Siqaret reklamı

"Anti-reklam adı altında siqareti reklam edirlər"

283
(Yenilənib 16:52 19.04.2017)
Televiziya və radio qurumlarının üzərində yeni öhdəlik qoyulması mütəxəssislər tərəfindən birmənalı qarşılanmır

BAKI, 19 aprel — Sputnik. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin 12-ci maddəsində deyilir. Həmin maddədə bildirilir ki, bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat 08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilir.

Qeyd olunur ki, səhiyyə, təhsil, mədəniyyət və idman sahələri üzrə müvafiq icra hakimiyyəti orqanları kütləvi informasiya vasitələrində tütün istifadəsinin zərərli təsirləri barədə davamlı olaraq təbliğat aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər. 12-ci maddə kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği adlanır.

Sözügedən yeniliyi Sputnik Azərbaycan-a şərh edən tanınmış media eksperti, professor Qulu Məhərrəmli, qadağaları müsbət qarşılamaqla yanaşı, bəzi məqamlara diqqət çəkir: "Televiziyalara, mediaya gəldikdə, bu iş davamlı müzakirə olunmalıdır. Bunun ən yaxşı yollarından biri ictimai müzakirələr, həkim məsləhətləri, sosial çarxların hazırlanıb davamlı yayılmasıdır".

Q. Məhərrəmlinin sözlərinə görə, bundan əvvəl də dəfələrlə tütün əleyhinə verilişlər olub: "Amma hiss olunurdu ki, kimlərsə belə verilişlərin qarşısını alır. Televiziyalar tütünə qarşı kampaniyanı fəal aparmalıdır. Tütünün zərəri davamlı olaraq əhaliyə izah edilməlidir. Yəni, siqaret təkcə zərərli sosial vərdiş deyil, həm də sağlamlıq baxımından insanlara zərər vurur. Bütün dünyada tütün əleyhinə verilişlərin müəyyən bir təcrübəsi var. Bizim televiziyalar da məharətlə bundan istifadə edə bilərlər".

Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev isə Sputnik Azərbaycan-a məsələni belə dəyərləndirib: "Yaponiyada olanda Tokionun mərkəzində tütün reklamlarını gördüm. Onlardan soruşdum ki, bütün dünyada tütün yığışdırılır, burada niyə tütün reklamları göstərilir? Cavab verdilər ki, "onsuz da yapon xalqı siqaret çəkir, biz tərkibində ən az nikotini olan tütünü, siqareti göstəririk ki, əhali bunu bilib, keyfiyyətli siqaret çəksin, keyfiyyətsiz tütün qəbul etməsinlər".

Eyni zamanda o, qanunla qadağan edildiyi təqdirdə tütün reklamının verilməsinin mümkün olmadığını bildirib: "Məsələn, antireklam adı ilə televiziyada reklam verirlər ki, guya siqaret çəkmək olmaz. Amma bu özü bir reklamdır. Yəni, gizli reklamdır. Ona görə də, hətta antireklam da göstərilməməli, tütün insanların yadına salınmamalıdır".

"Ancaq o zaman tam əminliklə demək olar ki, siqaret reklam olunmur. Gizli reklam televiziyada, radioda, qəzetdə verilə bilər. Yəni, mətbuatın hər bir sahəsində gizli reklam verilə bilər. Gizli reklamdan qaçmaq lazımdır. Televiziyada, radioda gizli reklamdan qaçmaq lazımdır. Gizli reklam özü də bir reklamdır" – H. Atakişiyev bildirib.

283
Teqlər:
radio, Hacıəmi Atakişiyev, Sputnik Azərbaycan, Qulu Məhərrəmli, efir, tütün, siqaret, Azərbaycan Respublikası, televiziya, reklam
Əlaqədar
Millət vəkili bir daha siqaret məsələsinə toxundu
Azərbaycanda siqaret almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq
İlham Əliyevdən siqaret açıqlaması gəldi
Milli Məclis siqaret müzakirələrinə son qoydu
Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətlərə necə baxırsınız?
Ekspert: “Siqaret bütünlüklə qadağan olunmalıdır”
Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər
Azərbaycan bayrağı, arxiv şəkli

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

16
Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər

BAKI, 21 oktyabr — Sputnik. Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə ediblər.

Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirib.

Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik!
Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri
Silahlı şəxs, arxiv şəkli

İgidlik ondur, doqquzu ehtiyat: bu günlərdə bütün davranışlarımızı dəyişməliyik

54
(Yenilənib 22:15 21.10.2020)
İnsanlar xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmalı, hərbi məlumatları bölüşməməlidirlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Dövlət Təhlükəsizlik Xidməti erməni terroru barədə xəbərdarlıq edib.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.

