Qubada qar

Şimal bölgəsində fövqəladə hadisə: bu rayonlarla əlaqə kəsildi

2216
Axşamdan başlayan güclü qar Quba və Qusarda həyatı iflic edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 apr — Sputnik. Dünən axşamdan etibarən Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Quba və Qusarın bir neçə dağ kəndinə güclü qar yağmağa başlayıb. Sputnik Azəraycan-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Xınalıq kəndi, Qusarın Şahdağı ağ örpəyə bürünüb.

Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb
© Sputnik / Leyla Abdullayeva
Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb

Kənd sakinlərinin sözlərinə görə, qarın yağması ilə əlaqədar olaraq, rayon ərazisində temperatur əhəmiyyətli dərəcədə aşağı düşüb. Sakinlər, güclü qar səbəbindən kəndlərə verilən elektrik enerjisinin tez-tez kəsildiyini bildiriblər.

Quba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb
© Sputnik / Leyla Abdullayeva
Quba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb

"İşıqlarımız tez-tez sönür. Hava çox soyuyub. Kənd təsərrüfatına ziyan dəyib. İnternet bağlantısı kəsilib. Ətraf bölgələrlə əlaqə saxlaya bilmirik" — deyə sakinlər vurğulayıblar.

Əldə etdiyimiz məlumata görə, bölgəyə o qədər qar yağıb ki, kəndlərdən rayon mərkəzinə aparan yollar bağlanıb, rayonun özünə belə, gediş-gəlişdə problem yaranıb. Hazırda sözügedən ərazilərdə qarın qalınlığı 10-30 santimetrdir. Həmçinin, güclü külək əsir.

2216
Teqlər:
dağlıq rayonlar, Qusar, kənd, Quba, qar, Azərbaycan
Əlaqədar
Sabaha hava xəbərdarlığı: yağış, şimşək, qar
Yazda qış havası: qar, şaxta, külək
Sərt hava xəbərdarlığı gəldi: bu rayonlara qar yağacaq
Nazirlikdən növbəti qar xəbərdarlığı
Qar Xınalıq və Altıağacı ətraf aləmdən təcrid etdi
Şiddətli qar bölgələrdə fəsadlar törətdi
Hərbi qulluqçumuz qar uçqununun altında qalıb

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0