələmi (peyvənd edilmiş və ya kök ilə) istisna ilə bu kateqoriyada digər ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

77
Teqlər:
üzüm qələmi, ting, kolluqlar, kollar, dekorativ bitkilər, tütün toxumları, Gömrük idxal rüsumunun ləğvi, Nazirlər Kabineti
Əlaqədar
Fermerlər məhsullarını sərfəli qiymətə sata bilmirlər
Fermerin məhsulu əlində qalıb - alıcı yoxdur
Təbiət fermerlərə qənim kəsilib
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

6
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

6
Teqlər:
yanğın, Bakı

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

7
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

7
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu