İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli

Uşaq intiharlarına dair həyacan təbili: sərt qadağa təklif olunur

157
(Yenilənib 10:05 19.04.2017)
"Uşaq intiharlarının qarşısının alınması üçün uşaqların internetə girişini qadağan etmək lazımdır"

BAKI, 18 apr — Sputnik. Hər gün səhərimizi eyni xəbərlə açırıq: filankəs özünü asaraq intihar etdi, filankəs özünü binadan atdı… Böyüklər çox zaman borclar, ailədaxili problemlər səbəbindən intihara əl atırlar. Bəs uşaqlar niyə intihar edirlər?

Təkrar-təkrar intihara cəhd edən uşaqların bəzilərinin ailəsinə diqqət yetirən zaman görmək olur ki, onlar yaxşı təhsil alır, maddi problem yaşamır və ailədə gərginlik yoxdur. Mütəxəssislərə görə, belə intiharların əsas səbəbi psixoloji problemdir.

Hüquq Dünyası İctimai Birliyinin sədri Rafiq Alışov
© Photo : Şəxsi arxiv
"Hüquq Dünyası" İctimai Birliyinin sədri Rafiq Alışov

Bu cür intiharlardan biri ötən gün Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Ölüm haqqında düşüncələr

Mütəxəssislərə görə, ölüm haqqındakı düşüncələr uşaqlarda ümumiyyətlə 10 yaşından sonra meydana gəlir. Bu səbəbdən, 10 yaşdan kiçik uşaqlarda intihar hallarına çox az rast gəlinir. 10 yaşından yuxarı uşaqlarda da intihar nisbəti azdır. Buna baxmayaraq, intihar cəhdləri real intiharlardan qat-qat çoxdur.

"Hüquq Dünyası" İctimai Birliyinin sədri Rafiq Alışovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, uşaq intiharlarının səbəbləri müxtəlif olsa da, ilk sırada valideyn etinasızlığı durur: "Uşaqlar çox zaman valideyn etinasızlığına görə intihar edirlər. Onların fikrinə hörmətlə yanaşılmaması, uşaqların problemləri ilə yaxından maraqlanmamaq, onların hansı hisslər keçirməsinə önəm verməmək uşağın intihar etməsinə səbbə ola bilər".

"Bununla yanaşı, uşaqlarda psixoloji problemlər də ola bilər. Valideyn bunu başa düşməlidir və uşaqları erkən yaşlarından psixoloqun yanına aparmalıdır. Uşaqlar bu yaşda mütləq psixoloqa yönləndirilməli, onların ehtiyacları, psixoloji vəziyyəti vaxtında təsbit edilməlidir" — Alışov bildirir.

Ekspert hesab edir ki, digər problem məktəblə bağlıdır: "Məktəbdə uşaqla davranışların düzgün qurulmaması, məktəbin təlim-tərbiyə funksiyasını yerinə yetirməməsi uşağı intihara sövq edir. Bu gün elektron vasitələrdən həddən artıq istifadə, internet və whatsapp yazışmaları, valideynlərin yazışmalarla bağlı məlumatsızlığı, bununla bağlı maarifləndirmənin olmamasıdır ki, valideynlər uşaqları ilə düzgün münasibət qura bilmir. Uşaqlar da internetdən və whatsapp-dan istifadə qaydaları, zərərləri, faydaları barədə məlumatsızdır".

Ən təhlükəli dönəm

R. Alışovun fikrincə, valideynlər uşaqlarına telefon alarkən diqqət etməlidirlər ki, orta məktəbdə oxuyan uşaqlarda internet və whatsapp-ı dəstəkləyən telefon olmasın: "Uşaqlara ancaq danışıq üçün lazım olan telefon alınmaldır. Valideynlər uşaqlarına 500-1000 manatlıq telefonu almaqla valideynlik borcunu yerinə yetirdiklərini düşünürlər".

"İntihar edən uşaqların müxtəlif problemləri olur. Bunlardan biri də ataların uşaqlara diqqətinin az olması ilə bağlıdır. Mən valideyn iclaslarında fikir verirəm ki, çox zaman iclasa analar gəlir. Atalar işlərinin çox olmasını bəhanə edərək, iclaslarda iştirak etmirlər. Amma atanın işləməsi valideynlik borcunu ödəməyə mane olmamalıdır" — müsahibimiz vurğulayır.

