Piyadaların cərimələnməsi

İcra olunmamasına "göz yumulan" cərimələr gündəmə gəlir

1841
(Yenilənib 15:52 18.04.2017)
Əslində, bu cərimələr çoxdan mövcuddur. Sadəcə, səlahiyyətli orqanlar ya humanistlikdən, ya başısoyuqluqdan, heç zaman ona əl atmayıb.

BAKI, 18 apr — Sputnik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Bakı Metropolitenindən istifadə zamanı bəzi qaydaları pozan sərnişinlər cərimələnməlidir. Belə ki, eskalatorda sürahinin üstünə əşya qoyan, dəmir yoluna hər hansı bir əşya atan, metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandıran və digər qayda pozuntuları törədən şəxslər 15 manatdan 100 manata kimi cərimə oluna bilər.

Əslində, bu cərimələr çoxdan mövcuddur. Sadəcə, səlahiyyətli orqanlar ya humanistlikdən, ya başısoyuqluqdan, heç zaman ona əl atmayıb. Ən azından, cərimələmə kütləvi xarakter daşımayıb, ara-sıra baş verən hadisələr isə ictimailəşdirilməyib. Elə bu səbədən də indi məsələnin gündəmə gəlməsi insanların narazılığına səbəb olub. Hətta sosial şəbəkə istifadəçiləri bunu "büdcənin doldurulması üçün əhalinin qarət edilməsi istiqamətindəki növbəti addım" kimi də qələmə veriblər.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi Metropolitendən istifadə qaydalarının pozulması haqqındadır: "Burada bütün qayda pozuntularına görə cərimələr yazılıb. Amma metropoliten işçiləri özləri cərimə edə bilməzlər. Bu səlahiyyət metro təhlükəsizliyini qoruyan polisə aiddir".

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, metropolitendə sərnişinlər qayda pozarsa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən cərimə olunur: "Prosedura görə, polis qaydanı pozan vətəndaşdan şəxsiyyət vəsiqəsini tələb edir, onun haqqında protokol tərtib olunur və yaşadığı ünvana göndərilir. Cərimə 20 gün ərzində ödənilmədikdə, onun üzərinə gecikmə faizi gəlməyə başlayır".

Paytaxt polisinin sözçüsü əlavə edib ki, sərnişin qayda pozuntusuna metro qatarının içində yol veribsə, yenə də cərimə oluna bilər: "Qatarlarda quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə qayda pozuntusu və ona yol verən sərnişin müəyyən edilir, sonra həmin sərnişin saxlanılır və ona cərimə tətbiq edilir. Təhlükəsizlik kameraları oğurluq faktları qeydə alanda isə cinayət işi açılır. Bizim belə səlahiyyətimiz var".

"Metropolitendə bu günə kimi kütləvi olmasa da, bəzi hallarda sərnişinlərə cərimələr tətbiq edilib" — Q. Rəhimov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasinin İnzibati Xətalar məcəlləsinə əsasən cərimələr aşağıdakı kimidir:

Maddə 306. Metropolitendən istifadə qaydalarının pozulması

306.1. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə — 15 manat məbləğində cərimə edilir.
306.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə — 20 manat məbləğində cərimə edilir.


306.3. Dəmir yoluna hər hansı əşya atmağa görə — 30 manat məbləğində cərimə edilir.
306.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan "Stop" açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə — 50 manat məbləğində cərimə edilir.
306.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə — 70 manat məbləğində cərimə edilir.
306.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə — 100 manat məbləğində cərimə edilir.

1841
Teqlər:
Qalib Rəhimov, Bakı Metropoliteni, Nəsimi Paşayev, Sputnik Azərbaycan, İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikası, polis, cərimə
Əlaqədar
"Facebook" şərhinə görə 862 min manat məbləğində cərimələndi
Sürücünün diqqətini yayındıran sərnişini cərimə gözləyir
SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq?
Yeni cərimə mübahisələrinə son qoyuldu
Sürücüləri yeni cərimələr gözləyir - rəsmi bəyan
Onların yoluna çıxanları 100 manat cərimə gözləyir
Ekspert: “100 manatlıq cərimə kifayət qədər sərt qərardır”
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar