BAKI, 11 apr — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişliklərdə 2017-ci ilin əvvəlinə 3000 uşaq qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 620-sı qız, 2380 nəfəri isə oğlandır.
Qeydiyyatda olanlardan 48 nəfəri spirtli içki və baş dumanlandırıcı maddələr qəbul edənlərdir. Uşaqlar arasında psixotrop və narkotik maddələr qəbul edənlər isə 2 nəfərdir. Onlardan 59 nəfər valideyin himayəsindən məhrum olanlardır. Atılmış və imtina edilmişlər 31 nəfər, dilənçilik edənlər 512 nəfər, küçələrdə işləyənlər isə 26 nəfər təşkil edir.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.