Jalə

"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"

21769
(Yenilənib 12:20 17.04.2017)
"O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 apr — Sputnik. Onunla gözəllik salonlarının birində tanış olmuşdum. Nə zaman salona getsəm, onu ustanın "əlinin altında" görürdüm. Gah saçını boyadır, gah makiyaj etdirirdi. Üzünün dərisini azca dartdırmışdı. Kiprikləri də qoyma idi — hər dəfə gözlərini yumanda gözləri çətinliklə açılırdı. Qaynaq saçlarını 18-19 yaşlı qızlar kimi yığırdı həmişə. Boynunda kiçik ürək tatuajının içində "S" hərfi yazılmışdı.

Qadını o qədər tez-tez görürdüm ki, bir gün saç ustasından kim olduğunu soruşdum. Pıçıltı ilə dedi ki, müğənnidir. Qadın onunla maraqlandığımı görüb "hə, müğənniyəm" dedi. Beləcə söhbətimiz başladı, telefon nömrəsini də götürdüm, ara-sıra yazışırdıq. Bir gün həyatını yazmağı təklif etdim. Əvvəlcə razılaşmadı. Aradan 3 gün keçəndən sonra özü zəng etdi: "Hər şeyi danışacağam, amma üzümü heç kimə göstərmə". Razılaşdıq, görüşdük…

"Bir gün anladım ki, hamiləyəm…"

Jalə (ad şərtidir — red.) 1978-ci ildə Zaqatalada dünyaya göz açıb. Evin altıncı qızı olan Jalənin 4 yaşı olanda anası dünyasını dəyişib. Altı bacı və bir qardaş atanın ümidinə qalıb. Atası Sahib kişi övladlarına tək baxa bilmədyi üçün, 2-3 il sonra yenidən ailə həyatı qurub. Uşaqların çətin günləri də elə atanın ailə həyatı qurması ilə başlayıb. Qızlar ortada qalıb, uşaq yaşlarından işləməyə başlayıblar. Jalə evin ən kiçiyi olduğu üçün, bacılarının sevimlisi olsa da, bu sevgi ona bəs etməyib.

"16 yaşım olanda kəndimizdən Nicat (ad şərtidir — red.) adlı bir oğlanla bir-birimizi sevirdik. Görüşlərimiz axşamlar bağımızda olardı. Ona çox bağlanmışdım. Atam evlənəndən sonra bizə sevgi göstərmirdi. Mənim isə sevgiyə ehtiyacım vardı. Nicat evli idi. Amma mənə söz vermişdi ki, mənimlə evlənəcək. 1996-cı ilin iyun-iyul ayları idi. Nicatla yaşadıqlarım həyatımda ilk dəfə olduğu üçün çox şeyi başa da düşmürdüm. Amma bir gün anladım ki, hamiləyəm" — deyir Jalə.

Nicat söz verdiyi kimi Jaləni tək buraxmır, onu da götürüb Bakıya gəlir, kirayə ev tutub yaşamağa başlayırlar. Jalənin bir övladı dünyaya gəlir: "Bir gün Nicat evə gəlmədi. Çox narahat olmuşdum. Bütünü gecəni gözlədim, gəlmədi. Hər günüm ağlamaqla keçirdi. Evdə ərzağım da tükənirdi. Övladımı da götürüb rayona qayıtdım. Atam məni yaxın buraxmadı, dedi ki, "gəldiyin yerə qayıt". Elə rayonda eşitdim ki, Nicat ailəsinin yanındadır. Əvvəlcı qızımı aparıb onun qapısına qoymaq istədim. Sonra anladım ki, mənim qızımdan başqa həyatda heç kimim yoxdur. Qızımı da götürüb yenidən Bakıya qayıtdım".

"Elə gün olurdu ki, 400 dollar pul qazanırdım"

Jalənin həyatının ən çətin günləri də elə bundan sonra başlayıb. Təhsili olmayan, heç vaxt, heç bir yerdə çalışmayan Jalə bəzən qızı ilə küçələrdə də gecələməli olub.

Jalə
© Sputnik / Irade JELIL
Jalə: Gecələr eyni yataqda yatdığım kişilərdən səhər iyrənirdim

"Qızımı qucaqlayıb parkda yatmışdım. Hiss etdim ki, kimsə ayağı ilə məni vurur. Gözümü açanda qarşımda hündürboylu dolu bir qadının dayandığını gördüm. Elə Şəfiqə xanımla tanışlığımız da belə başladı" — danışır Jalə.

