CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu hissəsində su olmayacaq

© Sputnik / Murad OrujovMətbəxdə su kranı. Arxiv şəkli
Mətbəxdə su kranı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 13 apr — Sputnik. Sabah Bakının Pirallahı rayonunda suyun verilişi məhdudlaşdırılacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhəri Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar aprelin 14-də saat 07:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0