Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini

Millət vəkilindən səmərələşdirici təklif

14
(Yenilənib 16:23 14.04.2017)
Siyavuş Novruzov: "Hesablama Palatasına qanun pozuntularının qarşısının alınması səlahiyyəti verilsin ki, onlar oğurlanan vəsaitləri büdcəyə qaytarsınlar"

BAKI, 14 apr — Sputnik. "Şəffaflıq əsas amillərdən biridir. Çünki bu gün müxtəlif sahələrdə qanun pozuntularının olması, müxtəlif maliyyə pozuntularının əmələ gəlməsi nəticəsində büdcəyə kifayət qədər ziyan dəyir və vətəndaşların əmlakına, onların vəsaitlərinə xələl gəlir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, əsas şərt maliyyə pozuntuları zamanı vəsaitlərin dövlət büdcəsinə geri qaytarılmasıdır: "İstənilən cəzanın verilməsi və ya ağırlaşdırılmasından asılı olmayaraq, vəsaitlər geri qaytarılmırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Əksinə, cəza verilmiş şəxsin saxlanılması üçün dövlət kifayət qədər vəsait ayırır. İllər ərzində gözümüzün qarşısında bank və digər sektorlarda maliyyə pozuntularına yol verilib. Hazırda onlara cəza da tətbiq edilib. Lakin həmin vəsait büdcəyə geri qaytarılmır. Ona görə də ilk şərt həmin vəsaitlərin büdcəyə qaytarılması olmalıdır. Biz gözləyirik ki, hər hansı şəxs cinayəti törətsin, sonra ondan həmin pulun geri qaytarılmasını tələb edək. O da geri qaytara bilmədiyi təqdirdə məhkəmə çəkişmələri davam edir”.

Onun sözlərinə görə, əgər bir yerdən pozuntularla bağlı siqnal daxil olursa, o zaman Hesablama Palatasına həmin qanun pozuntularının qarşısının alınması səlahiyyəti verilsin ki, onlar oğurlanan vəsaitləri büdcəyə qaytarsınlar. 

14
Teqlər:
Hesablama Palatası, Milli Məclis, Siyavuş Novruzov
Əlaqədar
Respublika başçısı korrupsiya ittihamı ilə həbs olundu
Azərbaycanlı nazirin nəhəng korrupsiyası ortaya çıxdı
Filarmoniyanın direktoru korrupsiyada ittiham olunur
Millət vəkili: “Gənclik cəmiyyətin korrupsiyadan ən uzaq təbəqəsidir”