Həmin qadın onu dostunun restoranında işə düzədir: "Rəqqasəlik edir, qızımı da, özümü də birtəhər saxlayırdım. Artıq gecə məclislərinə, içkiyə o qədər öyrənmişdim ki, içkisiz qala bilmirdim. Bəzən gecələr məndən xoşu gələn kişilərlə əylənməyə də gedirdim. Yaxşı da pul verirdilər. Elə gün olurdu ki, 300-400 dollar pul qazanırdım. Hər səhərim bir kişinin qoynunda açılırdı. İçimdə sevgi adlı bir hiss qalmamışdı. Mənə elə gəlirdi ki, həyat elə budur".

"İnsan içki içəndə heç bir qoxunu hiss etmir. Səhər isə bütün qoxuları hiss edirsən. Gecələr eyni yataqda yatdığım kişilərdən səhər iyrənirdim. Qiyməti özüm danışmırdım müştərilərlə. Nə versələr, razılaşırdım. Çünki verdikləri pul məni qane edirdi. Bəzisi 200, bəzisi isə hətta 500 dollar verirdi mənimlə keçirdiyi bir gecə qarşılığında. Gecələr yaşadıqlarımı da xatırlamıram, səhərlər mənə ayrılan pulu da götürüb qızımın yanına gəlirdim. Özümə ev də almışdım. Qızımın dayəsi məni iş qadını kimi tanıyırdı. Evə gəlmədiyim gecələri xaricdən qonaqlarımın gəldiyini düşünürdü" — o, əlavə edir.

Jalə danışır ki, o dövrdə dövlət adamlarından da yanına gələnlər olurmuş: "O dövrün nazirləri, nazir müavinləri ilə də münasibətlərim olub. Amma mən onları sonradan televiziyadan tanımışam. Yadıma gəlir, yanıma çox yaşlı bir kişi gəlmişdi. Qocanın "əlindən" heç nə gəlmirdi. Dedi ki, "mənə nəsə hiss yaşada bilsən, sənə 10 min dollar verəcəyəm". Mən də bacardığımı etdim ki, kişi sevinsin. Səhər gedəndə kişinin gözləri gülürdü. Sonra onu televiziyada görəndə, şoka düşdüm — yazıçı imiş. Amma mənə cəmi 500 dollar pul vermişdi" — deyə xatırlayır Jalə.

Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağı
© Sputnik / Irade JELIL

"Ən böyük şoku mənə qızım yaşatdı"

Amma onun hər məclisi istədiyi kimi "xoş" keçməyib. Döyüldüyü gecələr də olub: "Bir dəfə müştəri tərəfindən döyülmüşəm. Məni zorla sevmədiyim bir şeyi etməyə məcbur edirdi. İçkili olsam da, ondan iyrənmişdim, dediyini edə bilməzdim. O isə saçımdan tutub zorla məni məcbur etdi. Sonra isə üz-gözümə bir neçə yumruq vurub yatdı. Gecə ilə yanından qaçdım. Amma evə gedə bilməzdim, hotellərdən birinə gedib, gecəni qaldım, səhər özümü səliqəyə salandan sonra qızımın yanına gəldim".

"Qızım artıq 6-ci sinifdə oxuyurdu. Onu təmiz böyütdüyüm üçün sevinirdim. Özümə söz vermişdim ki, nə olursa olsun, qızımı bu yoldan qoruyacağam" — müsahibimiz bildirir.

Gecə görüşlərinin birində Jalənin həyatı dəyişir. Müştərilərindən birinə vurulur və onlar arasında sevgi yaranır. Jalə 2-3 il həmin kişi ilə sevgi münasibətində olur: "İş adamı idi. 40 yaşı vardı biz tanış olanda. Elə ilk toxunuşlarından vurulmuşdum İlqara (ad şərtidir — red.). Hər toxunuşu sevgi idi. O da evli idi. Məni sevdiyini deyir, amma vədlər vermirdi".

