Almaniyanın Ştutqart şəhərində kommunal xidmət işçiləri, arxiv şəkli

Zibil daşıyana 4300, xadiməyə 3900 manat maaş

9866
Kim hansı ölkədə nə qədər maaş alır və nə qədər gəlir onun aylıq tələbatını ödəyir?

BAKI, 21 aprel — Sputnik. Avropa deyəndə insanların xəyalında bahalı və rahat həyat canlanır. Bir çox insan yaxşı həyat arxasınca getmək və xəyallarındakı Avropada yaşamaq istəyir.

Amma bu ölkələrdə hər kəs yaxşı həyat sürmür. Bunun üçün çox işləmək və əziyyət çəkmək lazımdır. Sputnik Azərbaycan-ın əməkdaşı Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardan yaşadıqları ölkədə həyat tərzləri barədə soruşub.

Gürcüstanda yaşayan soydaşımız Amil Hacıyev bildirib ki, bu ölkədə orta aylıq əmək haqqı 600 laridir (425 manat): "Evin varsa, bu məbləğ kənd yerində yaşamaq üçün çox yaxşı puldur. Şəhərdə yaşayırsansa, bu, çox azdır. Şəhərdə bir ailənin yalnız elektrik enerjisi xərci 30-50 lari (21-35 manatdır). Qaz puluna qışda 100-200 lari (70-140 manat) xərcləməli oluruq. Tbilisidə 4 nəfərlik ailənin dolanması üçün minimum aylıq 1500 lari (1063 manat) lazım olur. Türkiyə Gürcüstana qonşu olduğu üçün geyim elə də baha deyil".

A. Hacıyev qeyd edib ki, kənd təsərrüfatı məhsulları Azərbaycanla müqayisədə çox aşağı qiymətədir. Amma dollar qalxdığına görə burada da qiymət artıb: "Azərbaycanlılar burada, əsasən kənd təsərrüfatı və ticarət sahəsində işləyirlər. Amma dövlət işi də var. Maaş 600-2500 lari (425- 1772 manat) arasıdır. Burada normal yaşamaq üçün şəxsi evinin olmağı şərtdir. Kirayə evlər Tbilisi şəhərində 250 dollardan (412 manat) başlayır".

Almaniyada yaşayan Anar İsmayılovun sözlərinə görə, bu ölkədə qiymətlər (qida, geyim) aldıqları məvacibə görə çox ucuzdur. Burada minimum əmək haqqı bir saat üçün 9.5 avrodan (16 manat) az olmamalıdır: "Burada sosial təminatı az olan ailələr (müvəqqəti oturumu olanlar, sosial təminatla yaşayan ölkə vətəndaşları) üçün pulsuz bazarlıq mövcuddur. Həmin insanlar minimal ödəniş etməklə bu imtiyazlardan istifadə edə bilərlər. Məsələn, 4 nəfərlik ailə 2 avro ödəniş edərək, ərzaq, tərəvəz, meyvə, uşaq yeməyi, uşaq bezi, uşaq üçün oyuncaq, ev əşyaları və.s alır. Limit yoxdur. İkinci əl geyimlər isə pulsuz paylanılır".

"Yaş kateqoriyasına görə insanlara yaşayış xərci ayrılır. 0-3 yaşlı uşaqlar üçün 200 avro, 3-6 yaşlılara 221 avro, 6-18 yaşlılara 245 avro, 18 yaşdan yuxarı şəxslərə isə 331 avro verilir. Ancaq bu məbləğ əyalətlərə görə dəyişir. Almaniyada 16 əyalət var. Mən yaşadığım əyalətdə məbləğ belədir. Bizim əyalətdən daha çox pul verən yerlər də var" — deyə A. İsmayılov qeyd edib.

O, əlavə edib ki, Almaniyada maaş işə görə dəyişir: "Məsələn, maliyyə sahəsində işləyənlərə 2100-3500 avro (3671 — 6119 manat) əmək haqqı verilir. Zibil maşını sürən 2500 avro (4371 manat) alır. Xadimənin əməyinin 1 saatının qarşılığı 9.5 avrodur (16 manat). Müəllimlər və həkimlər çox yüksək maaş alırlar. Bu sahələrdə minimum əmək haqqı 1650 avrodur (2885 manat). Burada brend geyimlər də ucuzdur. Orta əmək haqqına görə rahat almaq olur".

Həvəskar balıqçı Elnur Əliyev
© Photo : Sami Süleymanlı

Portuqaliyada yaşayan Fəridə Abdıyeva bildirib ki, bu ölkədə insanların orta aylıq əmək haqqı, təqribən 500-1500 avro (874- 2622 manat) arasında dəyişir: "Part-time işdə çalışanlar daha az maaş ala bilər. Kirayə evlərin qiyməti yerləşdikləri məkandan asılı olaraq dəyişir. Lissabonun mərkəz hissəsində, turistik zonalarda, universitetlərə yaxın yerlərdə bir otaqlı mənzillərin kirayəsi 400-500 avrodan (699- 874 manat) başlayır".

"Kommunal xərclər fəsillərə və istifadəyə görə dəyişir. Biz 3 nəfərlik kiçik ailəyik. Kommunal xərclərimiz fəsilə görə 150-200 avro (262 — 349 manat) arasında dəyişir. Kiçik bir ailə olaraq bizim ərzaq üçün aylıq xərcimiz maksimum 400 avro (699 manat) çərçivəsindədir. Buraya restoran xərcləri daxil deyil. Geyimlərimizi isə adətən endirimlər vaxtı alırıq. Endirimlər ildə iki dəfə – fevral və iyul aylarında olur" – Abdıyeva qeyd edib.

"Qızım Orlinin bağçasına aylıq olaraq 300 avro (524 manat) ödəyirik. Burada orta qiymət belədir" – deyə Fəridə Abdıyeva söyləyib.

Rusiyada yaşayan Toğrul Allahverdili deyib ki, 3-5 il öncə azərbaycanlılar Rusiyada daha çox xidmət sahəsində, xüsusilə bazar və restoran sistemində çalışırdılar: "Onların da məvacibləri bizim pulla 1000-1500 manat arası olurdu. Rusiyada ərzaq malları çox ucuzdur. Geyimlər isə Bakıya nisbətən 2 dəfə bahadır.

"Kommunal xərclər Bakıdakı kommunal xərclərdən 2 dəfə bahadır. Moskva şəhərində 3 nəfərdən ibarət ailə 3 otaqlı evə 150-200 manat kommunal xərc ödəyir. Nəqliyyat xərcləri də hədsiz bahadır. Amma orta əmək haqları burada ən azı normal yaşamağa şərait yaradır" – Allahverdili vurğulayıb.

9866
Teqlər:
Amil Hacıyev, əmək haqqı, Toğrul Allahverdili, Portuqaliya, Sputnik Azərbaycan, maaş, Gürcüstan, Avropa, Almaniya
Əlaqədar
Müəllimlərin əmək haqlarının gecikməsinin səbəbi bəlli oldu
Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar
Keçmiş SSRİ ölkələrində minimum əmək haqqı nə qədərdir?
Bu kənd hələ də 2500 dollar maaşa çoban axtarır
Prezident gələn il üçün həkimlərin maaşını müəyyən etdi
Xəstəni narazı salan həkimin maaşı kəsiləcək
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

139
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

139