Ekspert uşaqlarda ölüm haqqında düşüncələrin 13-14 yaşlarında yaranmağa başladığını deyir: "Ona görə də, bu dövrdə həm valideynlər, həm də müəllimlər uşağa qarşı diqqətli olmalıdır. Məktəbdə oğlan qıza baxır. Müəllim düşür uşağın üstünə ki, sən niyə qıza baxdın. Müəllim uşağın üstünə qışqırır. Sonra sinif yoldaşları da başlayırlar uşağı lağa qoymağa ki, sən o qızı sevirsən. Bu zaman uşaqda o müəllimə qarşı nifrət yaranır. Uşaq özünü diskomfort hiss etdiyi üçün intihar da edə, müəllimə qarşı hansısa cinayət də törədə bilər".

"İnternetə giriş qadağan edilsin"

Psixoloq Fərqanə Mehmanqızı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adətən uşaq intihar etmək üçün uzun müddət hazırlaşır: "Uşaq intiharlarının qarşısının alınması üçün bütün cəmiyyət çalışmalıdır. Məncə, uşaq intiharlarının qarşısının alınması üçün uşaqların internetə girişini qadağan etmək lazımdır. Yəni, uşaq cinəyatkarlığı, intihar, uşaq zorakılığı ilə bağlı məsələləri analiz edəndə, son olaraq gəlib internet üzərinə çıxırıq. Hədsiz informasiya azadlığı uşaqlara pis təsir edir".

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade JELIL
Psixoloq Fərqanə Mehmanqızı

"Məktəb psixoloqlarının işi gücləndirilməlidir. Onlar uşaqlarla yaxından maraqlanmalıdırlar. Uşağın yanında ölümdən, intihardan danışmayın, onları belə proqramlara baxmağa qoymayın. Ya da qarşınıza alıb, sakitcə başa salın. İkinci variant çox çətin olsa da, buna cəhd etməyə çalışın. Həyatın gözəl olduğunu, yaşamağın şirin olduğunu, onu nə qədər sevdiyinizi, onun böyüməsini arzuladığınızı ona başa salın. Ürəyinizdən başqa düşüncələr keçsə də, unutmayın ki, sevgi görən uşaq həm sakit, sözə baxan olur, həm də intihara, ölümə can atmır" — Mehmanqızı bildirir.

Qeyd edək ki, ekspertlər intiharların baş vermə səbəblərindən biri kimi KİV-də, xüsusilə də televiziyalarda işıqlandırılan intihar dalğasının nümayişini göstərirlər. Buna Verter effekti və ya Verter sindiromu deyirlər. Bu hal ilk dəfə 1975-ci ildə araşdırılıb. Belə ki, sosioloq Devid Flips, Hötenin 18-ci əsrdə yazılmış və kütləvi intiharlara səbəb olmuş "Gənc Verterin İztirabları" adlı əsərini araşdırdıqdan sonra həmin illər ərzində 12 yaşdan başlamış yeniyetmələr arasında baş vermiş 585 intihar hadisəsi ilə bağlı bütün sənədləri toplayıb. Bu zaman məlum olub ki, TV-də və ya KİV-də işıqlandırılan hər bir intihar faktından sonra bir həftə ərzində insanlar intihara cəhdi edir. Bu intihar cəhdləri əsasən gənclər tərəfindən həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 60 milyondan çox adam intihar barədə düşünür, 1 milyon insan isə intihar edir. ÜST bu rəqəmin 2020-ci ilə qədər ikiqat artacağını da proqnozlaşdırır…

157
Teqlər:
ölüm haqqında düşüncə, psixoloji problem, Rafiq Alışov, Fərqanə Mehmanqızı, valideyn, Sputnik Azərbaycan, intihar, məktəb, telefon, uşaq
Əlaqədar
Bakıda bir sutkada üç intihar baş verib
Axundun bacısı niyə intihar etdi?
Borca görə intihar etdi
İntihardan az öncə: istintaqı düyünə salan məktub
Daha bir intiharın qarşısı alınıb
Xaçmazda qeyri-adi intihar
Qızının ölümündə özünü günahkar bilən ata intihar etdi
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

14
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

14
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

27
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

27
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Bakıdakı Səfirliyi terror təhlükəsi haqda xəbərdarlıq edib: Bu otellərdən uzaq olun

18
(Yenilənib 22:35 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

18