Sərhəd, arxiv şəkli

Özbəkistan vətəndaşları saxlanılıb

13
(Yenilənib 16:08 11.04.2017)
Mart ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 53 nəfər saxlanılıb

BAKI, 11 apr — Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata kеçirilib, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam еtdirilib. 

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 53 nəfər saxlanılıb, оnların 19 nəfəri Azərbaycan Rеspublikası, 6 nəfəri Özbəkistan, 5 nəfəri Tacikistan, 5 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, 2 nəfəri İran İslam Rеspublikası, 2 nəfəri Venesuela, 2 nəfəri Qırğızıstan, hər ölkədən 1 nəfər olmaqla Qana, Türkiyə, Böyük Britaniya, Yunanıstan, Şri-Lanka vətəndaşları оlublar.

Sərhəd rеjim qaydalarını pоzarkən 654 halda 811 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 426 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 728,2 qram narkоtik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 230 min 571 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd radiorabitə vasitəsi, 21400 Azərbaycan manatı, 7 000 ABŞ dolları, 1093 qram zinət əşyaları, 3 ədəd qayıq, 10 kiloqram süni balıq kürüsü, 6100 metr tor, 4360 qutu pirotexniki vasitə, 17147 qutu siqaret, 268 ədəd mоbil tеlеfоn, 10427 ədəd müxtəlif növ dərman prеparatları, spirtli içkilər, sənayе və kənd təsərrüfatı malları saxlanılıb.

13
Teqlər:
Qaçaqmalçılıq, Dövlət Sərhəd Xidməti, Şri-Lanka, Azərbaycan Rеspublikası, Nigeriya, Tacikistan, Yunanıstan, Qırğızıstan, Böyük Britaniya
Əlaqədar
Azərbaycanda silah qaçaqmalçıları məhv edilib
Qaçaqmalçıların Yeni il hazırlığının qarşısı alındı
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
Zinəddin Zidan

Çempionat başlamamış Zidanı cərimə edəcəklər

0
(Yenilənib 01:14 25.05.2020)
Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək yasaqdır.  “Real”ın baş məşqçisini indi 1500 avro məbləğində cəza gözləyir

BAKI, 25 may — Sputnik. Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan özünütəcrid qaydalarını pozub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Sport.es yazır. Nəşrin məlumatına görə, mütəxəssis İspaniya paytaxtının yaxınlığındakı bir kəndə gedib. Zidan həmin yerdə təxminən bir il əvvəl özünə ev alıb. Qeyd olunur ki, Madrid sakinlərinə xüsusi səbəb olmadan şəhəri tərk etmək, hətta şəhər kənarındakı ikinci evlərinə getmək yasaqdır. Zidan isə həmin kəndə həftə ərzində artıq ikinci dəfə baş çəkib. Bazar günü gələrkən oğlu Luka da yanında olub.  

Əgər qonşularından kimsə “Real”ın baş məşqçisini həmin anda fotoya və ya videoya çəkibsə, o zaman onu 1500 avro məbləğində cəza gözləyir.

Qeyd edək ki, mayın 23-də İspaniya hökuməti ölkə çempionatını iyunun 8-dən bərpa etməyə qərar verib.

Son məlumatlara görə, dünyada 5,4 milyon insan SARS-CoV-2 koronavirusuna yoluxub, bunlardan 345 min nəfər koronavirusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib, 2,2 milyon nəfər isə sağala bilib.

 

0
Əlaqədar
Zidanın taleyi aydın oldu
Messi etiraf etdi: "Yalnız Zinəddin Zidan"
Futbolda format dəyişir: Bir oyunda 16 nəfər oynaya bilər
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
Kuryoz hadisə: Zidan təpik yedi - VİDEO
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”

8
(Yenilənib 00:49 25.05.2020)
COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir

BAKI, 25 may — Sputnik. Rusiyada, Murmansk Dəniz Biologiyası İnstitutunun alqologiya laboratoriyası koronavirusun fəsadlarını dəniz kirpiləri ilə müalicə etməyi təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə laboratoriyanın müdiri Qriqori Voskoboynikov danışıb.

Alimin sözlərinə görə, COVID-19-dan sağalanlar dəniz kirpisinin kürüsü, yosunlar və bir sıra immun möhkəmlədici bitkilərin əsasında hazırlanmış preparatlar qəbul etməlidirlər. Bu cür preparatlar hələ iki il əvvəl kimya terapiyası keçmiş onkoloji xəstələrin reabilitasiyası üçün işlənilib hazırlanıb.

Dəniz kirpisinin kürüsü və bəzi bitkilər immun sistemini stimullaşdıran xüsusiyyətə malikdir. Ancaq COVID-19-dan sağalan insanların bərpası üçün komponentlərin düzgün proporsiyaları tapılmalıdır, bu isə kompleks tədqiqat tələb edir.

Mayın 24-də məlum olub ki, ABŞ hökuməti koronavirus vaksininin hazırlanması üçün Oksford Universitetinə 1 milyard dollardan çox vəsait ayırıb. Layihə uğurla yekunlaşacağı təqdirdə ABŞ 300 milyon doza vaksin əldə edəcək.

8
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir
Dörd həkimimizi koronavirus məhv etdi
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında
Koronavirusdan ən çox belə xəstələr ölür