Xəzər dəninizinin Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən çimərlik sahəsində iməcilik işləri görülüb

Beynəlxaq Yer Günü ilə bağlı iməcilik keçirildi

23
(Yenilənib 17:25 21.04.2017)
Xəzər dəninizinin Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən çimərlik sahəsində iməcilik işləri görülüb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. 1970-ci ildən etibarən 22 aprel Beynəlxalq Yer Günü kimi qeyd olunmağa başlayıb.

1990-cı ildən başlayaraq isə Beynəlxalq Yer Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxaq Yer Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətlə təbliğat işləri aparılır.

Ərazi bərk məişət tullantılarından təmizlənib və sahil zolağından yığılan həmin tullantılar ərazidən daşınıb
© Sputnik / Rahim Zakiroğlu
Ərazi bərk məişət tullantılarından təmizlənib və sahil zolağından yığılan həmin tullantılar ərazidən daşınıb

Nazirliyin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Xəzər dəninizinin Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən çimərlik sahəsində iməcilik işləri görüblər. Belə ki, ərazi bərk məişət tullantılarından təmizlənib və sahil zolağından yığılan həmin tullantılar ərazidən daşınıb.

23