CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadağalar millət vəkilini özündən çıxardı

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
"Kimsə hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyirsə, ona deməliyəm ki, bir həftə gözlə, qoy İntizam Komissiyasından rəy alım, sonra qonaqlığını verərsən?"

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin 7-ci maddəsində göstərilir ki, deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasını diqqətdə saxlamalı, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir. Bu, o deməkdir ki, bütün deputatlar eyni universiteti bitirməli, eyni savad göstəricisinə, dünyagörüşünə sahib olmalıdırlar və qaydalara tam əməl etməlidirlər.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qadağalara məruz qalma növbəsi deputatlara çatdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında qanun layihəsinin müzakirəsi zamanı deyib. "Deputatın biri kommersiya strukturundan gəlib, biri ali məktəbdən gəlib və s. Bu tələbin qoyulması düzgün deyil. Bu, hansısa bir etika pozuntusu deyil" — F. Mustafa əlavə edib.

Millət vəkili onlara verilən hədiyyələrlə bağlı qanun layihəsində yer alan maddəyə də etirazını bildirib: "Bir çox hallarda Milli Məclisin İntizam Komissiyasının rəyi qərəzli ola bilər. Məsələn, bir sahibkar hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver? Çıxışım sahibkarın xoşuna gəlib qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir?"

"Qanun layihəsinin 6-cı maddəsində göstərilir ki, deputat vicdanlı davranış nümayiş etdirməlidir. Bundan başqa, həmin maddədə deyilir ki, deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Bunu qanunda deputata xatırlatmağın nə mənası var?! Qanun daha lakonik olmalıdır. Belə şeylər layihədən çıxarılmalıdır. Bunlar doğru yanaşma deyil" — Fazil Mustafa bildirib.

Xəbər lenti
0