CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan sərt qadağalara etiraz

© pixabay / Alexas_FotosSiqaret
Siqaret - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Quliyev: "Siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. İaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır".

BAKI, 14 apr — Sputnik. Filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir. Filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Rüfət Quliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Milli Məclisdə plenar iclas - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis siqaret müzakirələrinə son qoydu

Millət vəkili bildirib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır: “Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”.

O, qanun layihəsinin sırf Rusiya modelindən götürüldüyünü deyib: “Burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. İaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır”. 

Millət vəkili Tahir Kərimli bildirib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: “18 yaşına çatmayanların tütündən istifadə etməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.

Millət vəkili İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib. Parlamentin sədri Oqtay Əsədov isə layihə birinci oxunuşda qəbul edildiyi üçün təkliflərin yazılı formada təqdim edilməsini istəyib.

Xəbər lenti
0