Artıq Jalə gecələr evdən çıxmır, İlqarı gözləyir: "İlqar evimin də yerini bilirdi, qızımla da tanış etmişdim. Qızım da onu çox istəyirdi. Bir gün İlqar xəstələndi, təcili əməliyyat üçün onu Almaniyaya apardılar. 8 gün sonra ürək çatışmazlığından dünyasını dəyişdi. Hər günüm ağlamaqla keçirdi. Həyatımın ikinci sevgisini də itirmişdim".

"Ağlıma da gəlmirdi ki, bundan böyük faciə yaşaya bilərəm. Ən böyük faciəni mənə qızım yaşatdı. İlqarın ölümündən 2 ay sonra qızımın hamilə olduğunu bildim. Döydüm, incitdim, axır ki, kiminlə birlikdə olduğunu öyrənə bildim. Qızımın uşağının atası İlqar idi. Həmin gün göz yaşlarımı sildim və yeni həyata başladım" — həmsöhbətimiz bildirir.

"Həyatımda olan kişilərin hər biri onu sevdiyimi düşünür"

Jalə yenə əvvəlki peşəsi ilə məşğuldur. Amma indi ancaq keçmişdən tanıdığı insanlarla görüşür. Deyir ki, aya 3-4 min manat qazana bilir. Artıq qızının da övladı dünyaya gəlib.

"İlqar qızımı aldatmışdı. Onun bu hərəkəti bütün hisslərimi bir anın içində darmadağın etmişdi. Hər gecə bir kişinin qucağında olsam da, İlqardan sonra mən bütün kişilərə nifrət edirəm. Mənə yenə sevgi elan edənlər var. İnanmaq istəyəndə Elvin düşür yadıma. Mənim nəvəm, qızımın oğlu, İlqarın oğlu…" — deyir.

O, ölənə qədər bu işlə məşğul olacağını diqqətə çatdırır: "Kişilərə nifrət edirəm. Onlara yalan deməyi sevirəm. Həyatımda olan 5-6 kişinin hər biri ayrılıqda onu sevdiyimi düşünür. Amma mən onların pulundan istifadə edirəm, daha yaxşı yaşamaq üçün…"

Jalə hamıya müğənni olduğunu deyib, gecələr bahalı avtomobili ilə qəsəbədən çıxanda hər kəs onun toya getdiyini düşünür. O isə…

21769
Teqlər:
Nicat, Jalə, gözəllik salonu, hamilə, İlqar, kişi, içki, qız, qadın
Əlaqədar
Bakıda kafe işlədən qadın: "Haram pulun bərəkəti olmaz"
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"
Həyatını uduzan qadın...
"Mənə elə bir iftira atdılar ki..."
Azərbaycanda koronavirusa qarşı vaksinasiya

Azərbaycanda COVID-19-a görə peyvənd olunanların sayı açıqlanıb

7
(Yenilənib 14:14 06.03.2021)
Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

BAKI, 6 mart — Sputnik. Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Qeyd edək ki, Azərbaycan COVID-19-a yoluxmaya görə dünyada 55-dir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 236 min 12, ölənlərin sayı isə 3 min 235-dir.

 

7
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi

Qubadlıda DSX-nın Hərbi Xəstəxanası istismara verilib

12
(Yenilənib 13:20 06.03.2021)
Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

BAKI, 6 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

Bu tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilmişdir. COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Stra­tegiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilmiş, Azərbaycan sər­hədçisinə göstərilən bu dövləti qayğıya görə minnətdarlıq hissi ifadə olun­ub.

© State Border Service of Azerbaijan Republic
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbay­can Respublikasının Prezidenti cənab İlham ƏliyevinAli Baş Komandanlığıaltında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulayıb.

Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş et­dirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minala­dığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb. 

  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
1 / 6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi

Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaq­ları, somatik və infeksion palataları var. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilib, zəruri avadanlıq və cihaz­larla təchiz olunublar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.

Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

12
Mətbəxdə qadın. arxiv şəkli

Baş katib: "Pandemiya qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub"

0
(Yenilənib 14:38 06.03.2021)
Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur.

BAKI, 6 mart — Sputnik. "Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində deyib.

Onun sözlərinə görə, pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib: "Pandemiya ilə mübarizənin "ön cəbhəsində" olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər. Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib".

BMT-nin baş katibi qeyd edib ki, evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb: "Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır. Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan verib".

0