Rəsmi Bakı xaricdəki diplomatların erməni terrorundan qorunması üçün müraciət göndərəcək>>

Vətəndaşlar terror hadisələrindən qorunmaq üçün nə etməlidirlər?

Sputnik Azərbaycan bu məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevlə danışıb.

O bildirib ki, hərbi vəziyyət dövründə insanların davranışı, hərəkətləri, təhlükə riski olduqda nələrə diqqət etmələri, şübhəli əşya, yaxud insanlar gördükdə necə rəftar etməli olduğuna dair ilkin biliklərə sahib olması çox önəmlidir.

"Hər gün mətbuatı izləməklə gündəlik xəbərlərdən məlumatlı olmaq lazımdır. Bu, insanları yalan informasiyanın təsirinə düşməkdən qoruyar. Ciddi zərurət yoxdursa, hər hansı bir yerə səfər etmək, bir yerdə toplaşmaq olmaz. Bu həm yollarda nəqliyyatın sıxlığına, həm də mövcud pandemiya ilə əlaqədar olaraq virusun geniş bir miqyasda yayılmasına səbəb ola bilər", - deyən ekspert bildirib ki, bu dövr üçün informasiya təhlükəsizliyi də mühüm əhəmiyyət daşıyır.

Bu səbəbdən də ekspert tanımadığınız şəxslərlə, xüsusən də sosial şəbəkələrdə hər hansı informasiyanı bölüşməyi tövsiyə etmir.

"Strateji yerlərdə işləyən şəxslər öz iş yerlərində foto və video çəkib sosial şəbəkələrdə və digər internet platformalarında paylaşmamalı, xarici ölkənin jurnalistləri, blogerlərinin keçirdiyi sorğuda iştirak etmək təklifi olarsa, diqqətli olmalı, hərbi məlumatları bölüşməməlidirlər", - deyən E.Nurəliyev bildirib ki, tanımadığınız şəxslər sizə yaxınlaşaraq hər hansı dövlət qurumunun yerini, hər hansı strateji obyektin ünvanını soruşduğu və yaxud qonaq olduğunu bildirib sizin adınıza mobil nömrə qeydiyyata almaq kimi təkliflər etdikdə diqqətli yanaşmaq, dərhal hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır.

Mütəxəssis bildirir ki, insanlar hər zaman olduğundan daha ayıq-sayıq davranmalı, şübhəli əşya, qurğu və çanta gördükdə toxunmamalı, digər şəxslərin də toxunmamasını təmin etməli və hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.

"Həmçinin özünü şübhəli aparan insanlar gördükdə onların üz cizgilərini, əlində, üzündə olan xal, ləkəni yadda saxlamalı, geyiminə və üzərində olan aksesuarlara diqqət etməlidirlər", - deyən ekpert bildirib ki, komendant saatının tələbinə ciddi riayət etmək lazımdır.

Onun sözlərinə görə, insanlar şayiələrə, rəsmi olmayan xəbərlərə inanmamalı, onları sosial şəbəkələrdə paylaşmamamlı, hərbi məlumatları ancaq rəsmi mənbələrdən almalıdırlar.

Bununla yanaşı, hərbi texnikaların, hərbçilərin foto və videosunu paylaşmamalı, komendant saatının tələblərinə əməl etməlidirlər.

54
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Baş Prokurorluq sərhədi qanunsuz keçənlərlə bağlı xəbərdarlıq etdi
Gürcüstanda polis işçiləri, arxiv şəkli

İnsanları bankda girov saxlayan adam təslim oldu

0
Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb

BAKI, 21 oktyabr - Sputnik. Gürcüstanın Zuqdidi şəhərində bankda 20-yə yaxın insanı girov götürən kişi polisə təslim olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.

Bildirilir ki, xüsusi əməliyyat başa çatıb, hüquq-mühafizə işçiləri girovların hamısını azad ediblər, onları girovluqda saxlayan isə əlləri havada binadan çıxarılıb.

Qeyd edək ki, əlində qumbara və avtomat olan şəxs günorta saatlarında bank filialına daxil olaraq oradakı əməkdaşları və müştəriləri girov götürmüşdü. O, 500 min dollar, avtomobil və helikopter tələb etmişdi.

Girovlardan birinin sözlərinə görə, cinayətkarla birlikdə otaqda təxminən 19 nəfər olub.

Gürcüstan telekanallarının məlumatına görə, bir neçə girov pilləkən və damdan qaça bilib, yaşlı adamları və hamiləni isə cinayətkar özü azadlığa buraxıb.

0