CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumət siqaretlə mübarizəni gücləndirir

© pixabay / Alexas_FotosSiqaret
Siqaret - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlara tütün istifadəsinin dayandırılmasına yönəlmiş tibbi yardım göstəriləcək

BAKI, 18 apr — Sputnik. Tütün istifadə edən və tibb təşkilatlarına müraciət etmiş şəxslərə tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin 15-ci (Vətəndaşlara tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsi) maddəsində deyilir.

Nazik siqaretlər - Sputnik Azərbaycan
Azərbaycanda siqaret almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq

Həmin maddədə göstərilir ki, vətəndaşlara tütün istifadəsinin dayandırılmasına yönəlmiş tibbi yardım göstərilməsi, o cümlədən tütün asılılığının və tütün istifadəsinin nəticələrinin profilaktikası, diaqnostikası və müalicəsi vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə dövlət zəmanəti proqramına müvafiq olaraq dövlət səhiyyə sisteminin, bələdiyyə səhiyyə sisteminin və özəl səhiyyə sisteminin tibbi təşkilatları tərəfindən həyata keçirilir.

Tütün istifadəsinin dayandırılmasına, tütün asılılığının və tütün istifadəsinin nəticələrinin müalicəsinə yönəlmiş tibbi yardım standartları əsasında və tibbi yardım göstərilməsi qaydasına müvafiq olaraq həyata keçirilir. Müalicə edən həkim tibbi yardım göstərilməsi üçün tibb təşkilatına müraciət etmiş pasientə, müalicənin səbəbindən asılı olmayaraq tütün istifadəsinin dayandırılması barədə tövsiyələr və ona göstərilə biləcək tibbi yardım haqqında zəruri məlumat verməlidir.

Xəbər lenti
0